Icma.az
close
up
RU
Azərbaycan dili təkcə dövlətimizin rəmzi deyil, həm də milli birliyimizin yol göstərənidir

Azərbaycan dili təkcə dövlətimizin rəmzi deyil, həm də milli birliyimizin yol göstərənidir

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yüksək mədəniyyəti ilə seçilən Azərbaycan xalqı, ən çətin və kritik dövrlərdə, şərəfli keçmişə sahib ana dilini milli varlığı kimi qorumuş, inkişaf etdirmiş, bu müqəddəs dildə sevə-sevə danışmış, onu nəsildən-nəsilə ötürmüşdür. Bu dil təkcə fonetik üslubda deyil, həm də ədəbi düşüncədə yaşadılmış, yazılıb-yaradılmışdır. Xalq düşüncələrində, ədəbi nəğmələrdə, dastanlarda qəhrəmanlıq tariximizi yaşadan bu ana dili, minilliklər öncəsində belə möcüzələr yaradan klassiklərin sözündə əbədiləşib. Ədəbi və bədii incilər məhz bu dildə yazılaraq, keşməkeşli keçmişimizin, xalqımızın həyat tərzinin canlı şahidinə və mənəvi yaddaşına çevrilmişdir. Basqılar və qadağalar fonunda xalqımız ana dilinə sıx şəkildə sahib çıxmış, onu yaşatmış, qorumuş və daha da zənginləşdirmişdir. 

Sovet imperiyası dövründə ana dilimiz məqsədli şəkildə sıxışdırılmağa başlandı. Elə bir vəziyyət yarandı ki, leksikonumuza yad dil nüfuz etdi, imperiya dili ölkənin hər yerində üstün tutuldu, hətta gündəlik məişətə qədər sirayət etdi. Bu isə Azərbaycan dilinin mərhələli şəkildə sıradan çıxarılmasına yönəlmiş qırmızı imperiyanın məqsədyönlü siyasəti idi.

Ötən əsrin otuzuncu illərində postsovet ölkələrində ana dili uğrunda səsini ucaldanlar zülmün hədəfinə çevrilmiş, amansız təqiblərlə üzləşmiş, sürgünə və sükuta məhkum edilmişdir. Ana dillərin məhv edilməsi imperiyanın əsas hədəflərindən biri idi. Çünki yaxşı bilirdilər ki, dil susanda, xalq da susar. Digər ittifaq respublikalarının rəhbərlərindən fərqli olaraq, böyük Heydər Əliyev bu ədalətsizliyə boyun əymədi. Ana dilimizin hüquqlarını bərpa etmək naminə qətiyyətlə addımlar atdı, Azərbaycan dilinə dövlət statusu verilməsi istiqamətində fəaliyyətə başlayaraq Vətən və tarix qarşısında misilsiz xidmət göstərdi.

Beləliklə, Ümummilli Lider Heydər Əliyevin fədakarlığı nəticəsində 1978-ci il aprelin 2-də, IX çağırış Azərbaycan SSR Ali Sovetinin VII sessiyasında  Konstitusiya layihəsinin və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş iclasda tarixi bir addım atıldı. Konstitusiyanın 73-cü maddəsinə əsasən, Azərbaycan dili dövlət dili statusu aldı.

Heydər Əliyevin göstərdiyi qətiyyətli mövqe müqəddəs dilimiz qorundu, ona sahib çıxdıq. Dövlət dili uğrunda ardıcıl və prinsipial mübarizə aparan Ulu öndər ziyalıları və xalqı səfərbər edərək ana dilinin dövlət dili kimi yaşamaq haqqı uğrunda ümummilli hərəkat yaratdı. Bu mübarizə nəticəsində milliliyimizə, kimliyimizə sahib çıxdıq, ruhumuz öz dilində yenidən dirçəldi.

Müstəqil Azərbaycan dövlətinə rəhbərlik etdiyi dövrdə ana dilimizə dərin hörmət və ehtiram göstərən Ulu öndər 1995-ci ildə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dilimizin Azərbaycan dili kimi tanınmasını dəstəkləmişdir. Eyni il ümumxalq səsverməsi ilə qəbul olunan Konstitusiyanın 21-ci maddəsində bu mühüm hüquqi norma öz əksini tapmışdır. Bundan əlavə, Azərbaycan dövlətinin dil siyasətinin formalaşması və möhkəmləndirilməsi baxımından dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi barədə fərmanlar böyük əhəmiyyət kəsb etmişdir. Ümummilli liderin təşəbbüsü ilə ölkəmizdə avqustun 1-i Azərbaycan əlifbası və dili günü kimi qeyd olunur ki, bu da dilimizin inkişafına verilən yüksək qiymətin ifadəsidir.

Dil siyasəti Prezident İlham Əliyev tərəfindən böyük inam və qətiyyətlə davam etdirildi. Azərbaycan dilinin inkişafı, qorunması və tətbiq dairəsinin daha da genişləndirilməsi istiqamətində mühüm addımlar atıldı, bu sahədə ardıcıl və uğurlu islahatlar həyata keçirildi. Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir deyən Prezident İlham Əliyev Vətən qarşısındakı xidmətlərinə görə 50 milyon insanın ana dilində etdiyi alqışlara layiq oldu, bizə danışmağı öyrədən anaların duasına çevrildi.

Müstəqil ölkəmizin varlığı və dövlətimizin əsas simvollarından biri olan Azərbaycan dilinin mövcudluğu, xalqımızın illərlə apardığı milli mücadilənin, azadlıq və milli kimlik uğrunda verdiyi mübarizənin nəticəsidir.

Bu dili bizə ana laylası kimi anamız öyrətdi. İtki təhlükəsi qarşısında isə bu müqəddəs dili Ulu öndər Heydər Əliyev qorudu, yaşatdı, ucaltdı. Və nəhayət, bu dillə səsimizi birləşdirdik, azadlıq hayqırdıq, azad olduq. Yağı düşmənin zülmünə qarşı bu dillə bir-birimizə səsləndik, bir yumruq olduq və Müzəffər Liderimizin rəhbərliyi ilə qələbə səsimizi də məhz bu dillə bütün dünyaya bəyan etdik.

Azərbaycan dili təkcə dövlətimizin rəmzi deyil, həm də milli birliyimizin yol göstərənidir. Birliyimizin davamlılığı naminə bu müqəddəs dili qorumağı bacarmalıyıq — necə ki, böyük Heydər Əliyev bunu bacardı və onu gələcək nəsillərə əmanət etdi!

Rəşad Mahmudov, 
YAP İdarə Heyətinin üzvü, 
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 İyul 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see221

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see208

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see191

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see166

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see159

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see147

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see146

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see140

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see139

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see136

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see134

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see133

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see131

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see126

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see122

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri