Icma.az
close
up
RU
Döyüş meydanında qazanılan uğurları diplomatik cəbhədə təsdiqlədən Azərbaycan Liderinin diplomatik strategiyasına baxış TƏHLİL

Döyüş meydanında qazanılan uğurları diplomatik cəbhədə təsdiqlədən Azərbaycan Liderinin diplomatik strategiyasına baxış TƏHLİL

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 16 iyul, AZƏRTAC

Müzəffər Ali Baş komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 2020-ci il Vətən müharibəsində, döyüş meydanında yaratdığı reallıqları diplomatik cəbhədə təsdiqləməkdədir. İşğala son qoymaq, qanlı separatizmin kökünü kəsmək və münaqişəni tam şəkildə həll etmək kimi faktiki mümkün olmayan missiya Azərbaycanın siyasi Liderinin məharətli hərbi və siyasi strategiyası nəticəsində reallaşdırıldı. Postmüharibə dövründə Azərbaycan regionda davamlı sülhün və əməkdaşlığın qurulması üçün ardıcıl diplomatik fəaliyyət aparır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev söyləyib.

Deputat qeyd edib ki, bu kontekstdə iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Ermənistanın Baş naziri Nikol Paşinyanla konstruktiv formatda keçən görüş vasitəçisiz dialoq formatının özünü doğruldaraq işlək mexanizmə çevrilməkdə olduğunu sübuta yetirdi. Əbu-Dabi görüşündə verilən vacib mesajlardan biri o idi ki, sülh sazişinin imzalanması və implementasiyası ilə regionda hər hansı aktorun geosiyasi maraqları təsbit olunmayacaq, hazırkı de-fakto sülh tərəf dövlətlərin və onların xalqlarının rifahına xidmət edən davamlı sülhə çevriləcək. Təbii ki, dövlətlərarası normallaşma gündəliyi çoxölçülü, çoxşaxəli və uzunmüddətli proses olduğundan Əbu-Dabi görüşü göstərdi ki, tərəf dövlətlər postmünaqişə dövründə həllini gözləyən, açıq qalan digər məsələləri də ikitərəfli formatda həll etmək qətiyyətində və iqtidarındadır.

Prezident İlham Əliyevin mükəmməl xarici siyasət strategiyası sayəsində Azərbaycan ikitərəfli və çoxtərəfli formatlarda sözü və əməli bir-birini tamamlayan güclü, etibarlı tərəfdaş ölkə kimi nüfuz qazanıb. Bu səbəbdəndir ki, ECO-nun Xankəndi Zirvə görüşündə iştirak edən BMT Baş katibinin müavini çoxtərəfli əməkdaşlığın inkişafında göstərdiyi liderliyə görə Azərbaycan Prezidentinə səmimi təşəkkürünü ifadə etdi.

“Prezident İlham Əliyevin məharətli diplomatik fəaliyyətləri sayəsində beynəlxalq müstəvidə dövlətimizin mövqeyi ilə hesablaşırlar, Azərbaycanın yaratdığı yeni siyasi reallıqların şərtləndirdiyi əməkdaşlıqda yer almaq isə bir çox ölkələr üçün həm zərurətə, həm də üstünlüyə çevrilib. Azərbaycan cari ilin oktyabrında Türk Dövlətləri Təşkilatının Zirvə görüşünə, 2026-cı ildə İslam Əməkdaşlıq Təşkilatının 16-cı Sammitinə, 2028-ci ildə “Avropa Siyasi Birliyi”nin Zirvə görüşünə ev sahibliyi edəcək. Əsas mesajı odur ki, dəyişən geosiyasi nizamda yer almaq üçün iqtisadi və siyasi səyləri əlaqələndirmək lazımdır.

ECO-nun Baş katibinin sözləri ilə desək, “Prezident İlham Əliyevin uzaqgörənliyi sahəsində bir çox ilklərə imza atan” Azərbaycan həm ECO üçün yeni standartlar müəyyənləşdirdi, həm də təşkilat daxilində həmrəyliyi gücləndirdi”. Qarabağ Zəfəri Azərbaycana dost olan dövlətlərə, xüsusilə türk xalqlarına özünəinamın artması, siyasi kursda prinsipiallığı qorumaq kimi çətin məsələlərdə nümunə olmuşdur”, - deyə R.Nəbiyev əlavə edib.

Vurğulanıb ki, növbəti illər ərzində Avrasiya siyasi məkanında kəskin dəyişikliklər dövrünün başlayacağı proqnozlaşdırılır. Formalaşmaqda olan yeni dünya nizamına hazır olmaq üçün ölkəmiz lazımi siyasi-diplomatik, iqtisadi və humanitar alətlərdən, həmçinin layihələrdən ibarət strateji konsepsiyanı inkişaf etdirir. Belə ki, ölkəmiz coğrafi yerləşməsinin verdiyi strateji üstünlükləri dəyərləndirərək, nəqliyyat və logistika, energetika sahələrində əhəmiyyətli layihələrlə çoxsaylı tərəfdaşlar qazanmaqdadır. Məsələn, “Avropa Siyasi Birliyi”nin 12 dövlətinə qaz ixrac edən Azərbaycan, həmçinin Orta Dəhliz çərçivəsində mühüm tranzit qovşağına çevrilir. Ölkəmizin coğrafi mövqeyi və yaratdığı infrastruktur Çin və Mərkəzi Asiyanın Türki dövlətlərinin Avropa İttifaqı bazarına çıxışını təmin edən körpünün vacib strateji həlqəsidir. Zəngəzur dəhlizinin açılması isə bu istiqamətdə yeni mərhələnin başlanğıcı olacaq.

Parlamentari vurğulayıb ki, Azərbaycan Asiya, Yaxın Şərq ölkələri və ərəb dövlətləri ilə ikitərəfli formatda münasibətlərini inkişaf etdirir, digər tərəfdən çoxtərəfli formatlarda, müxtəlif regional təşkilatlar çərçivəsində Yaxın Şərqdə cərəyan edən hadisələrə münasibətdə vacib balanslaşdırıcı mövqe sərgiləyir. Azərbaycan Yaxın Şərq ölkələrini məşğul edən mürəkkəb məsələlərin müzakirəsi və həllinə nail olunması üçün bütün tərəflərin etimadını qazanmış ölkə olaraq paytaxt Bakını danışıq platforması kimi təqdim edir. Suriyanın keçid dövrü Prezidentinin ölkəmizə səfəri zamanı 13 illik vətəndaş müharibəsindən əziyyət çəkən ölkənin yenidən bərpasında Şərqi Zəngəzur və Qarabağ təcrübəsini bölüşmək, Suriyaya qaz ixracı barədə razılığın əldə edilməsi Azərbaycanın tərəfdaşlarının sayının artdığını göstərir.

“Çağdaş Azərbaycan diplomatiyasının memarı Prezident İlham Əliyevin düşünülmüş xarici siyasət kursu region və onun hüdudlarını aşan geniş coğrafi məkanda sülhə və əməkdaşlığa xidmət edir. Hadisələrin retrospektiv yanaşmada təhlili göstərir ki, bu uğurlara aparan yol Ümummilli Lider Heydər Əliyevin uzaqgörən dövlətçilik vizyonundan başlayıb. Əlli altı il əvvəl - ilk dəfə 1969-cu il iyulun 14-də hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı strateji idarəetmə fəlsəfəsi müstəqillik dövründə də dövlətimizin siyasi kursunun əsasını təşkil etməkdədir. 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Liderin təşəbbüsü və rəhbərliyi sayəsində formalaşdırılan balanslaşdırılmış və çoxvektorlu xarici siyasət kursu geosiyasi balansı tənzimləyir”, - deyə Rizvan Nəbiyev diqqətə çatdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 İyul 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see174

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see171

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see142

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see139

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see134

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see132

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see131

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see130

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see128

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see125

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see124

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri