Icma.az
close
up
RU
Xaqan və xalqın birliyi vətənin diriliyi Adəm İsmayıl BAKUVİ

Xaqan və xalqın birliyi vətənin diriliyi Adəm İsmayıl BAKUVİ

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Boylar bir olsa, elin dirliyi artar;

el bir olsa, torpağın ömrü uzanar”.

“El bir olsa, dağ oynadar yerindən”, deyib ulu babalar. Bu sözlər yalnız torpağın deyil, həm də insanın içindəki mənəvi yurdun qorunması üçündür. Torpağı qoruyan qılıncdırsa, mənəviyyatı qoruyan hikmətdir. Hikmət isə yalnız ağıldan deyil, həm də vicdandan doğulur. Tarixin dərin qatlarında bir həqiqət var – xalq təkcə torpağı ilə deyil, yaddaşı ilə yaşayır. Bu yaddaşın mərkəzində bir obraz dayanır – xalqla bir olan, onu qoruyan, onun ruhunu yaşadan Böyük Xaqan. Bizim genetik kodumuzun daşıyıcılarından biri də elə budur – xalqla rəhbərin birliyi, arada sərhəd olmadan var olan yaxınlıq. Bu yaxınlıq qanun kitablarında yazılmır, zamanın sınaqlarında sübut olunur və Allahın verdiyi bir nemət kimi yaşanır.

Oğuz elində Xaqan yalnız taxtın yiyəsi deyil, həm də vicdanın səsinin daşıyıcısı idi. Böyük Xaqan anlayışı sadəcə siyasi titul deyil. Xalq özünü onda görür, onu özündə hiss edir. O təkcə dövlət başçısı deyil, xalqın ən sadə nümayəndəsi ilə eyni süfrədə oturan, onun dərdini dinləyən, sevincinə şərik olan insandır. Çünki xalqın gözündə böyüklük zirvədə dayanmaqla deyil, zirvədən aşağı enib xalqın yanında dayanmaqla ölçülür. Bu isə həm mənəvi, həm də ilahi bir məsuliyyətdir – Allahın insana verdiyi əmanəti daşımaq məsuliyyəti.

Basat Təpəgözü öldürəndə igidlik insafla yanaşı dururdu. Qəhrəmanlıq sadəcə gücün deyil, haqqın tərəfində durmaqdır. Qazan xanın elinin yağmalanması boyunda əsir elin azad olunması üçün qılınc qanunla birləşirdi, çünki qanunsuz güc başsız bədəndir. Oğuz Xaqanı həm cəng meydanı, həm də məclis başında elin dayağı idi. Onun böyüklüyü sadəcə düşməni məğlub etməsində yox, məğlub olanı ədalətə çağırmasında idi. Qorqud Ata hər boyun sonunda dua edərdi: “Ağ otaqlı, qızıl taxtlı Xaqan sağ olsun, ömrü uzun olsun, əli qalib, sözü düz olsun.” Bu dua bir nəfərə deyil, bir ideyaya, birliyə, diriliyə, gücə və ədalətə idi. Xaqan gecələr obadan-obaya gedər, qopuz səsi ilə könülləri yumşaldar, səhərlər isə ordusunun önündə dağlar aşardı. Onun üçün həm saz, həm qılınc müqəddəs idi – biri ruhu qoruyardı, biri torpağı.

Ocaq yanan yerdə ümid sönməz. Zaman dəyişdi, amma boyların hikməti göydə qaldı, əsrlərdən-əsrlərə köçdü. Göytürk daş yazılarında, monqol bozqırlarında, Osmanlı saraylarının divar naxışlarında Xaqan adı yenidən çəkildi. Böyük Xaqan hər iki aləmin tərəzisində ədaləti bərabər tutan idi – qılıncı haqq üçün çəkən, zəfəri xalqın sabahına bağlayan. Bu gün Azərbaycan torpaqlarında o qədim boyların nəfəsi yenidən yaşayır. Burda “boy” artıq tayfa deyil, dil, etnos, din, mədəniyyət fərqləri ilə bir xalqın müxtəlif qollarıdır. Talışın dili, tatın sözü, ləzginin rəqsi, avarın mərdliyi, qarapapağın yaddaşı, tərəkəmənin səfər ruhu, Şirvanın irfan nəfəsi, hamısı bir bayrağın kölgəsindədir. Bu kölgə tək qanunla deyil, həm də əsrlərdən gələn bir mənəvi əhdlə qorunur. Əhdinə sadiq olanın yolu nur olar. Dədə Qorqud boylarında Xaqan tayfaları birləşdirir, torpağı müdafiə eləyir, amma ən çox insanlar arasındakı inam, sülh, bərabərliyi qoruyur. Bu gün də həmin irs yaşayır, xalq bilir ki, lider yalnız əmrlər verən deyil, həm də xalqa qulaq asan, onu başa düşən, anlayandır.

Bu gün bayrağımızın altında Xaqan var – İlham Əliyev! Onun qətiyyəti Qazan xanın ildırım sürətini xatırladır – düşmənin üstünə şığıyan, amma qələbədən sonra düşmənin də haqqını tanıyan! Onun ədaləti Qorqud Atanın hikmətinə bənzəyir – dostun, bəzən düşmənin də haqqına hörmət edən! Onun birliyi qorumaq eşqi Salur Qazanın torpaq sevgisini xatırladır. Vətən yalnız daş və torpaq deyil, o həm də torpaqda yanan ocağın isti nəfəsidir. Dövlət yalnız qanun kitabı deyil, həm də xalqın ruhunun yaşayış yeridir. Əgər Xaqan xalqına arxa çevirməsə, xalq da Xaqana arxa çevirməz. İlham Əliyev bu bağlılığı sözdə deyil, əməldə sübut edib – Zəfər günü ön cəbhədə, quruculuq günü xalqın içində. Bu, Dədə Qorqudun dediyi kimi, el üçün can verən, elin dərdini çəkən başçı olmaqdır. Onun siyasətində mərhəmət ədaləti zəiflətmir, ədalət mərhəməti susdurmur. Böyüklük hökmranlıqla deyil, məsuliyyətlə ölçülür. Əgər rəhbər xalqın yükünü öz çiyinlərində daşıyırsa, əgər onun verdiyi qərar hər bir insanın həyatına fərəh gətirirsə, bu, artıq sırf idarəçilik deyil, mənəvi missiyadır. İlham Əliyevin böyüklüyü də bundadır – o yalnız siyasi fiqur deyil, həm də humanist insan örnəyidir. Qələbə onun üçün yalnız meydanda zəfər qazanmaq deyil, həm də bu qələbəni xalqın rifahına çevirməkdir. Qərar qəbul eləmək onun üçün yalnız dövlətin xeyri deyil, eyni zamanda, insanların həyatına düşən işıqdır.

Tərəzinin bir gözü ağır olsa, o əsl tərəzi deyil. Liderlik – tərəzinin iki tərəfini taraz saxlamaq sənətidir. İlham Əliyevin sözü az, çəkisi ağırdır. Onun hər kəlməsi fərman, hər hərəkəti nişanədir. Onun diplomatiyası Göytürklərin uzaq səfərlərini xatırladır, amma bu səfərlər artıq at belində deyil, müasir dünyanın masabaşı meydanlarında edilir. Xalqla birlikdə olmaq bizim genetik kodumuzun, tarixi yaddaşımızın dəyişməz hissəsidir. Oğuz boylarında Xaqan obadan-obaya gedər, hər kəsin evində oturar, uşağın gülüşünə, qocanın duasına şərik olardı. Bu gün də xalqın gözündə Böyük Xaqan hər bölgəyə gedən, hər insanın dərdinə şərik olan, onun sevinci və kədərini paylaşan rəhbərdir. Bu, dövlət başçısının, sadəcə, vəzifəsi deyil, bu onunla xalq arasında əsrlərin dərinliyindən gələn mənəvi müqavilədir və bu müqavilənin şahidi də, qoruyucusu da Allahdır.

Bu günün Azərbaycanı yeni bir “Qalın Oğuz” dastanı yazır: Qarabağın azadlığı bu dastanın qəhrəmanlıq bəndidir; Şuşanın dirçəlişi mədəniyyət bəndidir; Zəngilan və Cəbrayılın quruculuğu birlik bəndidir. Hər məktəb, hər məscid, hər şəhər, hər yol, hər mədəniyyət ocağı bu boyun yeni misralarıdır. Qopuz indi elektrik işığında çalınsa da, onun ruhu hələ də Dədə Qorqudun əlindəki kimi təmizdir. Xalq bilir ki, bu böyüklük təsadüfi deyil. Bu, əsrlərin formalaşdırdığı bir ənənənin davamıdır. Xalqın gözündə Böyük Xaqan yalnız bu günün lideri deyil, həm də sabahın tarixini yazan başçıdır! Onun böyüklüyü yalnız hakimiyyətdə olduğu müddətlə deyil, xalqın yaddaşında yaşayacağı əsrlərdə ölçüləcək. Allah şahiddir ki, xalqına xidmət edən rəhbərin adı zamanın yaddaşından silinmir, çünki bu, insanların qəlbində yazılan bir kitabdır.

Böyük Xaqan anlayışı həm yerli, həm də bəşəri bir rəmzdir. Yerli – çünki bu torpağın tarixi, dili, adət-ənənəsi ilə formalaşıb. Bəşəri – çünki dünyanın hər yerində həqiqi liderin böyüklüyü xalqın qəlbində ölçülür. İlham Əliyevin böyüklüyü də bundadır – eyni vaxtda həm öz xalqının tarixi genetik kodunu yaşadır, həm də dünyada qəbul edilən humanist lider modelini təcəssüm etdirir.

Dədə Qorqudun diliylə desək, yum verəlim! Ulu Tanrım, xalqımızın birliyini, diriliyini gücləndir, bayrağımızın kölgəsini qalın elə! Xaqanımızın adını göylərə ucalt! Oğuz elinə verdiyin gücü, ədaləti, mərhəməti bu yurddan əskik eləmə! Könüldə nur olarsa, elin çırağı sönməz! Xalqın ürəyindəki sevgini, Xaqanın qəlbindəki məsuliyyəti əbədi elə! Yeri-göyü yaradan Sənsən, bizi sözümüzdən döndərmə, əhdimizdən ayırma. Xalqla Xaqan bir, birliyin ömrü min olsun!

Adəm İsmayıl Bakuvi

Vəhdət Partiyasının sədri,

yazıçı-publisist

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 15 Avqust 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see166

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see147

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see144

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see137

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri