Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Azərbaycan diplomatiyasının Vaşinqton akkordları

Azərbaycan diplomatiyasının Vaşinqton akkordları

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Çoxdan təsdiqini tapmış belə bir postulat var: hadisədən uzaqlaşdıqca onun möhtəşəmliyi faydalılıq əmsalı, tarixi əhəmiyyəti daha qabarıq şəkildə özünü göstərməyə başlayır. Həmin hadisənin dərin elmi-tədqiqatı gələcəkdə araşdırmaçıların işidir. Bu yazıda məqsədimiz oxucunun diqqətini tarixi hadisənin baş verməsində şəxsiyyətin oynadığı rola yönəltməkdir.

***

Bəli, Vaşinqtonda baş verən hadisə Azərbaycan və ABŞ diplomatiyasının möhtəşəm qələbəsi kimi səciyyələndirilməyə layiqdir. Bakı üçün bu qələbə irəli sürdüyü sülh gündəliyinin son və məntiqi nöqtəsi, Vaşinqtondan ötrü Cənubi Qafqazda nüfuzunun və təsirinin birə on artması deməkdir. Vaxtilə münaqişəyə ədalətli yanaşma üçün gözümüzü Klintona dikəndə yanıldıq, Buşa ümidlənəndə peşman olduq, sonra isə Obamaya, nə də Baydenə bel bağlamağın faydasızlığını gördük. Amma indi Donald Trampın qırımı çox aydın və yaxşıdır. Çünki kartlar açılıb, oyun açıq müstəvidə gedir. Adam çox rahat oynayır…

ABŞ Prezidenti sübut etdi ki, o, münaqişələri dayandıran və Amerikanın bütün dünyada təsirini bərpa edən sülhməramlıdır. Bu təsir Baydenin prezidentliyi dövründə ciddi şəkildə zəiflədi və itirildi. Təkcə Əfqanıstandan biabırçılıqla geri çəkilməyi xatırlamağımız yetər. Donald Tramp nümayiş etdirir ki, ABŞ yeni regionda – Cənubi Qafqaza diqqət ayırmaqla yenidən böyükləşir. Beləliklə, adı TRIPP abreviaturası kimi qısaldılmış bu sazişin qalibləri ilk növbədə ABŞ və Azərbaycan, eləcə də ətraf aləmdən təcridinə son qoyulduğu üçün Ermənistandır. Ermənistan təkcə Azərbaycanla sülh yaratmır, həm də Türkiyə ilə münasibətləri normallaşdırır, həm də bundan faydalanır. Çünki indi onun materik Azərbaycanla birbaşa nəqliyyat dəhlizi olacaq. Bundan başqa, Türkiyənin regionda və Orta Asiyada təsiri hədsiz dərəcədə artır. Burada uduzan tərəf şübhəsiz ki, Cənubi Qafqazda təsiri xeyli azalmış Rusiyadır.

***

Avqustun 8-də Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında Birgə Bəyannamənin imzalanması ilə nəticələnən görüş dövlətlər arasında sülhün təmin edilməsi və möhkəmləndirilməsinin vacibliyinin vurğulandığı tarixi hadisədir.

Görüşün məntiqi və onun formatı prosesin əhəmiyyətini təsdiqləyir. ABŞ, konkret olaraq Tramp Administrasiyası Rusiyanın Cənubi Qafqazda təsirini zəiflədən çox uğurlu diplomatik kampaniya apardı. Deyə bilərik ki, bu bölgədə “Kreml erası” başa çatıb. Siyasi baxımdan Kreml hər vəchlə bunu əksini canlandırmağa çalışsa da, reallıqda heç vaxt mövcud olmayan bir anlayışdır. Birmənalı şəkildə deyə bilərik ki, Moskvanın imperiya fəlsəfəsi qonşuları arasında etibarını tamamilə itirməsinə səbəb oldu. Uzun illər Bakı ilə İrəvan arasında yaranmış gərginlikdən Kreml sui-istifadə etdi, amma Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra vəziyyət kökündən dəyişdi. Rusiya, “sanki” bu dəyişiklikləri hiss etmədi, təşəbbüsü itirdi və adi təsir üsullarından istifadə etməyə davam etdi. Fəqət məlum oldu ki, o üsullar artıq işləmir. İndi Cənubi Qafqazın sabitlik, inteqrasiya və tərəqqi regionu olmaq şansı var. Bu, Azərbaycanın, Ermənistanın və Gürcüstanın xeyrinə olacaq.

***

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı ilə bəşəriyyətin inkişafına yön verdi, dünya dövlətlərinə bir növ gələcək fəaliyyətlə bağlı dəqiq, aydın yol xəritəsi təqdim etdi. Dövlətimizin başçısı öz “dəmir” məntiqi ilə sübut etdi ki, planetimizin sabahı dünya dövlətlərinin bir-biriləri ilə sülh şəraitində yaşamasından, səmimi əməkdaşlığından asılıdır. Bu, zərgər dəqiqliyi, diplomat fəhmi ilə düşünülmüş hərtərəfli bir çıxış idi.

“Avqustda ABŞ-a səfərim zamanı əldə olunmuş razılaşmalar tarixi əhəmiyyət kəsb edir. Mən ABŞ Prezidenti Donald Trampa Azərbaycan–Amerika münasibətlərində yeni səhifə açdığına, münasibətləri strateji tərəfdaşlığa yüksəltmək qərarına və Azərbaycan və Ermənistan arasında sülh prosesinə verdiyi dəstəyə görə təşəkkür edirəm”– deyən Prezident İlham Əliyev Azərbaycanın son illərdə qazandığı uğurları, regionda artan nüfuzunu və Cənubi Qafqazda müstəqil, vahid inkişaf xəttini bütün dünyaya bəyan etdi. Ən əsası isə dövlət başçımızın çıxışı sülh, praqmatizm, inkişaf və tərəqqi mesajı ilə yadda qaldı. Avqustda Vaşinqtonda, sentyabrda Nyu-Yorkda verilən mesajları ilə İlham Əliyev Azərbaycan diplomatiyasının irəliyə doğru iki təkanlı sıçrayışını nümayiş etdirmiş oldu.

Beləliklə, Azərbaycanın beynəlxalq arenada mövqeyini daha da möhkəmləndirdi, nüfuzunu artırdı, ciddi tərəfdaşlardan – Türkiyə, Pakistan, İslam dünyasından, indi isə ABŞ Prezidenti Donald Trampdan təminat aldı. Yeri gəlmişkən, Ağ Ev sahibi iki dəfə özünün “Truth Social” səhifəsində Prezident İlham Əliyevin bəyanatını təkrar dərc etdi. Donald Trampın həm Vaşinqtonda, həm də Nyu-Yorkda ölkəmiz və İlham Əliyev haqqında söylədiyi isti fikirlər bu məntiqə tam uyğun gəlir. Bütün bu amillər onu göstərir ki, ABŞ Azərbaycanı regionun aparıcı dövləti və çoxtərəfli əməkdaşlıq qura biləcəyi etibarlı tərəfdaş kimi qəbul edir.

Cənubi Qafqazın tarixində yeni bir səhifə açılıb. Amma region buradakı üç dövlətə məxsusdur. Bizi təkcə coğrafiya deyil, həm də maraqlar birləşdirir. Bu həqiqəti dərk etmək, səylərimizi sinxronlaşdırmaq istəyi və qlobal oyunçuların, ilk növbədə ABŞ-ın gözündə regionun artan əhəmiyyəti Vaşinqtonda şahidi olduğumuz hadisələrin əsas elementləridir. Azərbaycanın qarşısında yeni imkanlar açılır. İndi əsas vəzifə onları itirməmək, əksinə, bacarıqla həyata keçirməkdir.

Şübhə yoxdur ki, sülh müqaviləsi ilk növbədə İrəvan üçün zəruri və faydalıdır, çünki o, Ermənistan iqtisadiyyatının inkişafında və regional əlaqələrin genişlənməsində prinsipial yeni mərhələ açır. Azərbaycan və Gürcüstan öz növbəsində, məsələn, respublikaların sərhədlərində yerləşən faydalı qazıntı yataqlarının birgə işlənməsindən çoxlu dividendlər alırlar ki, onların heç biri təkbaşına bunun öhdəsindən gələ bilməz. Burada Ermənistan və Azərbaycan arasında imzalanacaq yekun sülh sazişi hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya edildikdən sonra ABŞ investisiyaları da rol oynaya bilər.

İmran BƏDİRXANLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Sentyabr 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see283

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see278

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see250

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see239

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see217

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see206

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see183

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see163

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see160

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see154

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see146

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see144

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see143

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see143

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see142

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see139

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see138

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see135

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see131

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri