Icma.az
close
up
RU
Azərbaycan diplomatiya sahəsində mümkün olmayanı mümkün edən bir təcrübə yaradır

Azərbaycan diplomatiya sahəsində mümkün olmayanı mümkün edən bir təcrübə yaradır

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Diplomatiya bir xalqın, milli gücünün, beyni hesab edilir. Diplomatiya haqqında danışanda bəzən mümkün olmayanı mümkün etmək sənəti adlandırırlar. Doğrudan da, Azərbaycan diplomatiya sahəsində mümkün olmayanı mümkün edən bir təcrübə yaradır. Biz bunu Azərbaycanın sosial-diplomatik uğurlarında görürük. Onlardan biri də Somali Respublikası və Uqanda Respublikası ilə xüsusi diplomlu səlahiyyətlilərin vizasız olaraq həmin ölkəyə gediş-gəlişi məsələsidir".

Redaktor.az xəbər verir ki, bunu deputat Hikmət Babaoğlu parlamentin bugünkü iclasında bildirdi.

Onun sözlərinə görə, Azərbaycan sadəcə diplomatiya tarixində yeni nümunələr yaratmır:

"Plastik diplomatiyanın üfüqlərini genişləndirir, yeni nümunələr yaradır, yeni presedentlər yaradır. Onlardan biri də biz 2025-ci il avqust ayının 8-də ABŞ-də keçirilən görüşdə gördük. Azərbaycanın əldə etdiyi hərbi-siyasi qələbə diplomatik müstəvidə qəbul edilmirdi. Dünya bunu qəbul etmək istəmirdi. Bunun səbəblərini hamımız bilirik. Ancaq məhz milli gücümüzün, beyni olan və o beyni idarə edən rezidentin diplomatik səyləri nəticəsində nəhayət əldə etdiyimiz tarixi zəfər 8 avqustda ABŞ diplomatiyası tərəfindən qəbul edilməklə yeni bir nümunə yaratdı.

Ancaq bu da məsələnin hamısı deyil. Vaxtilə keçmiş hakimiyyətlərdən bizə miras qalmış və bizim ABŞ-də münasibətlərimizi məhdudlaşdıran bəzən ona fəsadlar yaradan "Azadlığı müdafiə aktı"na 907-ci düzəlişin ləğv olunması ilə bağlı məsələ gündəmə gətirildi və biz eyni zamanda ABŞ-də Azərbaycan arasında strateji tərəfdaşlıq sənədinin hazırlanması üçün xüsusi komissiya yaradıldı. Məhz onun nəticəsidir ki, biz bu gün artıq Amerika Konqresində bu məsələnin gündəmə gətirilməsi və ləğv olunmasına şahidlik edəcəyik. Bu da Azərbaycan diplomatiyasının ən böyük uğurlarından biridir.

Əlbəttə ki, Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi bizim xalq siyasətimizin əsas istiqamətləri, türk dünyasıdır, bizim ailəmiz türk dünyasıdır. Çünki bizim başqa ailəmiz yoxdur. Bu kontekstdə 2025-ci ildə Türkmənistan, Özbəkistan və Azərbaycan arasında yeni üçlü diplomatik platformanın yaradılması da 2025-ci il diplomatiyamızın çox böyük nailiyyətlərindən biridir. Bu da paralel olaraq Bakıda 2025-ci ildə Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin dövlət başçılarının zirvə görüşünün keçirilməsi də mühüm bir hadisədir. Orada da mühüm qərarlar qəbul edildi. Həmin görüşdə prezidentin çıxışı 2030-cu ilə qədər Azərbaycan diplomatiyasının və türk dövlətləri təşkilatının diplomatlarının qarşılıqlı fəaliyyətinin əsas paradiqmalarını, əsas istiqamətlərini müəyyənləşdirmiş oldu. Eyni zamanda 2025-ci il diplomatiya tarixi ilk dəfə olaraq diplomatik müstəviyə daşınmasa da, Ermənistan və Azərbaycan arasında əlaqələrlə bağlı olan hadisələrə şahidlik etməmizlə yadda qaldı. Buna paralel olaraq Azərbaycanın Yaxın Şərq siyasətində biz yeni tendensiyalar gördük. Suriya münasibətində biz yeni tendensiyalar gördük. Dolayısı ilə Azərbaycan diplomatiyasının hüdudları, sərhədləri milli maraqlarımız lehinə genişlənməyə başladı. Və bu gün artıq biz bu coğrafiyanı Afrikaya qədər, Afrikanın qərbinə qədər, mərkəzinə qədər uzatmaqdayıq ki, bu da ayrıca bir diplomatik nailiyyətdir".

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 Dekabr 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri