Icma.az
close
up
RU
Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi

Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

2020-ci ilin 44 günlük Vətən müharibəsi Azərbaycan tarixində bir dönüş nöqtəsi oldu. Bu müharibə təkcə torpaqlarımızın azad olunması deyildi, bu, 30 illik ədalətsizliyə son qoymaq, milli qürurumuzu, şərəfimizi, dövlətimizin suverenliyini bərpa etmək idi.

2023-cü ilin 19-20 sentyabrında cəmi bir gün davam edən uğurlu antiterror əməliyyatı isə prosesin son nöqtəsini qoydu.

2023-cü il oktyabrın 15-də Ali Baş Komandan, cənab İlham Əliyev tərəfindən Xankəndi şəhərində Azərbaycanın üç rəngli bayrağının ucaldılması ilə Azərbaycana qarşı 200 ildən artıq davam edən erməni bəlasının tabutuna sonuncu mismar vurulmuş oldu.

Bununla Ali Baş Komandan xalqımıza qarşı 200 il ərzində davam etdirilən böyük tarixi ədalətsizliyə son qoydu və tarixi ədaləti bərpa elədi. Bu böyük tarixi zəfərin əsasında Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dəmir iradəsi, prinsipiallığı, uzaqgörənliyi və müdrik liderliyi, Azərbaycan Ordusunun gücü və xalqın birliyi və iradəsi dayanırdı.

Vətən müharibəsindəki böyük tarixi qələbədən sonra Azərbaycan revanşizm və intiqam yolunu deyil, sülh və əməkdaşlıq yolunu seçdi. Dövlət başçımız bütün dünyaya bəyan etdi ki, Azərbaycan yalnız regionda deyil, beynəlxalq aləmdə də ədalətli sülhün tərəfdarıdır. Dövlət başçısının irəli sürdüyü prinsiplər beynəlxalq hüquqa və ədalətə əsaslanırdı: sərhədlərin tanınması, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət, iqtisadi əlaqələrin qurulması və qonşuluq münasibətlərinin təsisi və inkişafı. Bu prinsiplər ədalətli, dayanıqlı və uzunmüddətli sülhün təminatıdır.

Lakin bir neçə il ərzində Rusiya və Avropa liderlərinin vasitəçiliyi ilə aparılan Azərbaycan-Ermənistan danışıqları gözlənilən nəticəni vermədi. Çünki bu proseslərdə vasitəçilər öz maraqlarını önə çəkirdilər, regionda balans yaratmaq istəyirdilər, lakin münaqişənin tam həllinə yönəlmirdilər. Əslində, bu platformalar illərlə sülh prosesini uzatdı, lakin problemi kökündən həll etmədi.

2025-ci ilin 7-8 avqustunda gerçəkləşdirilən Vaşinqton danışıqları isə fərqli oldu və real nəticələrlə yadda qaldı. ABŞ-ın vasitəçiliyi ilə keçirilən görüşdə ilk dəfə olaraq konkret nəticələr əldə edildi. Burada tərəflər arasında sülh sazişinin paraflanması və birgə bəyanatın imzalanması tarixi hadisə kimi yadda qaldı.

2025-ci ilin 8 avqustunda Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən Vaşinqtonda paraflanan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında saziş” regionun gələcək siyasi, iqtisadi və təhlükəsizlik mühitinə fundamental təsir göstərə biləcək tarixi sənəddir. Bu saziş uzun illər davam edən münaqişəyə hüquqi-siyasi nöqtə qoymaqla yanaşı, Cənubi Qafqazda ədalətli, hərtərəfli və davamlı sülhün bərqərar olması üçün geniş yol xəritəsi təqdim edir.

Bütövlükdə, bu saziş Azərbaycanın diplomatik qələbəsi və regionun gələcəyi üçün mühüm strateji addımdır. Bu saziş Azərbaycanın hərb meydanında qazandığı böyük tarixi qələbənin diplomatik müstəvidə təsdiqidir.

Bu sazişlə Azərbaycan özünün ərazi bütövlüyünü beynəlxalq hüquqla rəsmiləşdirir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyır, Azərbaycana qarşı hansısa ərazi iddialarından, destruktiv siyasətdən əl çəkdiyini və konstruktiv əməkdaşlığa başladığını bəyan edir və bu yöndə üzərinə öhdəliklər götürür. Bu öhdəliklərin təminatçısı rolunda da dünyanın supergücü ABŞ çıxış edir.

Bu saziş yalnız Cənubi Qafqazda iki dövlət arasında münaqişənin bitməsi deyil, həm də beynəlxalq hüququn üstünlüyü, regional təhlükəsizlik və iqtisadi inteqrasiya baxımından yeni mərhələnin başlanğıcıdır. Bu sazişlə Cənubi Qafqazda uzunmüddətli sabitliyin əsası qoyulur və Azərbaycanla Ermənistan arasında mehriban qonşuluq münasibətləri təsis etmək üçün geniş imkanlar yaradılır.

Bu sazişin icrası ilə Azərbaycan regionun sabitlik və inkişaf mərkəzinə, Cənubi Qafqaz isə qarşıdurma meydanından əməkdaşlıq platformasına çevriləcək.

Vaşinqtonda imzalanan birgə bəyanat isə tərəflərin gələcəkdə qarşılıqlı etimada söykənən münasibətlər yaratmaq əzmini nümayiş etdirdi. Bu sənəd təkcə Azərbaycan və Ermənistan üçün deyil, həm də bütün Cənubi Qafqaz üçün yeni perspektivlər açır. ABŞ-nin vasitəçiliyi ilə əldə edilən bu razılaşma beynəlxalq aləmdə də böyük rəğbətlə qarşılandı, təqdir edildi və Azərbaycanın haqq işinin ədalətli nəticəsi kimi dəyərləndirildi.

Ən önəmlisi odur ki, bu proses nəticəsində Azərbaycanın irəli sürdüyü şərtlər tam şəkildə qəbul edildi. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması yolunda prinsipial razılaşma əldə olundu, saziş mətni paraflandı, Zəngəzur dəhlizinin açılması məsələsi isə artıq real icra mərhələsinə keçdi.

Bu gün Cənubi Qafqazda tamamilə yeni bir tarixi və siyasi reallıq formalaşıb. Azərbaycan artıq müharibəni qələbə ilə başa vurmuş, 30 illik ədalətsizliyə son qoymuş, suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmiş ölkədir. Sülh müqaviləsinin paraflanması və şərtlərin qarşı tərəfə qəbul etdirilməsi Azərbaycanın regionda siyasi iradəsinin və qətiyyətli diplomatiyasının ən bariz göstəricisidir. Bu gün artıq Azərbaycan diktə edən tərəfdir, şərtləri qəbul etdirən tərəfdir və regionun gələcəyini müəyyənləşdirən əsas gücdür.

Zəngəzur dəhlizinin də açılması ərəfəsində olan Azərbaycan, təkcə öz iqtisadi və geosiyasi maraqlarını deyil, bütövlükdə regionun təhlükəsizlik, əməkdaşlıq və inkişaf perspektivlərini formalaşdıran aparıcı aktora çevrilib. Bu dəhliz Cənubi Qafqazı yeni nəqliyyat və enerji xəritəsinə daxil etməklə Azərbaycanın strateji əhəmiyyətini daha da artıracaq, ölkəmizi Avrasiyanın əsas logistik və iqtisadi mərkəzlərindən birinə çevirəcəkdir.

Əlbəttə ki, əldə edilən bütün bu uğurların mərkəzində Möhtərəm Prezidentimiz cənab İlham Əliyev dayanır. O, siyasi iradəsi, qətiyyətli mövqeyi, diplomatik çevikliyi və əzmkarlığı sayəsində yalnız Azərbaycanın deyil, bütün Cənubi Qafqazın taleyini və inkişaf perspektivini dəyişdi.

Məhz cənab Prezidentimizin qətiyyətli fəaliyyəti sayəsində Azərbaycan Cənubi Qafqaza sülh gətirdi və beynəlxalq münasibətlər sisteminə yeni bir ədalət modeli təqdim etdi.

Dövlət başçımız ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etməklə yanaşı, Cənubi Qafqazda sülhün memarı, ədalətin təminatçısı və gələcəyin qurucusu olaraq müdrik lider adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdı.

Vasif Qafarov

Milli Məclisin deputatı,

Tarix elmləri doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:27
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Sentyabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tunis final mərhələsinə vəsiqə qazandı

08 Sentyabr 2025 22:14see192

Polşa hakimiyyətləri xüsusi xidmət orqanlarına nəzarəti itirib

08 Sentyabr 2025 19:26see153

Bakılı oğlanların aktyoru oğluna toy etdi VİDEO FOTO

08 Sentyabr 2025 19:49see142

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see142

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see141

Erlinq Holann zədələnib

08 Sentyabr 2025 19:42see137

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see135

Avtobusu elə sürdü ki, işıqforu kökündən çıxardı Video

08 Sentyabr 2025 19:12see134

“İT Yay Düşərgəsi 2025”in qalibləri mükafatlandırıldı FOTO

08 Sentyabr 2025 23:21see133

Orqan köçürməklə insan maksimum bu yaşa qədər yaşaya bilər

09 Sentyabr 2025 03:03see132

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see132

Tanınmış həkim yol qəzası keçirdi

08 Sentyabr 2025 18:42see130

Abşeronda 41 yaşlı kişinin meyiti aşkarlanıb

08 Sentyabr 2025 19:02see130

Tupakın qətlini məşhur reper sifariş edibmiş 29 il öncəki qətlin ŞOK DETALLARI

09 Sentyabr 2025 00:37see129

Arina Sabalenka US Open 2025 dəki qələbəsini necə qeyd edib FOTO

09 Sentyabr 2025 04:13see128

Cennaro Qattuzo: Gülünc qollar buraxdıq

09 Sentyabr 2025 01:36see128

Sinənizdə bu əlamətlər varsa, mütləq həkimə gedin Onkoloq xəbərdarlıq etdi

08 Sentyabr 2025 23:00see127

Netanyahu: HƏMAS liderlərinə zərbə Qəzzada müharibəyə son qoya bilər

09 Sentyabr 2025 21:07see123

Toral Bayramov: İslandiya ilə matçdan sonra çox pis vəziyyətdəydik

10 Sentyabr 2025 13:55see121

Sosial şəbəkələrdə təhlükəsizlik problemləri

08 Sentyabr 2025 23:40see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri