Icma.az
close
up
RU
Yerli oyunçuları gözləyən təhlükə

Yerli oyunçuları gözləyən təhlükə

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasında yeni mövsümdən legioner limitinin ləğv olunacağı qərara alınıb. 2025/26 “futbol ili”ndən artıq klublar start heyətdə 11 əcnəbiyə şans verməkdə sərbəst olacaq. Qərarı müsbət və mənfi şərh edənlər var. Kimisi çempionatın səviyyəsinin yüksələcəyi istiqamətində düşünür, kimisə isə yerli oyunçuların kənarda qalmasına və bununla millinin daha zəifləyəcəyinə qənaət gətirir.

Hazırda 7+4 sistemindən istifadə edilir. Klublar startda 4 yerli futbolçu oynatmaq məcburiyyətindədir. 2023-cü ilə qədər tətbiq edilən 21 yaş limitinin müsbət təsirləri var idi. Klublar 21 yaşadək olan azı bir futbolçunu startda meydana buraxmalı idi və bunun fonunda müəyyən gənclərin üzə çıxdığı müşahidə edilirdi. Lakin 2 il öncə qərarın ləğvindən sonra 1-2 klub xaric, demək olar, gənc oyunçulara startda şans verilmir.

Bu mövsüm Premyer Liqa klublarından “Şamaxı” və “Sumqayıt” daha çox gənclərə üstünlük verənlərdir. Xüsusilə, “şirlər”dən Edqar Ədilxanov, Fəxri Məmmədli kimi gənclər ön plana çıxır. Əsas istiqamət kimi yerli futbolçuları üzə çıxarmağı planlaşdıran “Şamaxı” müəyyən mənada hədəfinə çatmaqdadır. Bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfranslarında bundan danışır, növbəti mövsümdə də bu istiqamət üzrə çalışacaqlarını bildirir.

“Sumqayıt”da da bu mövsüm çempionat oyunlarında kifayət qədər gənclər şans qazanır. Baş məşqçi postuna Vaqif Cavadovun təyinatından sonra U-21 komandasından gənclər əsas heyətda meydana çıxmağa başlayıb. Nadir Orucov, Sənan Muradlı, Nihad Əhmədzadə bu adlardandır. Düzdür, gənclərin bəzi anlarda təcrübəsizliyi ön plana çıxır, lakin bir məsələ də onların oynayaraq, praktika qazana bilməsidir.

Ümumiyyətlə, bu mövsüm Premyer Liqada meydana çıxan ən gənc futbolçu Sadiq Məmmədzadədir. “Qarabağ”ın qolkiperi “Kəpəz”lə görüşdə meydana çıxanda 17 yaş 9 aylıq olub. O, mövsümün ən gənc debütantıdır. Sezonun debütantlarından biri isə “Sabah”ın gənc dayaq yarımmüdafiəçisi Elgün Dünyamalıyevdir. O, “Sumqayıt”la 3:3 hesablı Premyer Liqa görüşündə meydana çıxıb. “Sabah”ın digər üzvü Xəyal Əliyev isə milli komanda səviyyəsinə qədər yüksəlib. Karyerasında ilk dəfə 20 yaşında yığmaya dəvət alan vinger Haiti və Belarusla yoldaşlıq görüşlərində şans qazanıb.

Yeni mövsümdən legioner limitinin ləğvi gənclərin şans qazanmalarına təsirsiz ötüşməyəcək. Xüsusilə iddialı və imkanı daha yaxşı olan klublar legionerlərə üstünlük verəcək. Yüksək yerlər uğrunda mübarizə aparan kollektivlərin gənclərə hansı formada yanaşacağı qeyri-müəyyəndir. Gənclər bir yana, yerli futbolçuların kənarda qalması təhlükəsi var. Rəqabətdən çəkinən və az şans qazananlar artıq daha zəif komandalara, aşağı liqalara üz tutmalı olacaq. Bunlar fonunda milli komandaya keyfiyyətli yerli oyunçu çatışmazlığı sarıdan problemlər yaranacaq.

Yeni mövsümdən Əvəzedicilər Liqasının da ləğvi gündəmdədir. Hələ rəsmi qərar verilməsə də, müzakirələrin olması müəyyən siqnallara işarədir. Bu, Azərbaycan futbolunun inkişafına əngəl yarada biləcək durumdur. Əvəzedicilər çempionatında oynamaqla əsas komandaya yüksələnlər indi kənarda qalmalı olacaq. Bir tərəfdən Premyer Liqada komanda sayının artması, bölgə təmsilçilərinin elitaya gəlməsi müsbət məqamlardandırsa, legioner limitinin ləğvi bunun əksidir. Düzdür, keyfiyyətli əcnəbilərin gəlişi müəyyən mənada çempionata müsbət təsirlərini göstərəcək. Lakin yerlirlərin oynamaması istər əsas, istərsə də U-21 komandasının çıxışına əngəl törədə bilər.

“Şamaxı”, “Sumqayıt” kimi klublar yerlirlərə şans verməyə davam edəcək. Eyni zamanda, aşağı liqadan gələcəyi gözlənilən “Karvan”, “İmişli” də bu sıralara qoşula bilər. Şəraiti və büdcəsi digər kollektivlərlə müqayisədə daha az olan klublar üstünlüyü yerlilərə verməklə həm AFFA tərəfindən əlavə bonuslar alacaq, həm də ölkə futboluna yeni gənclər qazandırmağa çalışacaq.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:222
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 14 Aprel 2025 23:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see425

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see355

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see330

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see287

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see284

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see270

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see253

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see245

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see236

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see235

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see231

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see224

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see224

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see224

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see216

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see213

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see210

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see200

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see196

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri