Icma.az
close
up
RU
Azərbaycan dili: keçmişdən gələcəyə uzanan milli sərvət ŞƏRH

Azərbaycan dili: keçmişdən gələcəyə uzanan milli sərvət ŞƏRH

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xalqı xalq edən, onu digər millətlərdən fərqləndirən ən böyük mənəvi sərvətlərdən biri onun ana dilidir. Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi yaddaşını, milli-mənəvi dəyərlərini, adət-ənənələrini, mədəniyyətini və dövlətçilik təfəkkürünü yaşadan müqəddəs irsdir. Azərbaycan dili əsrlər boyu xalqımızın milli varlığını qoruyub saxlamış, zəngin ədəbi irsimizin formalaşmasına, elmimizin, mədəniyyətimizin və dövlətçilik ənənələrimizin inkişafına xidmət etmişdir.

Müstəqil Azərbaycanın dövlət dili olan Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Hər il 1 Avqust tarixinin Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunması da məhz ana dilimizə göstərilən yüksək dövlət qayğısının və milli-mənəvi dəyərlərimizə verilən önəmin bariz nümunəsidir.
Azərbaycan dilinin dövlət dili kimi qorunması və inkişaf etdirilməsi sahəsində Ümummilli Lider Heydər Əliyevin xidmətləri müstəsna əhəmiyyət daşıyır. O, siyasi fəaliyyətinin bütün mərhələlərində ana dilimizin milli varlığımızın əsas sütunlarından biri olduğunu xüsusi vurğulamış, onun inkişafı naminə cəsarətli və prinsipial mövqe nümayiş etdirmişdir.
Xüsusilə sovet hakimiyyəti dövründə milli dillərin sıxışdırıldığı, rus dilinin üstün mövqedə saxlanıldığı mürəkkəb siyasi şəraitdə Azərbaycan dilinin dövlət dili statusunun əldə edilməsi asan məsələ deyildi. Lakin Ulu Öndər milli maraqları hər şeydən üstün tutaraq böyük siyasi iradə nümayiş etdirdi.
1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi məhz Heydər Əliyevin qətiyyətli mövqeyinin və milli təfəkkürünün parlaq təzahürü idi. O dövrün siyasi reallıqları nəzərə alındıqda bu addım milli dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri hesab olunur.
Müstəqilliyimizin bərpasından sonra Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunun daha da möhkəmləndirilməsi Ümummilli Lider Heydər Əliyevin dövlət siyasətinin prioritet istiqamətlərindən biri oldu.
1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dili dövlət dili elan edildi və onun qorunması dövlətin əsas vəzifələrindən biri kimi müəyyənləşdirildi.
Ana dilimizin inkişafı istiqamətində həyata keçirilən mühüm qanunvericilik təşəbbüslərindən biri də Ümummilli Liderin 18 iyun 2001-ci il tarixli "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərmanı oldu. Həmin sənəd Azərbaycan dilinin dövlət idarəçiliyində, təhsil sistemində, mətbuatda, televiziya və radio məkanında, eləcə də bütün rəsmi sənədlərdə geniş tətbiqinə yeni imkanlar yaratdı.
Ardınca 9 avqust 2001-ci il tarixli Fərmanla hər il 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü təsis edildi. Bu qərar ana dilimizin inkişafı və latın qrafikalı Azərbaycan əlifbasının geniş tətbiqi baxımından mühüm tarixi əhəmiyyət daşıyır.
Daha sonra qəbul edilən "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun Azərbaycan dilinin hüquqi müdafiəsini daha da gücləndirdi və onun tətbiqi sahəsində dövlət siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdi.
Müstəqil dövlətin əsas rəmzlərindən biri onun dövlət dilidir. Dövlət dili milli suverenliyin, milli birliyin və dövlət müstəqilliyinin ən mühüm göstəricilərindən hesab olunur.
Bu gün Azərbaycan dili ölkəmizin Konstitusiyası ilə qorunan dövlət dili olmaqla yanaşı, beynəlxalq təşkilatlarda, diplomatik münasibətlərdə, elm və təhsil sistemində, informasiya-kommunikasiya texnologiyalarında uğurla istifadə olunur.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili kimi qorunması və inkişafı istiqamətində göstərdiyi misilsiz xidmətlər tariximizin ən şərəfli səhifələrindəndir. Onun əsasını qoyduğu milli dil siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və yeni dövrün çağırışlarına uyğun daha da zənginləşdirilir.
Əminliklə demək olar ki, Azərbaycan dili bundan sonra da xalqımızın milli kimliyini yaşadan, dövlətçiliyimizi möhkəmləndirən, dünya azərbaycanlılarını vahid mənəvi dəyərlər ətrafında birləşdirən müqəddəs sərvət kimi daim uca tutulacaq. Ana dilimizi sevmək, onu qorumaq, zənginləşdirmək və gələcək nəsillərə saf şəkildə ötürmək hər birimizin həm vətəndaşlıq, həm də mənəvi borcudur.

Mahir Qurbanov
YAP Kəngərli rayon təşkilatının fəalı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 İyul 2026 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see359

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see337

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see276

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see266

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see266

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see265

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see258

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see253

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see248

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see244

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see236

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see235

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see234

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see231

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see223

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see222

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see221

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see199

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri