“Azərbaycan dövləti daim insan hüquqlarının təminatçısıdır” mövzusunda TƏDBİR KEÇİRİLDİ
News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Azərbaycan dövləti daim insan hüquqlarının təminatçısıdır” mövzusunda maarifləndirici tədbir keçirilib.
News24.az xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cənub Regional Mərkəzinin, Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı rayon Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə “Azərbaycan dövləti daim insan hüquqlarının təminatçısıdır” mövzusunda maarifləndirici tədbir keçirilib.
Regional Mərkəzin rəhbəri Ziya İsmayılov çıxış edərək, 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunduğunu, insan hüquq və azadlıqlarına geniş yer verildiyini, bununla da ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasının qoyulduğunu qeyd edib.
Eyni zamanda, Ombudsmanın insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyəti barədə məlumat verilib, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununda edilmiş son dəyişikliklərdən bəhs olunub, iştirakçılara maarifləndirici vəsaitlər təqdim edilib və onları maraqlandıran suallar cavablandırılıb.
Aqil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 18 Aprel 2025 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















