Icma.az
close
up
RU
Azərbaycan animasiyası keçmişdən gələcəyə

Azərbaycan animasiyası keçmişdən gələcəyə

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 10 sentyabr, F.Əlizadə, AZƏRTAC

Azərbaycanda animasiya filmlərinin yaranması 1969-cu ildən başlayır. O dövrdə kinostudiyanın nəzdində 2 illik animasiya kursları təşkil olunmuşdu. Mən həmin kursların məzunuyam və 1968-ci ildə oranı bitirmişəm. Bu kursların nəticəsi olaraq Azərbaycanın ilk rəngli animasiya filmi – klassik “Cırtdan” ekranlaşdırıldı. Onu klassik adlandırmağım təsadüfi deyil, çünki sonrakı illərdə “Cırtdan” mövzusunda bir çox animasiya filmləri çəkildi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında tanınmış animasiya rejissoru, Əməkdar mədəniyyət işçisi Elçin Hami Axundov deyib.

Ölkəmizdə animasiya filmlərinin tarixinə qısa nəzər salan rejissor diqqətə çatdırıb ki, 1980-ci illərin sonuna doğru isə artıq 7-8 film ekranlaşdırılıb. “Ümumilikdə 150-yə yaxın animasiya filmi ərsəyə gəlib. Filmlər Azərbaycan dilində hazırlanaraq, milli mədəniyyətimizi, tariximizi və adət-ənənələrimizi əks etdirdi. 1995-ci ildən sonra animasiya filmlərinin çəkilişi dayandı. Yalnız 2002-ci ildə, Kino, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yenidən animasiya istehsalı bərpa olundu. Əslində, artıq 1991-ci ildə biz müstəqil Azərbaycan Animasiya Filmləri Studiyasını (“Azanfilm”) yaratmışdıq. Mən həmin studiyanın həm bədii rəhbəri, həm də direktoru idim. İldə bir film istehsal edirdik və onların arasında çox uğurlu nümunələr də var idi”,- deyə o əlavə edib.

30 ilə yaxın müddətdə animasiya sahəsində çalışan E.H.Axundov animasiya filmlərinin bugünkü vəziyyətini analiz edib: “Azərbaycan Animasiya Assosiasiyasının İdarə Heyətinin üzvü kimi ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı təşkil edirik. Mədəniyyət Nazirliyi də bizə maliyyə yardımı göstərir və hər il 1-2 animasiya filmi çəkirik. Hazırda Vaqif Səmədoğlunun “Bum-bum” əsəri əsasında film üzərində işlər gedir. Bir çox proyektlər layihələndirmə mərhələsindədir. İnanıram ki, yaxın gələcəkdə biz tammetrajlı animasiya filmlərinə də imza atacağıq. Bunun üçün möhkəm baza yaratmalı, yeni animasiya kursları açmalı, aktyorlar, rəssamlar və yaradıcı insanları bu sahəyə cəlb etməliyik”.

O, animasiya filmlərinin gənc nəslə təsiri barədə danışarkən deyib ki, tariximiz, mədəniyyətimiz və adət-ənənələrimiz kiçik yaşlardan tanıdılmalıdır. Ən böyük arzum isə, “Azanfilm” studiyasının bərpasıdır....

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Sentyabr 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see558

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see513

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see374

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see277

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see256

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see248

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see228

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see223

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see221

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see220

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see210

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see204

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see200

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see198

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see190

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see190

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see189

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri