Icma.az
close
up
RU
“Azərbaycan dili tat dilinin ləhcələri lüğəti” üzərinndə iş başa çatıb

“Azərbaycan dili tat dilinin ləhcələri lüğəti” üzərinndə iş başa çatıb

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Azərbaycan polietnik və çoxkonfessiyalı bir ölkədir.

Burada sayca çoxluq təşkil edən Azərbaycan türkləri ilə yanaşı azsaylı xalqların nümayəndələri mehribanlıq və qarşılıqlı hörmət şəraitində yaşamaqdadırlar.

Bu barədə filologiya üzrə fəlsəfə doktoru Dadaş Əliyev məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə  vəsaiti hesabına və “Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyinin icra etdiyi  “Dilimiz varlığımızdır: tat dilinin müxtəlif ləhcələrini özündə ehtiva  edən lüğətin hazırlanması və nəşri” layihəsi çərçivəsində nəşr ediləcək. Belə ki, lüğət artıq tam tərtib olunub, elektron variantı hazırlanıb. Rəylər alınıb nəriyyata təqdim olunacaq. Bu Azərbaycan Respublikasında milli siyasətdə olan tolerantlıq və multikulturalizm xəttinin aydın təzahürü kimi qiymətləndirilməlidir.

Lüğətin tərtibi və nəşrində məqsəd tat dilinin unudulmaqda olan sözlərini işlək vəziyyətə gətirmək, habelə hazırda Azərbaycan Respublikasında tatdilli şagirdlərin oxuduğu məktəblərin ibtidai siniflərində həm tat dilini öyrənən şagirdlərə, həm də onu tədris edən müəllimlərə kömək etməkdir. Lüğətdə həmçinin  tat dili ləhcələrinin leksik ehtiyatı müqayisəli şəkildə göstərilmiş və bununla da tat dili ilə bağlı elmi tədqiqatlara,  tat dilinin tədrisi prosesinə, habelə sərbəst öyrənmək istəyənlərə əlavə imkanlar yaradılmışdır.

Lüğət Azərbaycan dilində olan sözlərin  tat dilinin ləhcələrində verilməsi əsasında formalaşmışdır. Lüğətin tərtibi zamanı sözlərin 3 əsas ləhcədə: Şimal, Mərkəz və Cənub ləhcələrində qarşılıqları verilmişdir. Burada tat dilinin müxtəlif ləhcələrinə aid unudulmuş qeyri-fəal leksik vahidlər, spesifik söz variantları ilə yanaşı, tat dilinin quruluşu (fonetika, leksika və qrammatikası) haqqında yığcam məlumatlar verilmiş və bu zaman daha çox Cənub ləhcəsinə istinad edilmişdir.

Bir sözlə, azsaylı xalqların dili və mədəniyyətinə dövlət tərəfindən göstərilən qayğının və dəstəyin nəticəsi olan bu nəşr ölkəmizdəki xalqların multikultural və tolerant mühitdə yaşadıqlarını bütün dünya üçün hər zaman nümünə olduğunu təsdiqləyir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Sentyabr 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see330

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see301

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see289

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see286

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see282

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see280

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see280

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see258

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see254

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see251

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see247

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see240

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see229

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see222

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see216

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see207

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see197

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see197

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri