Icma.az
close
up
RU
Azərbaycan dövləti, onun güclü liderinin daha bir diplomatik uğuru

Azərbaycan dövləti, onun güclü liderinin daha bir diplomatik uğuru

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


"Artıq Avropada Azərbaycanın qoca qitə üçün vazkeçilməz, mühüm əhəmiyyətə malik bir ölkə olduğunu qəbul edir, dövlətimizin, onun güclü lideri Cənab İlham Əliyevin mövqeyi, ortaya qoyduğu siyasi iradə ilə barışmalı olurlar. Biz bu müsbıt tendensiyanı bu günlərdə Albaniyanın paytaxtı Tirana şəhərində “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə Toplantısında aydın şəkildə müşahidə etdik. Cənab Prezident İlham Əliyevə müxtəlif ölkələrin rəhbərlərinin münasibəti, dövlət başçımızla ayaqüstü də olsa söhbət etmək şansını qazanmaq kimi istəklər dediklərimizin sübutudur".
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə Toplantısını şərh edərkən səsləndirib. Millət vəkilinin sözlərinə görə, “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə Toplantısı həm də onu sübuta yetirdi ki, Cənab İlham Əliyev təkcə regional deyil, eyni zamanda dünya lideri kimi qəbul edilməkdədir:
"Dünənə qədər Azərbaycana qarşı kin-küdurət yağdıran, ölkəmizi yerli-yersiz hədəfə alan Fransa prezidenti Emmanuel Makronun Azərbaycan liderinə yarınmaq kimi görünən jestləri, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen və Avropa Parlamentinin rəhbəri Roberta Metsolanın Prezident İlham Əliyevlə görüşmək xahişi, eləcə də digər dövlət rəhbərləri səviyyəsində Azərbaycan liderinə olan münasibət deyilənlərin təsdiqidir".
İlham Məmmədov deyib ki, bütün bunlar həm də mövcud reallıqların Avropa, bu qitənin ayrı-ayrı ölkələri tərəfindən qəbul edilməsinin göstəricisidir:
"Hansı ki, həmin reallıqları yerləşdiyimiz coğrafiyada Azərbaycan öz gücü, qüdrəti ilə yaratdı. Düzdür, ilk mərhələdə buna qarşı dirəniş göstərilməyə çalışıldı, Avropanın siyasi institutları, ayrı-ayrı dövlətləri ölkəmizi hədəf almaqdan belə çəkinmədi. Ancaq Azərbaycanın mövqeyinin, onun liderinin ortaya qoyduğu siyasi iradənin kənar təzyiqlər nəticəsində qətiyyən dəyişməyəcəyi praktikası sonda Avropanı da bu reallıqlarla barışmaq məcburiyyətində qoydu".
Millət vəkilinin sözlərinə görə, indi Avropada Azərbaycanın bu qitə üçün nə dərəcədə əhəmiyyətli olduğunu daha çox dərk edir, anlayırlar:
"İlk növbədə Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın mühüm rol oynadığı gerçəkliyi ortadadır. Digər tərəfdən Avropada yaxşı başa düşürlər ki, Cənubi Qafqazda müəyyən maraqların təminatı üçün mütləq Azərbaycanla hesablaşmaq lazımdır. Eyni zamanda, Azərbaycan Avropanın Mərkəzi Asiyaya açılımında da əsas aktorlardan biri rolunu oynaya bilər".
İlham Məmmədov sonda onu da qeyd edib ki, Tirana toplantısı Azərbaycan dövləti, onun güclü liderinin daha bir diplomatik uğura imza atması idi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 19 May 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri