Icma.az
close
up
RU
Azərbaycan dili milli varlığımızdır ŞƏRH

Azərbaycan dili milli varlığımızdır ŞƏRH

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

“İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan ana dilini hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”.
Ümummilli Lider Heydər Əliyev
Dil insanın mənəvi aləminin əks-sədasıdır. Ulu Tanrının insana bəxş etdiyi ən ecazkar və qüdrətli nemətdir. Dil hər bir millətin, xalqın varlığı deməkdir. Dünyada yüzlərlə dil mövcuddur. Doğma ana lisanımız olan Azərbaycan dili isə bizim üçün bu dillərin sırasında ən möhtəşəmidir. Əlbəttə, hər bir dilin özəlliyi və özünəməxsus gözəlliyi var. Bunu kimsə inkar edə bilməz. Amma bir vətəndaş olaraq bizim üçün Azərbaycan dilinin əvəzi yoxdur. Bu dilin cazibəsini heç bir dildə tapmaq olmaz. Ona görə ki, Azərbaycan dili-anamızın, Azərbaycanımızın dilidir. Onun qədər müqəddəs, əziz, qəlbimizə, ruhumuza munis olan nə var görəsən? Bu dildə anamızı, atamızı çağırmışıq, yurdumuzu bu dildə adlandırmışıq. Gözümüzü dünyaya açandan ana laylası ilə ruhumuza hopan, qanımızı coşduran ana dilimizin kəlimələri ilə yaddaşımıza bir tarix yazılıb. Günlərlə, aylarla tamam olan illərimizin xatirələri bu dildə, ana dili ilə kəlimələrə çevrilib, dastanlar yaradıb.
Hər kəsə məlumdur ki, dil və xalq ayrılmazdır. Elə buna görə də xalqın tarixi taleyini eynilə onun dili də yaşayır. Məlumdur ki, milli dəyərlərini heç zaman unutmayan xalqımız dilimizin məhv olmasına, yad dillərin təsirinə düşməsinə yol verməmiş, onu qoruyub saxlamış, saflığını, şirinliyini bu günədək yaşatmışdır. Baxmayaraq ki, zaman-zaman yadellərin işğalına məruz qalmış böyük məhrumiyyətlərlə üzləşmişdir.
Lakin xalqımız müstəqillik əldə etdikdən sonra dilimiz də rəsmi dövlət dili statusu alaraq, beynəlxalq münasibətlər sisteminə, dünya diplomatiyasına yol tapdı. Bu sevinci, xoşbəxtliyi xalqımıza ümummilli liderimiz Heydər Əliyev yaşatdı. Hələ 1969-cu ildə ulu öndərimizin Azərbaycana rəhbər seçilməsindən sonra ana dilimizə münasibət də kökündən dəyişmiş, dil siyasətinə mühüm əhəmiyyət verilmişdi. Bu siyasətin nəticəsidir ki, 1970-ci ildən Azərbaycan dilinin elmi şəkildə öyrənilməsinin əsası qoyulmuş və Azərbaycan dilinin problemlərilə bağlı çoxsaylı elmi-nəzəri əsərlər yazılmışdır. 1974-cü ildə məhz Ulu Öndərin təşəbbüsü ilə ali məktəblər üçün yazılmış dördcildlik “Müasir Azərbaycan dili” dərsliyinin respublikanın dövlət mükafatına layiq görülməsi də dilimizin inkişafına önəmli təsir göstərmişdir. Bu inkişaf sayəsində dilimiz zənginləşmişdir. 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında dilimizin dövlət dili kimi təsbit edilməsi də ulu öndərin imperiya dövründə atdığı cəsarətli addımlardan biri idi. Dilimizə olan böyük qayğı 1993-cü ildən sonra da onun inkişaf səviyyəsini, zənginləşməsini təmin etdi. Çünki ulu öndər Heydər Əliyevin xalqın təkidilə hakimiyyətə qayıtması ana dilimizin nüfuzunun artmasına, qorunmasına, inkişaf etdirilməsinə, respublikanın bütün idarə və təşkilatlarında dövlət dili kimi tətbiq edilməsinə səbəb oldu. Uzaqgörən siyasətçi 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsilə qəbul edilmiş Konstitusiyamızda Azərbaycan dilini dövlət dili kimi təsbit edilmişdir. Ulu öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyul və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2003-cü il 2 yanvar tarixli Fərmanları dilimizin və dilçiliyimizin inkişafında yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Həmçinin ümummilli liderin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən, hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur.
Ulu öndərin siyasi kursunu uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyev də dilimizin daha geniş təbliğinə hərtərəfli imkanlar yaradaraq onun müasir dövrün tələblərinə uyğun inkişafına stimul yaradıb. Bunun nəticəsidir ki, bu gün inkişaf etmiş bir çox dünya dövlətlərində Azərbaycan dilində məktəblər açılıb, dərsliklər, metodiki və bədii ədəbiyyatlar bu dildə nəşr olunur. Deməli, dilimizin beynəlxalq aləmdə tanınması, mötəbər kürsülərdən eşidilməsi ona olan dövlət qayğısının göstəricisidir.
Ölkə Prezidentinin “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamlarına əsasən, latın qrafikalı Azərbaycan əlifbası ilə dərsliklər, elmi əsərlər, lüğətlər və bədii ədəbiyyatlar çap olunaraq ölkə kitabxanalarına paylanıb.
Hər bir azərbaycanlı öz ana dilini qorumalı, onun mənəvi-siyasi nüfuzunu təkcə yaşadığı məkanda deyil, hər yerdə və həmişə yüksəltməyə çalışmalıdır. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Millətin milliliyini saxlayan onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz. Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi və inkişaf etməsi də bizim nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir”.
Milli dəyərlərin qorunması, zənginləşdirilməsi, inkişaf etdirilməsi, cəmiyyətdə tutduğu mövqeyindən, peşəsindən, ixtisasından, vəzifəsindən asılı olmayaraq, hər kəsin vətəndaşlıq borcudur. Hər bir azərbaycanlı öz ana dilini qorumalı, onun mənəvi-siyasi nüfuzunu təkcə yaşadığı məkanda deyil, hər yerdə və həmişə yüksəltməyə çalışmalıdır.
Xalqın hər bir nümayəndəsi öz dilinin təmizliyi uğrunda mübarizə aparmağa, dili yad ünsürlərdən qorumağa borcludur. Hər birimiz ana dilimizə xüsusi ehtiramla yanaşmalı, onu yaşatmalıyıq. Dilimiz varsa, biz də varıq.
Turanə Baxşəliyeva
Şahbuz Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, YAP fəalı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 31 İyul 2026 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see357

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see350

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see342

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see342

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see339

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see336

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

12 Sentyabr 2026 20:27see314

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

12 Sentyabr 2026 19:28see301

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see290

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see260

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see260

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see253

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see247

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see227

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see225

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see225

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see218

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see216

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see206

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri