Icma.az
close
up
RU
“Azərbaycan dili xalqımızın varlığını, yaddaşını və mənəvi irsini yaşadır” Adəm İsmayıl Bakuvi

“Azərbaycan dili xalqımızın varlığını, yaddaşını və mənəvi irsini yaşadır” Adəm İsmayıl Bakuvi

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

“Azərbaycan dili və əlifbası xalqımızın milli kimliyinin, dövlətçiliyimizin və mənəvi birliyimizin əsas dayaqlarındandır”.

“Yeni Sabah” bildirir ki, bunu Vəhdət Partiyasının sədri, siyasi elmlər doktoru Adəm İsmayıl Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə “Azərbaycan dili və əlifbası: tarix, kimlik və müasir çağırışlar” mövzusunda təşkil edilmiş elmi-praktik konfransda bildirib.

Partiya sədri qeyd edib ki, ana dilimiz sadəcə ünsiyyət vasitəsi deyil, həm də əsrlərlə formalaşmış milli ruhun və ictimai yaddaşın daşıyıcısıdır: “Azərbaycan dili xalqımızın varlığını, yaddaşını və gələcəyə daşıdığı mənəvi irsini ifadə edir. Ulu Öndər Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmanla Azərbaycan Əlifbası və Dili Günü təsis edildi və latın qrafikalı əlifbaya keçidin başa çatması rəsmiləşdi.” pizza

A.İ.Bakuvi vurğulayıb ki, Azərbaycan dilinin dövlət statusunun qorunması və cəmiyyətin bütün sahələrində işlək dilə çevrilməsi dövlətçilik strategiyasının mühüm hissəsidir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət proqramları, qəbul olunan qanunlar və yaradılan institutlar bir daha sübut edir ki, Azərbaycan dili ölkədə milli ideologiyanın və mədəniyyət siyasətinin əsas prioritetlərindən biridir”.

O, cəmiyyətin hər bir üzvünü ana dilinə sevgi və məsuliyyətlə yanaşmağa çağırıb: 

“Bu dil bizim keçmişimizdir, bu günümüzdür və gələcəyimizə daşıdığımız kimliyimizdir. Gəlin, dilimizi sevək, onu yaşadaq və gələcək nəsillərə bütöv şəkildə ötürək.”

Qeyd edək ki, Bakıda 1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə “Azərbaycan dili və əlifbası: tarix, kimlik və müasir çağırışlar” mövzusunda elmi-praktik konfrans təşkil edilib. Vəhdət Partiyasının təşkilatçılığı ilə baş tutan konfransın məqsədi Azərbaycan dilinin və əlifbasının tarixi köklərinin, milli kimliklə əlaqəsinin və müasir dövrdə qarşılaşdığı çağırışların elmi müstəvidə araşdırılması və bu sahədə cəmiyyətin məlumatlandırılması olub. 

Konfransda AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli, sabiq millət vəkili, Vəhdət Partiyasının qurucularından biri Tahir Kərimli, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, ədəbi tənqidçi Əsəd Cahangir, İctimai xadim, jurnalist, Ədəbiyyat fondunun rəhbəri Varis Yolçuyev, hüquq müdafiəçisi Novella Cəfəroğlu, Tanınmış aktyor, bədii qiraətçi, Xəlil Rza Ulutürk irsinin davamçısı Kamran Yunus, QHT rəhbəri Ələkbərova Aynurə və digər ictimai-siyasi xadimlər, tanınmış alimlər, yazıçılar və jurnalistlər, aktyor və qiraətçilər, QHT təmsilçiləri, o cümlədən hüquq müdafiəçiləri, həmçinin təhsil işçiləri, partiya üzvləri və tələbə-gənclər iştirak ediblər. 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 04 Avqust 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see250

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see158

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see156

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see152

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see139

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see134

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see133

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see133

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see129

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see129

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see128

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see127

Alleqri İtaliya Superkubokunun yarımfinalındakı davranışına görə cərimələnib

21 Dekabr 2025 05:16see125

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see125

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri