Icma.az
close
up
RU
İlham Əliyev, faktiki olaraq, mümkün olmayanı etdi KONKRET

İlham Əliyev, faktiki olaraq, mümkün olmayanı etdi KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AZƏRBAYCANIN TARİXİ ZƏFƏRİ

(“Siyasi təhlil” silsiləsindən)

Möhtəşəm Zəfər günlərinin növbəti ildönümü ərəfəsindəyik. Xatırlayanda sevincdən qışqırmaq, o günlərə  yenidən qayıtmaq, o günləri yenidən yaşamaq istəyirik. Ürəyimiz o sevinci bizə yaşadanlara, tarixi düşmənimiz üzərində tarixi qələbə çalanlara, tarixi torpaqlarımızı bizə qaytaranlara minnətdarlıq hissi ilə dolur. Ayağa qalxırıq, o insanları, qəhrəmanları ayaq üstə salamlayırıq. Axı, bu Zəfərə qədər biz başımızı dik qaldıra, dostun, düşmənin üzünə şax baxa bilmirdik….

Mən əsgərlərimizin şücaətinə, şəhidlərimizin xatirəsinə kölgə salmaq niyyətində deyiləm. Amma altında qırmızı xətt çəkib demək istəyirəm ki, Qarabağ probleminin yalnız hərbi yolla həlli yox idi, çünki bu, qlobal miqyaz almış, faktiki olaraq, beynəlxalq problem idi. Bu problemin yalnız siyasi-hərbi həlli var idi, Azərbaycan lideri də problemi öz müdrik siyasəti ilə həll etdi. Bəli, siyasət ancaq mümkün olanı həyata keçirmək sənəti deyil, həm də siyasi liderin şəxsiyyətindən, fəhmindən və uzaqgörənliyindən asılı olan bir sənətdir. Düşünürəm ki, Azərbaycan lideri İlham Əliyev, faktiki olaraq, mümkün olmayanı etdi, Qarabağ problemini hərbi-siyasi yolla həll etdi. O, yalnız geo-siyasi məqamın yetişməsindən yox, həm də Azərbaycanın həbi və siyasi üstünlüklərindən, düşmən tərəfin səhvlərindən böyük məharətlə istifadə etdi.

Bəli, Qarabağ problemini ancaq Rusiyanın başının Ukraynada, Qərbin başının Rusiyada qarışdığı bir geo-siyasi məqamda həll etmək olardı. Bunun üçün Azərbaycan xalqı şücaətli, odusu qüvvətli, iqtidarı müdrik olmalı idi, bunların arasında böyük vəhdət, etimad, güvən olmalı idi. İlham Əliyev müdrik və uzaqgörən bir siyasətçi kimi bu .əraiti, bu vəhdəti, güvəni təmin etdi və geosiyasi məqamı düzgün dəyərləndirdi – Rusiya ilə siyasi qarşıdurmaya getmədi və Türkiyənin siyasi dəstəyindən məharətlə istifadə etdi. Azərbaycan lideri həm də, siyasi uzaqgörənlik nümayiş etdirərək, Avropa Birliyinin Türkiyəni dəvət etmədiyi görüşlərə getmədi. Görüş iştirakçılarının Azərbaycansız, Türkiyəsiz bəyanatları da göstərdi ki, Azərbaycan lideri nə qədər haqlı idi. Yeri gəlmişkən, avropalılar Qarabağ ermənilərinin Azırbaycan vətəndaşlığını qəbul etməsini və Zəngəzur dəhlizinin fəaliyyət göstərməsini o vaxt da istəmirdilər, indi də istəmirlər…

Ermənistan lideri Nikol Paşinyana gəlincə, adam geo-siyasi vəziyyəti düzgün qiymətləndirə bilmədi, güman etdi ki, Rusiya Ukrayna ilə müharibədə məğlub ediləcək və siyasi səhnəni birdəfəlik tərk edəcək. Odur ki, Rusiya ilə siyasi münasibətləri gərginləşdirmək, hətta kəskinləşdirmək yolu seçdi, Rusiyanın forpostundan Qərbin forpostuna tələsik keçid etmək istədi. Hətta Qərbin dəstəyini qazanmaq üçün Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya lideri Vladimir Putini həbs etmək qərarını (Roma statutu) ölkə parlamentində ratifikasiya etdirdi, Avropa müşahidəşilərini Ermənistana dəvət etdi. Bütün bunlar isə, məlum olduğu kimi, Rusiya və onun lideri üçün qırmızı xəttin keçilməsi demək idi.

Mən niyə bunları – bu geo-siyasi məqamda Rusiyadan birmənalı uzaqlaşmanı, Qərbə kəskin yaxınlaşmanı Ermənistanın səhvləri hesab edirəm?! Hazırda Ermənistan iqtisadiyyatının üçdən ikisi Rusiyadan asılıdr. Rusiya Ermənistana ucuz neft və qaz satır, milyondan yuxarı erməni Rusiyada işləyir və ailəsinə çörək göndərir. Rusiyanın 10 minlik hərbi bazası Ermənistandadır. Nəhayət, zəif Ermənistan güclü Azərbaycanla qarşı-qarşıyadır. Yaxın tarix də göstərir ki, Ermənistana yalnız Rusiya real dəstək verə, kömək edə bilərdi. Paşinyan Ermənistanı isə, belə bir kritik vəziyyətdə Rusiyaya dalını, Qərbə üzünü çevirdi. Qərb də, məlum olduğu kimi, hətta Ukraynaya real kömək etmir, yalnız təzə vədlər və köhnə silahlar verir. Bir də, Rusiyanı zəiflətmək üçün iqtisadi sanksiyalar tətbiq edir. Amma Rusiya nəhəng ölkədir və onu zəiflətmək asan deyildir…

Azərbaycan lideri İlham Əliyev isə, müdrik bir siyasətşi kimi bütün bunları yaxşı görürdü və vaxtında qiymətləndirdi. Bəli, yüz illərlə həllini tapmayan, hər dəfə yenidən alovlanan Qarabağ problemini Azərbaycan lideri 44 günə tam və qəti həll etdi. Azərbaycan xalqı öz liderinin siyasətini dəstəklədi, qüdrətli Azərbaycan Ordusu da bu siyasəti hərbi yolla həyata keçirdi. Bütün dünya bu Zəfərə, bu qələbəyə heyrət etdi. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizi qorusun. Dövlətimizin və xalqımızın uğurları boı olsun…

Qalib ARİF,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 Noyabr 2024 09:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri