Icma.az
close
up
RU
”Azərbaycan dili milli kimliyimizin əsas sütunudur” Sahibə Qafarova

”Azərbaycan dili milli kimliyimizin əsas sütunudur” Sahibə Qafarova

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Bu gün keçirdiyimiz müzakirə Milli Məclisin təşəbbüsü ilə baş tutur və parlament bu prosesə Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə elmi şəkildə cəlb olunub. Hökumət səviyyəsində səsləndirilmiş fikirlər elmi ictimaiyyətin qarşısında yeni vəzifələr qoyur. Dövlət siyasətinin inkişafında alimlərin biliyi və təcrübəsi xüsusi əhəmiyyət daşıyır”. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarova Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyasına həsr olunmuş konfransda çıxışı zamanı deyib.

Spiker bildirib ki, konfransın əsas məqsədi Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində əsas prioritetləri müəyyənləşdirmək, bu prosesdə parlamentin, elmi ictimaiyyətin və ziyalıların rolunu dəqiqləşdirməkdir: “Bu gün biz Azərbaycan dilini xalqımızın milli kimliyinin əsas sütunu kimi qəbul edirik. Dilimiz tariximizin daşıyıcısı, dövlətçiliyimizin təməli və milli mənsubiyyətimizin təzahürüdür”.

Sahibə Qafarova vurğulayıb ki, dil siyasətini həyata keçirən və onun hüquqi bazasını təmin edən əsas qurum Milli Məclisdir: “Dilimizin qorunması və inkişafı ilə bağlı qəbul edilən qanunlar məhz parlamentin qərarları əsasında həyata keçirilir. Dünya dəyişir, yeni texnologiyalar yaranır və bu şəraitdə dilimizin həm qorunması, həm də müasirləşdirilməsi üçün sistemli yanaşmalara ehtiyac var”.

O, Azərbaycan dilinin dövlət dili statusunun formalaşmasında Ulu Öndər Heydər Əliyevin tarixi rolunu xüsusi qeyd edib:
“Məhz Ulu Öndərin səyləri nəticəsində 1978-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dilinə dövlət dili statusu verildi. 1995-ci ildə isə bu status bir daha təsdiqləndi. ‘Dövlət dili haqqında’ qanun və digər normativ aktlar qəbul edildi”.

Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan dilinin qorunması yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin üzərinə düşən milli məsuliyyətdir: “Parlamentin bu prosesdə xüsusi rolu var. Qanunvericilik təşəbbüsləri, dövlət proqramlarının inteqrasiyası, müasir texnologiyaların tətbiqi və səmərəli idarəetmə məsələləri Milli Məclisin fəaliyyət istiqamətlərindəndir”.

Sahibə Qafarova Azərbaycan dilinin qarşısında dayanan əsas çağırışları da diqqətə çatdırıb:
— Azərbaycan dilinin hüquqi statusunun qorunması;
— Dilin rəqəmsallaşması və yeni texnologiyalarla inteqrasiyası;
— Terminologiyanın elmi əsaslarla yenilənməsi və təkmilləşdirilməsi.

O əlavə edib ki, yeni mərhələdə əsas hədəflər arasında müasir texnologiyalarla dil tədrisinin rəqəmsallaşdırılması, mediada dil normalarına əməl olunmasının təşviqi, süni intellekt sistemlərində Azərbaycan dilinin inteqrasiyasının artırılması xüsusi yer tutur.

Sonda Milli Məclisin sədri vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən daha geniş və müasir formada davam etdirilir: “Biz sübut etməliyik ki, Azərbaycan dili yalnız tədris predmeti deyil, milli ideologiyamızın əsas sütunlarından biridir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 Dekabr 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri