Icma.az
close
up
RU
Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir

Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

5 mart 2026-cı il Azərbaycanın suveren ərazisinə, Naxçıvan Muxtar Respublikasına, İran ərazisindən həyata keçirilmiş pilotsuz uçuş aparatı (PUA) hücumuna məruz qaımışdır. Bu hücum regionda təhlükəsizliyin daha da gərginləşməsinə, həmçinin beynəlxalq hüququn fundamental prinsiplərinin açıq şəkildə pozulmasına səbəb olmuşdur. Hadisə zamanı Naxçıvan Beynəlxalq Hava Limanının hədəfə alınması, eləcə də Babək rayonunun Şəkərabad kənd tam orta məktəbinin yaxınlığına dron düşməsi mülki infrastruktura və insanların təhlükəsizliyinə ciddi təhdid yaratmışdır. Hadisə nəticəsində iki mülki şəxslərin xəsarət alması hücumun qeyri-seçici xarakter daşıdığını bir daha sübut edir və hücumun məqsədli şəkildə mülki infrastrukturu hədəf aldığını açıq şəkildə göstərir.

Azərbaycan regionda gərginliyin artmasının tərəfdarı olmayan, daim sülhün, sabitliyin, əməkdaşlığın və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin tərəfdarı kimi çıxış edir. Azərbaycanın xarici siyasətində qonşularla əlaqələrin inkişafı prioritetdir. Azərbaycan ərazisindən İran və ümumiyyətlə, heç bir ölkə üçün heç vaxt təhlükə olmayıb. Dövlətimiz  hər zaman qonşu ölkələrlə münasibətlərində qarşılıqlı hörmət prinsiplərinə xüsusi önəm verir. Prezident İlham Əliyevin martın 4-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olması, İran İslam Respublikasının Ali Rəhbərinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar başsağlığı verməsi də bunun göstəricisidir.  Azərbaycan dar gündə həmişə qonşularına dəstək olub. Ölkəmiz İrana humanitar yardım göndərməyi də planlaşdırırdı. Amma belə bir şəraitdə İran tərəfinin Naxçıvan ərazisində mülki obyekti, mülki vətəndaşların istifadə etdiyi hava limanını hədəfə alması dinc sakinlərə və mülki infrastruktura qarşı terror aktıdır.

Bu hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür. Mülki infrastruktura dron hücumu təşkil etmək acizlik və qorxaqlıq əlamətidir. Azərbaycana hücum edənlər həmişə peşman olublar, İran da bu qorxaq əməlinə görə peşman olacaq. Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir. İran İslam Respublikası qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirməli, buna izahat verməli və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməlidir. Respublikamız müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır və bu hücum aktları cavabsız qalmayacaq. 

Nurlana Yusifova

YAP Samux rayon təşkilatı əməkdaşı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Mart 2026 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri