Icma.az
close
up
RU
Azərbaycan dilinin elektron lüğəti necə işləyəcək? AÇIQLAMA

Azərbaycan dilinin elektron lüğəti necə işləyəcək? AÇIQLAMA

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan dilinin saflığının qorunması son gün son günlər aktual məsələyə çevirilib. Sosial mediada və digər Kütləvi İnformasiya Vasitələrində dil normalarına əməl edilməməsi isə ən böyük problemlərdən biridir.

Bəxtiyar Vahabzadənin də, dediyi kimi:

"Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək!".

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyevin də, ötən günlərdə açıqlamasında dili qorumaq üçün Azərbaycan dilinin elektron lüğətinin texnoloji bazasının yaradılmasını təklif etmişdi.

Bəs görəsən, bu lüğət necə işləyəcək?

Əliməmməd Nuriyev Lent.az-a açıqlamasında bildirib ki, Azərbaycan dilinin elektron lüğəti təkcə internetdə axtarıla bilən söz kitabı deyil, dilimizin rəqəmsal ensiklopediyası kimi işləyəcək:

“Azərbaycan dilinin elektron lüğəti təkcə internetdə axtarıla bilən söz kitabı deyil, dilimizin rəqəmsal ensiklopediyası kimi işləyəcək. Yəni orada təkcə sözün mənası yox, onun düzgün yazılışı, tələffüzü, mənşəyi, şəkilçiləri və işlənmə nümunələri göstəriləcək. Digər ölkələrin təcrübələrində bu standartlar müəyyən edilib. Bu sistem süni intellekt texnologiyası ilə işləyəcək. Yazıda hansısa səhv olduqda, proqram onu avtomatik formada düzəldib, doğru yekun variantı təklif edəcək.

Azərbaycan dilinin elektron lüğətini kompüter, telefon, planşetlə açmaq mümkün olacaq. İstənilən sözü axtarışa verərək, tapmaq olacaq. Lüğət Word, Google və digər proqramlara qoşula biləcək. Dövlət qurumları, məktəblər və jurnalistlər eyni dil standartlarından istifadə edəcəklər.

Lüğət niyə vacibdir?

Lüğətin vacibliyi hər şeydən əvvəl Azərbaycan Respublikasının Prezidentinin dilimizin  saflığının qoruması ilə bağlı verdiyi mesajların icrasına yol açır. Bu lüğət dilimizi qoruyacaq, xarici sözlər və yanlış terminlərin istifadəsini azaldacaq, təhsil və elm işçiləri üçün faydalı olacaq. Müəllimlər və tələbələr eyni terminlərdən istifadə edə biləcəklər. Mətbuat və sosial şəbəkələrdə də avtomatik redaktə olunan mətnlər dilin saflığına birbaşa yardımçı olacaq.

Hərdən hansısa sözlərin yazılışını unuda bilirik, səhv yazırıq, məhz bu lüğətdən sonra işlər daha da asanlaşacaq. Həmçinin süni intellekt üzərində bazanın qurulması Azərbaycan dilini tanıyan, danışan və tərcümə edən proqramların yaranmasına yol açacaq. Bu layihə gerçəkləşərsə, Azərbaycan dili rəqəmsal dünyada öz ayaqları üstündə duran, müstəqil bir dil kimi mövqeyi möhkəmlənəcək.

Lüğət bizə başqa ölkələrin sistemlərindən asılı olmadan öz dil texnologiyamızı qurmaq imkanı yaradacaq”, -deyə o, fikrini yekunlaşdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://lent.az
archiveBu xəbər 12 Noyabr 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see289

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see284

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see275

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see262

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see255

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see250

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see237

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see226

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see219

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see211

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see208

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see207

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see206

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see203

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see196

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see190

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see189

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see173

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see170

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri