Icma.az
close
up
RU
“Yaradıcı Azərbaycan” mövzusunda tədbir keçirildi FOTOLAR

“Yaradıcı Azərbaycan” mövzusunda tədbir keçirildi FOTOLAR

Manset portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Martın 10-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Yaradıcı Azərbaycan” mövzusunda tədbir keçirilib.

Manset.az xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, mədəniyyət və elm xadimləri, biznes subyektlərinin nümayəndələri və digər şəxslər iştirak ediblər.
Nazirliyin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimovanın moderatorluğu ilə gerçəkləşən tədbirdə açılış nitqi söyləyən mədəniyyət naziri Adil Kərimli  iştirakçıları salamlayıb. Qeyd edib ki, tədbirin məqsədi ölkəmizdə mədəniyyət və yaradıcı sənayelərin (MYS) inkişafı istiqamətində əldə olunan nəticələri işıqlandırmaq və atılacaq birgə addımları müəyyənləşdirməkdir.  
Bildirilib ki, MYS-lər hazırda dünya miqyasında sürətlə böyüyən və iqtisadiyyatın ən çevik sahələrindən biri kimi önə çıxır, iqtisadi inkişaf və diversifikasiya üçün imkanlar təklif edir, mədəni və sosial dəyərlər yaradır. MYS-lər yaradıcılıq və intellektual kapitaldan əsas vəsait kimi istifadə etməklə mədəni komponentli mal və xidmətlərin yaradılmasını, istehsalını və paylanmasını əhatə edir. Buraya reklam, memarlıq, incəsənət, dizayn, musiqi və kino istehsalı, nəşriyyat və videooyunlar kimi müxtəlif fəaliyyətlər daxildir. 
MYS-lərlə bağlı son illərdə qlobal miqyasda müşahidə olunan bir sıra tendensiyalar haqqında danışan Adil Kərimli bu sahənin qlobal iqtisadiyyatda tutduğu mövqeyi konkret faktlarla diqqətə çatdırıb.
Bildirilib ki, hazırda gənc nəsil daha çox rəqəmsal məzmuna üstünlük verir. Çünki videoyunlar, musiqi, film və reklam sənayeləri ən gəlirli sahələrdən hesab olunur. 
MYS-lərin inkişaf prosesləri ilə bağlı beynəlxalq təcrübədən danışan nazir deyib ki, ayrı-ayrı ölkələrdə dövlət qurumları, ali təhsil müəssisələri, qeyri-hökumət təşkilatları, o cümlədən fondlar və özəl şirkətlər proseslərdə fəal şəkildə iştirak edirlər. Eyni zamanda qeyd olunan qurumlar bu sahəyə zəruri ekspert, infrastruktur dəstəyi göstərir, bir sıra layihələrdə donor, o cümlədən sponsor və ya investor qismində çıxış edirlər. Bu sahə çoxsaylı qrantlar, ianələr və subsidiyalarla da təmin olunur.
Ölkəmizdə MYS-lərin fəaliyyətinə ayrılan diqqətdən söz açan Adil Kərimli bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində bu sahənin inkişafı Azərbaycan dövlətinin əsas prioritetləri sırasına daxil edilib. Dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər planına uyğun olaraq, 2023–2024-cü illərdə strategiya çərçivəsində mühüm addımlar atılıb. Aidiyyəti qurumların iştirakı ilə mədəni və yaradıcı sənayelərin təsnifatlandırılması istiqamətində Azərbaycan Respublikasında MYS sahələrinə aid edilən iqtisadi fəaliyyət növlərinin, peşələrin (vəzifələrin), ölkədə istehsal olunan, ixrac olunan MYS məhsul və xidmətlərinin siyahıları hazırlanıb. Həmin siyahılar təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim edilib. 
Bundan əlavə, mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı təsis olunub. Hazırda ümumilikdə 20 tələbə müxtəlif ölkələrin aparıcı universitetlərində təhsil alır.
Qeyd olunub ki, ölkəmizdə “Yaradıcı mərkəz” konsepsiyasının da tətbiqinə başlanılıb. Mədəniyyət Nazirliyinin nəzdində Bakı şəhərində ilk Yaradıcı Mərkəz təşkil olunub, burada müxtəlif yaradıcı sahələr üzrə xarici mütəxəssislərin də iştirakı ilə yüzlərlə istedadlı gənc biznes bacarıqlarının artırılması proqramlarına cəlb olunub və sertifikatlaşdırılıb, onlarla yeni sahibkarlıq subyekti olan innovativ startap formalaşdırılıb.
Mədəniyyət Nazirliyi kollegiyasının qərarı ilə “e-Culture” Rəqəmsal İnkişaf Strategiyası” da təsdiq edilib. Hazırda bu sahədə güzəşt və təşviqlərin artırılmasını, “Yaradıcı mərkəz” konsepsiyasının regionlara doğru genişlənməsini, ölkədə kinoparkların qurulmasını, MYS-lərin ixrac potensialının artırılması istiqamətində tədbirləri və s. özündə ehtiva edəcək “MYS-lərin inkişafına dair Dövlət Proqramı”nın hazırlanması nəzərdə tutulur.
Nazir çıxışının sonunda aidiyyəti qurumların bu prosesdə daha sıx əməkdaşlıq etməsinin əhəmiyyətini vurğulayıb, tədbirin təşkilində əməyi keçənlərə təşəkkürünü bildirib.
Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İdarə Heyətinin sədri Orxan Məmmədov da çıxışlarında MYS-lərin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Daha sonra Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanovun “Yaradıcılığı həyat tərzimizə çevirək!” adlı geniş məruzəsi dinlənilib. Mədəniyyət nazirinin müavini Səadət Yusifova isə “Yaradıcı Azərbaycan – 2025” mövzusunda təqdimatla çıxış edib.
Daha sonra nazirliyin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizovun moderatorluğu ilə “Yaradıcılığa yatırım et!” (İnvest2Create) mövzusunda təqdimatlar olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:324
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 10 Mart 2025 22:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri