Icma.az
close
up
RU
Keçmişdən gələcəyə uzanan yaddaş

Keçmişdən gələcəyə uzanan yaddaş

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mədəniyyətimizin gücü onun qədimliyində deyil, yaşatdığı ruhdadır...

Azərbaycanı yalnız xəritədə müəyyən sərhədləri olan bir ölkə kimi təqdim etmək mümkün deyil. Çünki bu coğrafiyanın hər qarışında minilliklərin yaratdığı tarix, nəsillərdən-nəsillərə ötürülən mənəvi dəyərlər, zəngin dövlətçilik ənənələri, xalq yaradıcılığı, elm, ədəbiyyat və incəsənətin izləri yaşayır. Məhz bu zəngin irs xalqımızın milli kimliyini formalaşdıran əsas dayaqlardan biri hesab olunur.

Bu baxımdan dövlətçilik tariximizin təbliği sadəcə keçmişdə baş vermiş hadisələrin xatırladılması deyil, həm də bugünkü nəslin öz köklərini anlaması, müstəqilliyin hansı tarixi proseslərin nəticəsində formalaşdığını dərk etməsi və dövlətçilik düşüncəsinin gələcək nəsillərə ötürülməsi deməkdir. Lakin dövlətçilik yalnız siyasi tarixdən ibarət deyil. Onun arxasında bütöv bir xalqın dili, mədəniyyəti, adət-ənənələri, ailə münasibətləri, qonaqpərvərlik anlayışı, musiqisi, sənəti, mətbəxi və gündəlik həyat tərzi dayanır.

Ənənəni yaşatmaq üçün...

Mövzu ilə bağlı fikirlərini “Yeni Azərbaycan”la bölüşən sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, milli adət-ənənələrin təbliği dedikdə yalnız bayram günlərində milli geyimlər nümayiş etdirmək və ya folklor kollektivlərinin çıxışlarını təşkil etmək nəzərdə tutulmamalıdır: “Ənənəni yaşatmaq üçün onun mahiyyətini gənc nəslə başa salmaq, həmin adətin arxasında dayanan mənəvi dəyəri izah etmək və onu müasir həyatın imkanları ilə birləşdirmək lazımdır.

Bu gün sosial media da mədəniyyətimizin təbliği üçün böyük imkanlar yaradır. Bir vaxtlar yalnız kitabxanalarda və arxivlərdə araşdırılan tarixi faktları, qədim sənət nümunələrini, folklor materiallarını və milli mətbəx nümunələrini bu gün qısa videolar, podkastlar, fotohekayələr və sənədli layihələr vasitəsilə milyonlarla insana çatdırmaq mümkündür. Əsas məsələ isə bu məzmunun sadəcə nümayiş xarakteri daşımaması, izləyicidə maraq yaratması və onu araşdırmağa sövq etməsidir”.

Təbliğ ilk növbədə ailədən başlamalıdır

Sosioloq qeyd edib ki, milli adət-ənənələrin təbliği ilk növbədə ailədən başlamalı, daha sonra məktəb, media və mədəniyyət müəssisələri tərəfindən davam etdirilməlidir: “Milli adət-ənənə yalnız müəyyən günlərdə xatırlanan mərasimlər toplusu deyil, xalqın özünü ifadə etdiyi böyük mənəvi sistemdir. Ona görə də ənənələrimizi qorumaq istəyiriksə, ilk növbədə onların mahiyyətini uşaqlara izah etməliyik. Eyni yanaşma toy, yas, qonaqpərvərlik, böyüyə hörmət, ailə münasibətləri, milli mətbəx və xalq sənətləri ilə bağlı ənənələrə də tətbiq edilməlidir”.

“Ailə yaddaşı” layihələrini təşkil etmək faydalı olar

Ə.Qəşəmoğlunun fikrincə, milli irsin qorunmasında yaşlı nəslin təcrübəsindən istifadə xüsusi əhəmiyyət daşıyır: “Bu gün bir çox ailələrdə nənə və babaların bildiyi qədim bayatılar, laylalar, mərasim qaydaları, yerli mətbəx nümunələri və müxtəlif folklor hekayələri yazıya alınmadan itmək təhlükəsi ilə üz-üzədir. Ona görə də məktəblərdə “ailə yaddaşı” layihələrini təşkil etmək, şagirdlərə nənə-babalarından eşitdikləri adətləri, bayatıları və hekayələri toplamaq tapşırığı vermək çox faydalı olardı. Belə layihələr həm uşağın ailə tarixini öyrənməsinə, həm də milli yaddaşın qorunmasına xidmət edər”.

Milli mədəniyyət o zaman yaxşı tanınır ki...

Ə.Qəşəmoğlu qeyd edib ki, Azərbaycan mədəniyyətinin xaricdə təbliği də milli irsin qorunmasının mühüm hissəsidir: “Mədəniyyətimizi dünyaya təqdim edərkən yalnız “bizim belə adətimiz var” deməklə kifayətlənməməliyik. Həmin ənənənin tarixini, fəlsəfəsini və insan həyatındakı yerini də göstərməliyik. Muğamı sadəcə musiqi kimi deyil, xalqın düşüncə və hiss dünyasını ifadə edən sənət kimi, çay süfrəsini sadəcə içki kimi deyil, qonaqpərvərliyin göstəricisi kimi, dolmanı isə sadəcə milli yemək kimi deyil, paylaşma və ailə ənənəsi ilə bağlı mədəni nümunə kimi təqdim etmək daha təsirli nəticə verə bilər. Milli mədəniyyət o zaman daha yaxşı tanınır ki, insanlar onun yalnız formasını deyil, ruhunu da anlayırlar”.

Gələcəyə yönəlmiş strateji məsələ

Sosioloqun sözlərinə görə, ənənələri gələcək nəsillərə çatdırmağın əsas şərti onları gənclərin həyatından uzaqlaşdırmamaqdır: “Ənənəni qorumağın ən yaxşı yolu onu həyatın bir hissəsinə çevirməkdir. Əgər gənc milli musiqiyə qulaq asırsa, milli sənətkarlıqla maraqlanırsa, öz tarixini oxuyur, milli mətbəx nümunələrini hazırlayır və bütün bunları müasir texnologiyalar vasitəsilə dünyaya təqdim edirsə, deməli, həmin irs yaşayır. Çünki mədəniyyət yalnız keçmişdən bizə qalan miras deyil, bu gün yaratdığımız və sabah gələcək nəsillərə ötürəcəyimiz dəyərdir.

Məhz buna görə milli irsin təbliği keçmişə nostalji baxış deyil, gələcəyə yönəlmiş strateji məsələdir. Öz tarixini, dilini, mədəniyyətini və adət-ənənələrini bilən gənc dünyaya daha inamla açılır, başqa xalqların mədəniyyətinə hörmət göstərməklə yanaşı, öz milli kimliyini də qorumağı bacarır. Milli dəyərləri qorumağın ən doğru yolu isə onları dəyişməz bir xatirə kimi saxlamaq yox, zamanın tələblərinə uyğun şəkildə yaşatmaqdır”.

Yeganə BAYRAMOVA

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 Avqust 2026 09:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see585

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see533

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see376

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see283

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see281

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see255

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see254

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see247

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see246

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see245

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see222

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see220

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see220

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see217

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see214

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see214

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see213

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see212

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see211

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri