Icma.az
close
up
RU
Azərbaycan Dövlət Rəqs Ansamblı İsveçrədə festivalda çıxış edib FOTOLAR

Azərbaycan Dövlət Rəqs Ansamblı İsveçrədə festivalda çıxış edib FOTOLAR

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

İsveçrənin nüfuzlu mədəniyyət platformalarından biri – “Septembre Musical Montreux–Vevey” festivalı çərçivəsində 13–15 sentyabr tarixlərində Azərbaycan mədəniyyəti geniş proqramla təqdim olunur.
Mədəniyyət Nazirliyindən  verilən məlumata görə, “Azerbaijan: The Rhythms of Heritage – Azərbaycan: İrsin ritmləri” devizi altında keçirilən təqdimat Azərbaycanın çoxəsrlik mədəni irsi ilə müasir bədii ifadə formalarını bir araya gətirir.
Bu məqsədlə Azərbaycanın geniş tərkibli nümayəndə heyəti İsveçrənin Montrö şəhərinə səfər edib.
Sentyabrın 13-də festival çərçivəsində Azərbaycan Dövlət Rəqs Ansamblının maraqlı konsert proqramı təqdim olunub.
Montrönün məşhur “Auditorium Stravinski” səhnəsində keçirilən konsertdə ansamblın ifasında “Mənim Azərbaycanım” və “Vətən” süitaları, “Qavalla rəqs”, “Qazaxı”, “Toy”, “Sarı gəlin”, “Şalı”, “Nağaraçılar”, “Ağ çiçəyim”, “Yaylıqlarla rəqs”, “Qaytağı” və “Naz eləmə” rəqsləri nümayiş etdirilib.
Milli xoreoqrafiyamızın zənginliyini, temperamentini, musiqi və rəqs ənənələrimizin müxtəlifliyini əks etdirən proqram tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Azərbaycan rəqslərinin Avropanın tanınmış musiqi platformalarından birinin əsas səhnəsində təqdimatı xüsusi rəmzi məna daşıyır. 1946-cı ildə əsası qoyulan “Septembre Musical Montreux–Vevey” İsveçrənin ən qədim klassik musiqi festivallarından biridir və bu il 80 illik yubileyini qeyd edir. Müxtəlif dövrlərdə dünya musiqisinin görkəmli simalarını bir araya gətirən festival bu gün klassik ənənəni yeni bədii yanaşmalar və eksperimental formatlarla birləşdirən beynəlxalq mədəniyyət platforması kimi fəaliyyətini davam etdirir.
Festivalın əsas məkanlarından olan, 1800 tamaşaçı tutumuna malik “Auditorium Stravinski” də musiqi tarixinin maraqlı məkanlarındandır.Məşhur bəstəkar İqor Stravinski hələ 1956-cı ildə Montrö festivalı çərçivəsində burada öz əsərlərindən ibarət proqramı idarə edib. Bu gün həmin səhnədə Azərbaycan milli rəqsinin təqdim olunması mədəni irsin müxtəlif dövrlər və coğrafiyalar arasında yaratdığı dialoqun daha bir ifadəsidir.
Azərbaycanın festivaldakı iştirakı yalnız ayrı-ayrı konsertlərdən ibarət deyil. “Azerbaijan: The Rhythms of Heritage” konsepsiyası muğamdan simfonik musiqiyə, milli rəqsdən caza, ənənəvi musiqi alətlərindən müasir ifaçılıq məktəbinədək Azərbaycan mədəniyyətinin müxtəlif qatlarını vahid bədii məkan daxilində təqdim edir.
Festivalın Azərbaycan proqramının əsas hadisəsi sentyabrın 14-də “Auditorium Stravinski”də keçiriləcək “Azerbaijan Culture” qala konserti olacaq. Təxminən 200 Azərbaycan sənətçisinin iştirak edəcəyi proqram klassik və simfonik musiqini, muğamı, cazı, milli musiqi alətlərini və rəqs sənətini bir araya gətirəcək.
Montrödakı Azərbaycan proqramı xarici auditoriyaya yalnız ayrı-ayrı sənət nümunələrini deyil, ənənəsini qoruyan, eyni zamanda müasir mədəni məzmunla beynəlxalq auditoriya ilə dialoq quran Azərbaycanın bütöv mədəni portretini təqdim edir. “İrsin ritmləri” əsrlərdən gələn mədəni yaddaşın bu gün daha da gücləndiyini, inkişaf etdiyini və yeni bədii formalar yaratdığını nümayiş etdirir.
Montrö Klassik Musiqi Festivalı kimi beynəlxalq nüfuza malik sənət platformasında mədəniyyətimizin peşəkar və sistemli təqdimatı “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının mədəni irsin və milli sənətin beynəlxalq miqyasda təşviqi istiqamətində müəyyən etdiyi prioritetlərin həyata keçirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, Azərbaycan mədəniyyətini festivalda Alim Qasımov, Murad Hüseynov, Yusif Eyvazov, Afaq Abbasova, Sevda Ələkbərzadə, Elvin Hoca Qəniyev, Elmina Həsən, Fuad İbrahimov, İsfar Sarabski, Ceyla Seyidova, Azər Zadə və digər tanınmış incəsənət nümayəndələri təmsil edirlər.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Sentyabr 2026 09:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri