Icma.az
close
up
RU
Vaşinqton razılaşmaları: İlham Əliyevin praqmatik diplomatiyasının ZƏFƏRİ

Vaşinqton razılaşmaları: İlham Əliyevin praqmatik diplomatiyasının ZƏFƏRİ

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

2025-ci il Azərbaycanın xarici siyasətində sadəcə bir təqvim ili deyil, dövlətçilik tariximizin geosiyasi balanslarını yenidən müəyyən edən "Strateji Dönüş İli" kimi yadda qalacaq. Prezident İlham Əliyevin 8 avqust 2025-ci ildə Ağ Evdə Donald Trampla keçirdiyi görüş, Azərbaycanın hərbi qələbəsinin qlobal siyasi arenada ən yüksək səviyyədə möhürlənməsi idi.

Prezident İlham Əliyevin 2025-ci ilin yekunları ilə bağlı yerli televiziyalara artıq ənənə halı alan müsahibəsində ABŞ-la münasibətlərin transformasiyasına toxunarkən çox mühüm bir məqamı vurğuladı: Azərbaycan üçün daxili işlərə müdaxilə yox, bərabərhüquqlu tərəfdaşlıq əsasdır.

Bayden administrasiyasının dövrü Azərbaycan-ABŞ əlaqələri üçün ciddi sınaqlar dövrü idi. Vaşinqtonun o zamankı siyasi xətti qərəzli ideoloji stereotiplər, "demokratiya ixracı" adı altında daxili proseslərə təsir cəhdləri və ermənipərəst lobbinin təsiri ilə formalaşan "soyuq münasibət" üzərində qurulmuşdu. İlham Əliyev müsahibəsində dolayısı ilə qeyd etdi ki, əvvəlki administrasiyanın regiondakı reallıqları qəbul etməməsi münasibətlərdə süni gərginliklər yaradırdı.

Buna əks olaraq, Donald Tramp administrasiyasının hakimiyyətə gəlişi ilə praqmatizm və real yanaşma ön plana çıxdı. İlham Əliyev bu keçidi çox peşəkar şəkildə idarə edərək, ABŞ-ın yeni rəhbərliyi ilə milli maraqlara söykənən, nəticəyönümlü dialoq qurdu. Bu, bir tərəfdən Azərbaycan liderinin beynəlxalq münasibətlər sistemindəki böyük təcrübəsinin, digər tərəfdən isə Azərbaycanın artıq regionun şərt diktə edən gücü olmasının təsdiqi idi.

Prezidentin 2025-ci ilin avqustunda baş tutan Vaşinqton səfərinin ən böyük rəmzi və praktiki uğurlarından biri Donald Trampın 907-ci düzəlişin tətbiqini dayandıran sərəncamı imzalaması oldu. Bu addım sadəcə maliyyə və hərbi yardımların yolunu açmadı, həm də ABŞ-ın Azərbaycanı regionda mühüm müttəfiq kimi tanıdığını nümayiş etdirdi.

Prezident müsahibəsində bu məqama xüsusi yer ayıraraq bildirdi ki, artıq heç bir süni maneə Azərbaycanın güclənməsinə mane ola bilməz. O, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra dünya güclərinin bu reallığı qəbul etməsini diplomatik ustalıqla təmin etdi. Vaşinqtonda imzalanan sənədlər göstərdi ki, ABŞ artıq regionu Ermənistanın "məzlum obrazı" ilə deyil, Azərbaycanın "strateji imkanları" ilə qiymətləndirir.

Vaşinqton Sammitinin praktiki nəticələri arasında TRIPP (Trans-Regional Infrastructure and Peace Pathway) marşrutu xüsusi çəkiyə malikdir. Azərbaycan-Naxçıvan arasında maneəsiz bağlantını nəzərdə tutan bu layihənin ABŞ tərəfindən dəstəklənməsi İlham Əliyevin uzaqgörən iqtisadi diplomatiyasının məhsuludur.

Əgər Bayden administrasiyası dövründə bu məsələyə ehtiyatla yanaşılırdısa, Tramp administrasiyası Zəngəzur dəhlizinin açılmasını Qərbin enerji və tranzit təhlükəsizliyi üçün mühüm amil kimi qəbul etdi. Bu, Azərbaycanın Orta Dəhliz layihəsini qlobal bir layihəyə çevirmək strateji hədəfinə tam uyğundur.

Prezident İlham Əliyevin Vaşinqtonda ən böyük diplomatik manevrlərindən biri ATƏT-in Minsk Qrupunun rəsmi şəkildə ləğv edilməsi istiqamətindəki qətiyyəti oldu. ABŞ Prezidentinin şahidliyi ilə Azərbaycan-Ermənistan Birgə Bəyannaməsinin imzalanması və sülh saizişi layihəsinin paraflanması status-kvo tərəfdarlarının bütün ümidlərini puç etdi. İlham Əliyev müsahibəsində də qeyd etdiyi kimi, "Minsk Qrupu artıq tarixin qəbiristanlığındadır" və bunu Vaşinqtonda təsdiqlətmək Azərbaycan diplomatiyasının şah əsəridir.

Ölkə başçısının uğurlu siyasəti yalnız hərbi-siyasi deyil, həm də iqtisadi anlamda böyük uğurla yadda qaldı. Ağ Evdə imzalanan Strateji İşçi Qrupunun yaradılmasına dair Memorandum sadəcə bir sənəd deyil, yaxın onilliklər üçün fəaliyyət proqramıdır. Bu sənəd enerji təhlükəsizliyindən tutmuş, rəqəmsal iqtisadiyyat, kibertəhlükəsizlik və müdafiə sənayesinə qədər geniş bir spektri əhatə edir. İlham Əliyev bu xartiya ilə Azərbaycanın Qərb sisteminə yaxınlaşmasını, milli suverenliyini qorumaq şərti ilə yeni bir pilləyə qaldırdı.

Prezident İlham Əliyevin ABŞ səfəri və səfərdən sonra verdiyi konseptual müsahibə bir həqiqəti tam çılpaqlığı ilə ortaya qoydu: Azərbaycan artıq kiçik oyunçu deyil, regional və qlobal proseslərin aktiv iştirakçısıdır. Ölkə başçısının geniş vizyonu, Bayden administrasiyası ilə yaşanan ziddiyyətləri geridə qoyaraq, Trampın praqmatik kabineti ilə Azərbaycanın milli maraqlarını ən yüksək səviyyədə uzlaşdırmaq bacarığı dövlətimizin növbəti onilliklərdəki təhlükəsizlik və inkişaf zəmanətidir. Bu səfər İlham Əliyevin təkcə mahir bir diplomat deyil, həm də dünya səviyyəli strateq olduğunu bir daha sübut etdi.

Modern Analitik Təhlil və Araşdırma Qrupu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Yanvar 2026 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see646

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see230

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see188

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see182

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see173

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see170

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see159

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see157

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see157

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see139

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see135

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri