Icma.az
close
up
RU
“Heydər Əliyev və Müasir Azərbaycan” mövzusunda tədbir keçirildi Fotolar

“Heydər Əliyev və Müasir Azərbaycan” mövzusunda tədbir keçirildi Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “Kazım Kazımzadə küçəsi 20” ünvanı üzrə Ərazi Partiya Təşkilatında “Heydər Əliyev və Müasir Azərbaycan” mövzusunda tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqi ilə çıxış edən “Azərişıq ASC-nin” Hüquq idarəsinin rəisi, YAP Ərazi Partiya Təşkilatının sədri Arif Ləzimzadə bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının dəstəyi ilə hakimiyyətə gəlmiş və iqtidarda olduğu dövrdə xalqın etimadını doğrultmuş, respublikamızın çiçəklənməsi, sosial- iqtisadi inkişafının təmin edilməsi, dünya dövlətləri sırasında layiqli yer tutması üçün cox böyük işlər görmüşdür. Öz proqramında müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, vətənpərvərlik, vətəndaş həmrəyliyi, sosial ədalət prinsiplərini rəhbər tutan Yeni Azərbaycan Partiyasının cəmiyyətdə rolu və nüfuzu durmadan artır, ölkədə baş verən ictimai-siyasi proseslərə təsir imkanları getdikcə genişləndiyini qeyd edən ƏPT sədri onu da vurğulayıb ki,  Yeni Azərbaycan Partiyasının qurucusu, böyük dövlət xadimi Heydər Əliyevin qarşıya qoyduğu məqsəd və vəzifələr, demək olar ki, bütünlüklə artıq yerinə yetirilmişdir. Azərbaycan Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərlə Azərbaycan xalqının, eyni zamanda, Yeni Azərbaycan Partiyasının ən mürəkkəb və ən çətin, ancaq həm də ən ali məqsədini reallaşdırmış oldu. Azərbaycanın möhtəşəm qələbə qazanaraq həm tarixi ədalətin, həm də ərazi bütövlüyünün bərpasına nail olduğu qeyd olunub.

Tədbirdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, “Azərişıq” ASC-nin sədr müavini  Qədir İsmayılov, “SƏS” Media Qrupunun rəhbəri Bəhruz Quliyev, “Azərişıq” ASC-nin  Normativ Tənzimləmə Şöbəsinin baş mütəxəssisi  Daşqın  Qənbərov, Strateji Araşdırma və Planlaşdırma şöbəsinin baş mütəxəssisi Elvin Şıxəliyev,  Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı aparıcı rolundan, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs edib. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan mühüm sosial-iqtisadi nailiyyətlər əldə edib, beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirib.

Çıxışlar zamanı Vətən müharibəsində qazanılmış tarixi Zəfərin əhəmiyyəti, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının uğurla icra olunması xüsusi vurğulanıb.

Qeyd olunub ki, ərazi partiya təşkilatları partiyanın proqram və məqsədlərinin həyata keçirilməsində, dövlətçilik ənənələrinin təbliğində, gənclərlə işin təşkili və ictimai fəallığın artırılmasında mühüm rol oynayırlar. Bu baxımdan “Azərişıq” ASC üzrə Ərazi Partiya Təşkilatının fəaliyyəti müsbət qiymətləndirilib, partiya üzvlərinin ictimai-siyasi proseslərdə daha fəal iştirakının vacibliyi diqqətə çatdırılıb.

Çıxışlardan sonra Ümummilli Lider Heydər Əliyevin fəalliyyəti ilə bağlı film nümayiş olunub.

Sonda YAP Nərimanov rayon təşkilatı ilə “Azərişıq” ASC üzrə Ərazi Partiya Təşkilatı arasında əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.







Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 İyun 2026 20:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see598

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see537

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see381

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see286

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see285

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see262

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see259

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see251

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see250

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see249

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see225

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see222

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see222

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see219

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see217

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see216

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see216

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see214

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see213

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri