Icma.az
close
up
RU
Azərbaycan diplomatiya sahəsində aktivinə daha bir uğuru yazdı

Azərbaycan diplomatiya sahəsində aktivinə daha bir uğuru yazdı

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


“Azərbaycan istər tamhüquqlu üzv olduğu, istərsə də müşahidəçi qismində təmsil olunduğu bütün beynəlxalq və regional təşkilatlarla normal əməkdaşlıq münasibətləri qurur, bu münasibətləri inkişaf etdirir. Azərbaycanın xarici siyasətində mühüm yer tutan bu istiqamət diplomatiya sahəsində Bakıya kifayət qədər müsbət dividentlər gətirir. Son bir neçə ay ərzində ölkə başçımızın iştirakı ilə keçirilən ŞƏT, TDT, MDB-nin toplantıları və həmin görüşlərdə qəbul edilən qərarlar fonunda bunu aydın şəkildə görmək mümkündür. Cənab İlham Əliyevin Çində keçirilən ŞƏT-in sammitinin ardınca Qəbələdə baş tutan TDT-nin Zirvə Görüşü, eləcə də Düşənbədə keçirilən MDB dövlət başçılarının iclasında keçirdiyi çoxsaylı görüşlər və əldə edilən nəticələr Azərbaycanın xarici siyasətinin nə dərəcədə zərgər dəqiqliyi ilə müəyyənləşdirildiyini və bu siyasətin ölkəmizə uğurlar gətirdiyini hər kəs gördü”.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Millət vəkili deyib ki, Azərbaycan xarici siyasətdə, diplomatiyada daha bir aktivi bu günlərdə Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB dövlət başçılarının görüşü çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüş zamanı yazdı:
“Azərbaycan–Rusiya münasibətləri son aylarda bir sıra gərgin məqamları ilə yadda qalmışdı. Rusiyanın Azərbaycana məxsus sərnişin təyyarəsini vurmasından, azərbaycanlıların Rusiyada saxlanılmasıdan sonra Rusiya ilə Azərbaycan arasında münasibətlərdə müəyyən sıxıntılar yaranmışdı. Azərbaycan haqlı olaraq təyyarə qəzasına görə Rusiyanın üzr istəməsini, həlak olanların ailələrinə konpensasiya ödənilməsini tələb edirdi. Təyyarə qəzasına Rusiyanın məsuliyyət daşıdığı dəfələrlə ən yüksək səviyyədə qeyd edilsə də, lakin qarşı tərəf buna məhəl qoymurdu. Ancaq Düşənbə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya dövlət başçısı Vladimir Putin arasında baş tutan görüşdə Kreml rəhbəri bəyan etdi ki, baş vermis hadisəyə görə üzr istəyir.
Qəzada həyatını itirənlər və zərərin ödənilməsinə görə, kompensasiya verilməsinı gəlincə, Putin görüş zamanı Rusiyanın lazım olan addımları atacağını, məsuliyyət daşıyanların hüquqi müstəvidə müəyyənləşdiriləcəyini və kompensasiya məsələlərinin baxılacağını bildirdi.
Beləliklə, Düşənbə görüşü barədə onu deyə bilərik ki, görüşdə Azərbaycanın əsas iradları, xüsusilə təyyarə qəzası məsələsi ilə bağlı haqlı tələbinin Rusiya tərəfindən tanınmasına doğru addım atıldı. Rusiyanın şəffaf araşdırma aparacağı və kompensasiya məsələlərini nəzərdən keçirməsi ehtimalı artır. Lakin prosesin necə və nə vaxt icra olunacağı hələ qeyri-müəyyəndir.
Bu həm də Rusiya–Azərbaycan münasibətlərində normallaşma istiqamətində mühüm addımdır. Bu görüş tərəflər arasında “buzların əriməsi” və diplomatik kanalların yenidən işə düşməsi üçün siqnal rolunu oynaya bilər”.
İlham Məmmədov qeyd edib ki, bu cür görüşlər, xüsusilə də yüksək səviyyəli beynəlxalq sammitlər və ya ikitərəfli təmaslar, Azərbaycanın regional və beynəlxalq arenadakı mövqeyini gücləndirmək, siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığı inkişaf etdirmək baxımından mühüm əhəmiyyət daşıyır.
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 11 Oktyabr 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see186

Laçının kəndlərində və qəsəbəsində gələn il görüləcək işlər açıqlanıb

30 Noyabr 2025 12:46see175

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see165

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see148

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see147

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see147

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see143

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see139

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see136

Gəncədə maşın aşdı FOTO

30 Noyabr 2025 14:10see135

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see133

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see132

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see132

Nəqliyyat naziri: Türkiyə gəmilərə təkrar hücumların qarşısını almağı hədəfləyir

30 Noyabr 2025 12:01see131

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see129

Aydan götürülmüş nümunələrdə elə maddə aşkarlandı ki...

30 Noyabr 2025 12:53see128

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see128

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see127

Trampın xanımı şirkət yaradacaq

30 Noyabr 2025 15:38see126

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri