“Azərbaycan dilinin böyük frazeoloji lüğəti” nin II cildi çap olunub
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru Nəriman Seyidəliyev və mərhum professor Bayram Əhmədovun “Azərbaycan dilinin böyük frazeoloji lüğəti”nin II cildi çap olunub.
Dilçilik İnstitutunun Elmi şurasının qərarı ilə çap olunan lüğətin elmi redaktoru professor Nadir Məmmədli, redaktorları professorlar İsmayıl Məmmədli, Sevinc Əliyeva və dosent Gülarə Əmirovadır.
Rəyçilər professorlar Sevil Mehdiyeva, Gülnarə Sadıqova, Abbas Abbasov, dosentlər Fidan Salayeva, Amil Cəfərov və Aqil Cəfərovdur.
Azərbaycan dilinin frazeoloji lüğətindən orta və ali məktəb müəssisələrində, kurslarda, lüğətçilik tədqiqatlarında, gənc alimlərin elmi araşdırmalarında, türkdilli xalqların böyükhəcmli lüğətlərinin hazırlanmasında dəyərli bir vəsait kimi istifadə oluna bilər. Bununla yanaşı, geniş oxucu kütləsi üçün də faydalıdır.
Aydın tərtib prinsipləri və elmi cəhətdən düzgün əsaslandırılmış strukturu ilə fərqlənən mükəmməl sözlükdə frazeologiyanın hüdudları dəqiq müəyyənləşdirilib, sabit söz birləşmələri, mürəkkəb sözlər, tərkibi fellər, məcazlar, obrazlı ifadələrlə frazeologiya arasında münasibətlər aydınlaşdırılıb. 20 min 500-ə qədər frazeoloji vahidin izahının verildiyi lüğətdə “K-Z” hərfləri əhatə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 23 May 2025 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















