Icma.az
close
up
RU
Slovakiya səfərinin mesajları... Adəm İsmayıl Bakuvi

Slovakiya səfərinin mesajları... Adəm İsmayıl Bakuvi

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Azərbaycanın xarici siyasəti uzunmüddətli strateji hədəflərə, regional sabitlik və davamlı inkişaf məqsədlərinə,  həmçinin ölkəmizin qlobal nəqliyyat və enerji sistemində tutduğu mövqeyə söykənir. Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri çərçivəsində söylədiyi fikirlər də bu istiqamətin ardıcıl və məqsədyönlü olduğunu bir daha nümayiş etdirdi”.

Bunu Prezidentin Slovakiyaya səfərini “Yeni Sabah”a şərh edən ictimai-siyasi xadim, Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi deyib. Onun sözlərinə görə, dövlət başçısının “Azərbaycan Şərq ilə Qərb arasında körpü rolunu oynayır” fikri artıq siyasi metafora deyil, reallaşmış faktdır.

“Son illər nəqliyyat, loqistika və infrastruktur sahələrinə yönəldilən iri həcmli sərmayələr Azərbaycanı Orta Dəhlizin ən sabit, təhlükəsiz və səmərəli hissəsinə çevirib. Cənab Prezidentin çıxışında Mərkəzi Asiyanı Avropa ilə birləşdirən əsas marşrutun Azərbaycan ərazisindən keçdiyinin vurğulanması rəsmi Bakının geosiyasi çəkisini daha da artıran faktordur. Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycanın iqtisadi gücünü və Avrasiya məkanındakı rolunu yüksək qiymətləndirməsi də təsadüfi deyil. Onun Azərbaycanın Cənubi Qafqazın ən böyük iqtisadiyyatına malik olmasını xüsusi vurğulaması ölkəmizin Avropa üçün etibarlı tərəfdaş statusunu bir daha möhkəmləndirir.”

Partiya sədri onu da bildirib ki,  səfər zamanı aparılan danışıqlar  Azərbaycan–Slovakiya münasibətlərinin gələcək inkişafında nəqliyyat, enerji və iqtisadi inteqrasiyanın əsas istiqamətlər kimi ön plana çıxdığını göstərdi. Onun sözlərinə görə, Prezident İlham Əliyevin əlaqələrin və nəqliyyat sahəsinin yeni investisiyalar hesabına genişlənəcəyini bildirməsi Slovakiya üçün də xüsusi əhəmiyyət daşıyır. Çünki məhz bu sektor iki ölkəni yalnız siyasi əməkdaşlıqla deyil, real iqtisadi maraqlar ətrafında birləşdirən strateji platforma rolunu oynayır.

“Azərbaycanın bu sahədə yaratdığı müasir infrastruktur artıq ölkəmizi təkcə region daxilində deyil, Avropanın mərkəzi hissəsini də bu logistik sistemə daha sıx bağlayan mühüm bir qovşağa çevirir. Eyni zamanda, Azərbaycanın sürətlə artan enerji potensialı əməkdaşlığın gələcək istiqamətlərini müəyyən edən əsas faktor kimi çıxış edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda istifadə olunmayan təxminən iki qiqavatlıq enerji gücünün beş il ərzində səkkiz qiqavata çatdırılması, ölkəmizin enerji tranziti və yaşıl enerji ixracında yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir. Bu potensial isə yalnız Avropanın enerji təhlükəsizliyinə töhfə vermir, eyni zamanda yüksək texnologiyalar, süni intellekt və data mərkəzləri kimi enerji tutumlu sahələrin inkişafında da həlledici rol oynayacaq”.

Adəm İsmayıl Bakuvi bildirib ki, Slovakiya Prezidentinin ticarət dövriyyəsində müşahidə olunan ciddi artımı önə çəkməsi isə iqtisadi əməkdaşlığın genişlənməkdə olduğunun bariz göstəricisidir: “Həm Bakı, həm də Bratislava mövcud potensialdan tam istifadə edilmədiyini vurğulamaqla, əslində yaxın illərdə tərəfdaşlığın daha geniş həcmlərə çatacağına işarə edirlər. Bütün bu məqamlar Azərbaycan–Slovakiya münasibətlərinin strateji mahiyyətini daha da gücləndirir və Prezident İlham Əliyevin səfərini iki ölkə əlaqələrində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirməyə əsas yaradır”, – deyə Adəm İsmayıl Bakuvi fikirlərini yekunlaşdırıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 10 Dekabr 2025 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see260

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see203

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see202

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see198

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see170

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see168

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see160

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see152

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see152

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see140

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see139

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see136

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see131

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see130

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see128

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see127

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see124

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see123

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri