Icma.az
close
up
RU
Azərbaycan dilinin müstəqilliyinə təhdidlər: Rüstəm bəy və Səməd Vahid yaşayır, Məhəmmədəli

Azərbaycan dilinin müstəqilliyinə təhdidlər: Rüstəm bəy və Səməd Vahid yaşayır, Məhəmmədəli

Aznews.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ayaz Salayevin müzakirələrə səbəb olan açıqlamasının xülasəsini oxudum, verilişə tam baxmağa imkan olmadı. Çox təəssüflər olsun ki, hörmətli Ayaz müəllim qismən haqlı olsa da, məsələni yanlış qoyub. Problemin qoyuluşu yanlışdırsa, onu düzgün təhlil etmək və çıxış yollarını tapmaq mümkün deyil. Odur ki, gəlin, ilk növbədə məsələni düz qoyaq.ə

Məsələ budur ki, Azərbaycan dili tam müstəqil dildir və tam müstəqil dil olaraq da dövlət dilimizdir. Dil müstəqilliyimizin 5 əsas kateqoriyası var.

1. Hüquqi müstəqillik;
2. Siyasi müstəqillik;
3. Dilin xarici təsirlərə müqaviməti;
4. Mədəni müstəqillik;
5. Texnoloji müstəqillik.

Dil müstəqilliyimizə isə, əsasən 4 amil təsir edir:

- Qloballaşma: Bu prosesdə dünyada dominant dillər Azərbaycan dilinə təsir göstərir.

- Keçmiş müstəmləkəçilik təcrübəsi: Rusiyanın assimilyasiya siyasəti ana dilimizə 200 ildir ki təsir edir.

- Dil siyasəti və dövlət dəstəyi: Dilin dövlət səviyyəsində dəstəklənməsi və təşviqi ilə bağlı ciddi problemlər var. Məsələn, bu yaxınlarda rəsmi şəkildə elan olundu ki, ölkə telekanallarında yerli cizgi filmləri, demək olar ki, nümayiş olunmur.

Demoqrafik amillər: Xarici ölkələrə uzunmüddətli gediş-gəlişlər, miqrasiya müəyyən təsirlər yaradır.

Bu deyilənləri ümumiləşdirsək, Azərbaycan dilinə 4 əsas təhdid var:

1) Rus dili.
2) İngilis dili.
3) Türk dili.
4) Güney Azərbaycanda davam edən assimliyasiya siyasətinin səbəbi kimi fars dili.

Bu dörd təhdiddən üçü birbaşa Azərbaycan Respublikasının dövlət dilinə yönəldiyindən məsələ hər birimizi dərindən narahat etməlidir.

İlk növbədə texnoloji təhdidlərin qarşısını almalıyıq. Məsələn, "klaviatura" kəliməsindən istifadə edirik, bunu nə ilə əvəzləyə bilərik? AMEA-nın Dilçilik İnstitutunun əsas görəvlərindən biri məhz budur ki, dilə daxil olan terminləri vaxtında ana dilinə uyğunlaşdırsın, onları ifadə edən sözlər təqdim etsin.

Dilimizin mədəni müstəqilliyini qorumaq üçün bədii ədəbiyyat, musiqi, filmlər, tamaşalar və s. istehsal etmək lazımdır. Bu gün orta statistik Azərbaycan gənci neçə kəlimə ilə danışır və o kəlimələrin neçəsi ana dilimizdədir? Təhsil məktəbdə deyilsə, mədəniyyət sənayesi tənəzzül içindədirsə, bu məsələnin önünə keçmək mümkün deyil.

Dilin xarici təsirlərə müqavimətini ilk növbədə ziyalı təbəqəsi yaradır. Çox təəssüflər olsun ki, Azərbaycan ziyalısı hələ də "Anamın kitabı"ndan irəli getməyiblər. Rüstəm bəy də yaşayır, Səməd Vahid də, bircə Mirzə Məhəmmədəli dəyişib anqlofil olub.

Azərbaycan dilinin siyasi müstəqiliyi birbaşa hakimiyyətlə bağlıdır. Prezident İlham Əliyevin bu məsələ prinsipial mövqeyi olmasa, Azərbaycanın siyasi elitasının böyük bir kəsimi dövlət dilimizin arxasında dayanmaq şüuruna və iradəsinə sahib deyil. Bunun obyektiv amilləri də var, subyektiv səbəbləri də. Amma ən başlıcası Azərbaycan siyasi şüurunun manipulyasiyaya açıq olmasından qaynaqlanır.

Nəhayət və ən başlıcası, bunu bir neçə gündür narahatlıqla deyirəm, Azərbaycan dilinin hüquqi və konstitutsion müstəqilliyinə qarşı təbliğat gedir. Dövlət dilimizin konstitutsion immuniteti var, ona görə də bu təbliğatın heç bir hüquqi nəticəsi ola, yəni dövlət dilimizin adı dəyişə bilməz. Amma bu təbliğat dilimizin müstəqilliyinin sosial, siyasi, mədəni əsaslarını sarsıdır. Odur ki, hər kəsi bir daha bu məsələ üzərində dayanmağa və düşünməyə, AZƏRBAYCAN DİLİnin keşiyində dayanmağa çağırıram.

Taleh ŞAHSUVARLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 19 Fevral 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see131

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see130

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see130

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see127

“Yeganə məxluqam ki, özümdən başqa heç kimə...”

13 Aprel 2025 00:29see126

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see125

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see125

AMEA nın yubileyinə həsr olunmuş konfrans

13 Aprel 2025 04:16see121

Real Madrid 3 futbolçusunu göndərməyə qərar verdi ADLAR

13 Aprel 2025 00:00see120

Dublyor olmadan əfsanəyə çevrildi: Ölümə meydan oxuyan Cüneyt Arkın

13 Aprel 2025 02:32see120

Nazirlərin aylar sonra ilk görüşü: İrəvan nəyə çalışır?

13 Aprel 2025 09:02see119

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see119

Şirvanda 36 yaşlı qadın özünü bıçaqlayıb

13 Aprel 2025 02:16see118

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see117

Bu bürclər yaxın zamanda varlanacaq ÇOX AZ QALDI

13 Aprel 2025 09:18see116

İŞİD ə qarşı tarixi ittifaq: 5 ölkə güclərini birləşdirir

13 Aprel 2025 15:26see113

Zelenski beynəlxalq ictimaiyyətə səsləndi: “Rusiyaya qarşı daha sərt tədbirlər görün!”

13 Aprel 2025 16:15see113

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see111

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see108

Bakıda FACİƏ: iki qardaş...

13 Aprel 2025 13:46see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri