Icma.az
close
up
RU
Azərbaycan dili milli kimliyimizin təməlidir ŞƏRH

Azərbaycan dili milli kimliyimizin təməlidir ŞƏRH

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 30 iyul, AZƏRTAC

Dil hər bir xalqın tarixini, mədəniyyətini, düşüncə tərzini və həyat fəlsəfəsini özündə əks etdirən ən mühüm dəyərdir. Azərbaycan dili – bizim ana dilimiz, sadəcə, gündəlik danışıq vasitəsi yox, eyni zamanda, xalqımızın milli varlığının göstəricisidir. Zəngin və qədim tarixə malik olan ana dilimiz, zaman-zaman böyük sınaqlardan keçmiş, lakin heç vaxt öz qüdrətini və mahiyyətini itirməmişdir. Ən çətin dövrlərdə belə bu dil nəinki qorunmuş, həm də xalqın mənəvi dayağı olaraq yaşadılıb və bu gün də varlığını qürurla davam etdirir.

Böyük mədəniyyətə malik olan xalqımız ana dilini yalnız ünsiyyət vasitəsi kimi deyil, həm də ruhunun, düşüncəsinin, milli kimliyinin təcəssümü kimi yaşatmışdır. Bu dil ədəbi incilərimizdə, aşıq yaradıcılığında, dastanlarda, xalq nağıllarında, atalar sözlərində və bayatılarda özünün ən saf və təbii şəkildə ifadəsini tapıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı Xumar Məmmədova söyləyib.

O qeyd edib ki, uzun müddət işğal və asılılıq həyatı yaşamış xalqımız Azərbaycan dilinin qorunmasına və inkişaf etdirilməsinə sadəcə hüquqi deyil, mənəvi borc kimi yanaşıb. Lakin tarixin müxtəlif dövrlərində imperiya siyasəti yürüdən qüvvələr, bu dili sıxışdırmağa, onu unutdurmağa və öz dillərini zorla qəbul etdirməyə çalışıblar.

“Sovet imperiyası dövründə Azərbaycan dilinə qarşı məqsədli şəkildə assimilyasiya siyasəti yürüdülüb. Ana dilinin rəsmi statusdan kənarda saxlanılması, eləcə də kitab nəşri və mətbuatın ciddi şəkildə məhdudlaşdırılması vasitəsilə Azərbaycan dilini zəiflətmək, xalqı isə öz mənəvi kimliyindən uzaqlaşdırmaq istiqamətində sistemli fəaliyyətlər həyata keçirilib. Hətta xalqımızın gündəlik məişətinə belə yad dilin daxil edilməsi məqsədli şəkildə təşviq edilirdi. Sovet dövründə yalnız təhsil və rəsmi qurumlar deyil, gündəlik ünsiyyət mühiti, ailədaxili danışıq, iş yerləri və ictimai sahələr də yad dilin təsiri altına salınmağa çalışılırdı. Bu, yalnız texniki dil dəyişməsi deyildi – bu, xalqın milli ruhuna, özünüifadə formasına və mənəvi kimliyinə qarşı yönəlmiş məkrli bir siyasət idi.

1970-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə ağır vəziyyətdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 1930-cu illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunmuşdu. Vəziyyət o qədər dözülməz idi ki, hətta o vaxt respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdən çəkinirdilər. İmperiyanın bütün basqıları və təzyiqləri fonunda Azərbaycan xalqına sədaqətini, Vətənə sonsuz bağlılığını fəaliyyəti ilə sübut edən Ümummilli Lider Heydər Əliyev dövlət dili uğrunda ardıcıl və prinsipial mübarizə apararaq cəsarətli mövqe sərgilədi. Azərbaycan uğrunda daim ardıcıl mübarizə aparan Ulu Öndər ana dilimizin dövlət dili kimi tanınması və yaşaması uğrunda qətiyyətli fəaliyyətə başladı, bu istiqamətdə həm siyasi, həm də mənəvi mühitin formalaşmasına öncüllük etdi”, - deyə deputat bildirib.

O xatırladıb ki, 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin VII sessiyasında, Azərbaycan Sovet Sosialist Respublikasının yeni Konstitusiya layihəsi və onun ümumxalq müzakirələrinin yekunlarına həsr olunmuş iclasda Ulu Öndər Heydər Əliyev mühüm bir məruzə ilə çıxış etdi. Məhz Ümummilli Liderin təşəbbüsü və siyasi iradəsi ilə Konstitusiyanın 73-cü maddəsinin aşağıdakı redaksiyada qəbul olunması təklif olundu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Bu, sıradan bir hadisə yox, xalqımızın milli kimliyinin və mənəvi varlığının tanınması istiqamətində atılmış mühüm addım idi. Beləliklə, Ümummilli Liderin uzaqgörənliyi, qətiyyəti və vətənpərvər fəaliyyəti nəticəsində Azərbaycan dili uzun illər sonra yenidən dövlət dili statusunu qazandı, xalqın hüquqi və mənəvi qürur mənbəyinə çevrildi. Müstəqillik illərində də Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinə olan xüsusi diqqəti və qayğısı onun dövlətçilik fəaliyyətində aydın şəkildə özünü göstərdi. Bu dövrdə ana dilimizin inkişafı və qorunması məsələsi dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrildi. 1995-ci ildə qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dilinin respublikanın dövlət dili olması rəsmi şəkildə təsbit edildi. Bu, yalnız hüquqi bir ifadə deyil, dilimizə və milli kimliyimizə verilən yüksək qiymətin təzahürü idi. Bundan əlavə, “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanın imzalanması, eləcə də Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət Dil Komissiyasının yaradılması, ana dilimizin inkişafına və cəmiyyətdə layiqli yer tutmasına yönəlmiş mütərəqqi addımlar idi. Ən nəhayət, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə hər il ölkəmizdə 1 Avqust – Azərbaycan əlifbası və dili günü kimi qeyd olunur. Bu mühüm qərar, bütövlükdə ana dilimizin qorunması, zənginləşdirilməsi və gələcək nəsillərə layiqincə ötürülməsi istiqamətində atılmış tarixi və strateji bir qərar oldu.

“Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi ənənə, sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıl şəkildə davam etdirildi. Azərbaycanın müstəqillik əldə etmədiyi dövrlərdə xalqımızı bir millət kimi qoruyub saxlayan əsas sütunlar, məhz Azərbaycan dili, milli mədəniyyətimiz və mənəvi dəyərlərimiz olub. Məhz bu reallığı vurğulayan Prezident İlham Əliyevin bildirdiyi kimi Azərbaycan dilinin və mədəniyyətinin qorunub inkişaf etdirilməsi, eyni zamanda, müstəqilliyimizin, dövlətçilik ənənələrimizin və milli birliyimizin qorunması anlamına gəlir.

Bu baxımdan dilimiz və mədəniyyətimiz yalnız ünsiyyət vasitəsi və ya keçmişin mirası deyil, həm də milli kimliyimizin, tarixi yaddaşımızın və suveren dövlətimizin əsas simvollarındandır. Ana dilimizi qorumaq, yaşatmaq və inkişaf etdirmək isə hər birimizin əsas vəzifəsi olmalıdır”, - deyə Xumar Məmmədova vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 İyul 2025 23:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see330

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see320

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see312

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see304

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see299

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see290

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see282

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see271

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see266

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see262

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see248

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see228

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see226

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see216

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see216

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see206

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see193

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see174

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri