Icma.az
close
up
RU
“Azərbaycan dili və mədəniyyəti: milli və bəşəri dəyərlər”

“Azərbaycan dili və mədəniyyəti: milli və bəşəri dəyərlər”

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Media və Mülki Cəmiyyət İctimai Birliyi bu mövzuda yeni layihəyə start verdi

Media və Mülki Cəmiyyət İctimai Birliyi “Azərbaycan dili və mədəniyyəti: milli və bəşəri dəyərlər” mövzusunda yeni layihəyə start verib. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Bu barədə layihənin rəhbəri, Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov məlumat verib.

X.Əhmədov bildirib ki, layihə üzrə fəaliyyətlər Bakı şəhərində həyata keçiriləcək və may ayının 1-dən iyulun 31-dək davam edəcək.

Layihə barədə məlumat verən təşkilat sədrinin sözlərinə görə, bu gün dünyada yaşayan 50 milyondan çox insan üçün Azərbaycan dili ana dili və ünsiyyət vasitəsidir. Azərbaycan dili dövlətçiliyimizin əsas atributlarından biri kimi mədəniyyətimizin və tarixi yaddaşımızın, eləcə də xalqımızın mədəni irsinin və mənəvi bağlarının qorunmasında mühüm rol oynayır. Ona görə də, Azərbaycan dilinin qorunub inkişaf etdirilməsi sadəcə vəzifə deyil, həm də hər bir vətəndaşın milli borcudur: “Həyata keçirdiyimiz bu layihənin də məqsədi kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının pozulması halları, dilimizdən istifadə ilə bağlı mövcud vəziyyət və problemlərin aşkar edilməsinə, həmçinin dilin qorunması və inkişafı üçün tövsiyələrin hazırlanmasına, dilin təbliği və düzgün istifadəsinin təşviqinə yönəlmiş tədbirlərin görülməsinə yardım etməkdir”-deyə X.Əhmədov bldirib.

O, eyni zamanda, qeyd edib ki, sosial şəbəkələrdə, reklamlarda və mediada əcnəbi dillərdə söz və ifadələrdən geniş istifadə edilməsi yenilik kimi qiymətləndirilsə də, dilin gözəlliyinə zərər vuran bir problemə çevrilib. Bu sahədə baş verən neqativ proseslər təkcə dil mədəniyyətinin deyil, ümumi mədəni səviyyənin də arzuedilməz göstəricisinə çevrilib. Yuxarıda sadaladığımız problemlərə görə, layihə çərçivəsində Azərbaycan dilinin leksik və qrammatik qaydalarının pozulması, əcnəbi dillərdə olan söz və ifadələrin işlədilməsi vəziyyəti, Azərbaycandilli mətbuatın vəziyyəti təhlil və monitorinq ediləcək, dilçi alimlərin, ekspertlərin, KİV-in, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə ictimai müzakirələr təşkil olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 11 İyul 2025 23:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri