Icma.az
close
up
RU
Azərbaycan Şimali Makedoniya əlaqələri: Vizanın ləğvi təkcə turizmin deyil, həm də...

Azərbaycan Şimali Makedoniya əlaqələri: Vizanın ləğvi təkcə turizmin deyil, həm də...

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Ötən həftə Azərbaycanda səfərdə olan Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska-Davkova ölkəsi ilə Azərbaycan arasındakı diplomatik və xidməti pasport sahibləri üçün viza tələbinin tətbiqinin ləğv edilməsindən danışıb.

İki ölkə arasında vizanın ləğvi Azərbaycanın turizm sektoruna necə təsir edəcək?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən turizm eksperti Əziz Şiriyev bildirib ki, hər hansı bir ölkə ilə vizanın aradan qaldırılması Azərbaycan Respublikasını iqtisadi, hərbi gücünü göstərir. 44 günlük Vətən müharibəsindən sonra bir çox dövlətlər Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir. Bu sıraya yeni qoşulan ölkələrdən biri də Şimali Makedoniya oldu:

"Vizasız gediş-gəliş ticarət əlaqələrinin sürətlənməsi, investisiyaların artması və iki ölkə arasında qarşılıqlı inamın formalaşması baxımından əhəmiyyətlidir. Azərbaycan artıq bir sıra dövlətlərlə vizasız rejim tətbiq edərək beynəlxalq əlaqələrini möhkəmləndirir. Şimali Makedoniyanın da bu sıraya qoşulması turizmin inkişafına ciddi töhfə verəcək”.

Müsahibimiz deyib ki, vizanın ləğvi təkcə turizmi deyil, həm də ticarət və investisiya sahələrində yeni imkanlar yaradır. Şimali Makedoniya ilə Azərbaycan arasında enerji, kənd təsərrüfatı və nəqliyyat sahələrində əməkdaşlığın genişlənməsi gözlənilir. Azərbaycan ixrac potensialını artırmaqla, Makedoniya bazarında yerli məhsullara tələbatı yüksəldə bilər:

“Bu addım iki ölkə arasında hava nəqliyyatının inkişafına da töhfə verəcək. Gələcəkdə birbaşa aviareyslərin açılması da gündəmdədir ki, bu da biznes və turizm əlaqələrini daha da gücləndirəcək".

Əziz Şiriyev: Azərbaycandan Şimali Makedoniyaya, həm də əks istiqamətdə səyahət edən turistlərin sayı artacaq

Ekspertin sözlərinə görə, Şimali Makedoniya tarixi, təbiəti və mədəniyyəti ilə turistlər üçün maraqlı ölkələrdən biridir. Vizanın aradan qaldırılması sayəsində həm Azərbaycandan Şimali Makedoniyaya, həm də əks istiqamətdə səyahət edən turistlərin sayı artacaq:

"Bu ölkəyə səfər edən Azərbaycan vətəndaşları Ohri gölünün füsunkar mənzərəsini, tarixi Ohri şəhərini, Skopye qalasını, Matka kanyonunu və digər görməli yerləri ziyarət edə biləcəklər. Makedoniya mətbəxi və qonaqpərvərliyi də Azərbaycan turistləri üçün cəlbedici olacaq.

Eyni zamanda, Şimali Makedoniyadan Azərbaycana gələn turistlərin sayı da çoxalacaq. Bakı, Qəbələ, Şəki və Quba kimi turistik məkanlar makedoniyalı qonaqları öz füsunkar təbiəti və tarixi abidələri ilə cəlb edəcək".

Nuriyyə Musayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 Mart 2025 20:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri