Icma.az
close
up
RU
Azərbaycan dövləti öz tarixini unutmur ŞƏRH

Azərbaycan dövləti öz tarixini unutmur ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cənabları Xocalı Soyqırımı Memorialının açılış mərasimində çıxış edərək qeyd etdi ki, müasir Azərbaycanın yaddaş siyasətinin, tarixi ədalət mövqeyinin və milli həmrəyliyinin parlaq ifadəsi kimi yadda qaldı. Dövlət başçısının nitqi təkcə anım xarakteri daşımadı, həm də beynəlxalq ictimaiyyətə mühüm mesajlar verdi, Xocalı həqiqətlərinin unudulmaması və gələcək nəsillərə çatdırılmasının vacibliyini bir daha önə çəkdi.
Möhtərəm Prezidentimiz vurğuladı ki, Xocalı soyqırımı Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biridir və bu faciənin qurbanlarının xatirəsinin əbədiləşdirilməsi dövlətin ardıcıl siyasətinin tərkib hissəsidir. Onun sözlərinə görə, memorial kompleksinin yaradılması həm şəhidlərin ruhuna ehtiramın ifadəsi, həm də gələcək nəsillərin tarixdən dərs çıxarması baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, Azərbaycan dövləti Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində uzun illərdir sistemli fəaliyyət göstərir. Bu istiqamətdə həyata keçirilən diplomatik, informasiya və maarifləndirmə tədbirləri nəticəsində bir çox ölkələr və beynəlxalq qurumlar Xocalı faciəsinə hüquqi-siyasi qiymət veriblər.
İlham Əliyev cənabları çıxışında memorialın memarlıq və ideya baxımından dərin məna daşıdığını diqqətə çatdırdı. Bildirildi ki, kompleks yalnız bir abidə deyil, həm də milli yaddaş məkanıdır. Memorialın ucaldılması Azərbaycan dövlətinin şəhidlərinin xatirəsinə sədaqətinin real təzahürü kimi qiymətləndirildi.
Bu gün Xocalı şəhərində həyat yenidən bərpa olunur, Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlər doğma torpaqlarına qayıdırlar. Bu faktın özü tarixi ədalətin bərpasının ən parlaq sübutu kimi qeyd etmək olar.
Azərbaycan xalqı uzun illər Xocalı qurbanlarının qisasının alınacağı günü gözləyirdi və bu tarixi ədalət 44 günlük Vətən müharibəsi zamanı təmin edildi. Dövlət başçısı vurğuladı ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası şəhidlərin qanının yerdə qalmadığını göstərdi.
Bu gün Azərbaycan qalib dövlətdir və artıq Xocalıda Azərbaycan bayrağı dalğalanır. Cənab Prezident İlham Əliyev dünya ictimaiyyətini Xocalı soyqırımına obyektiv və ədalətli qiymət verməyə çağırdı. O vurğuladı ki, müharibə cinayətləri və soyqırımı halları unudulmamalı, günahkarlar məsuliyyətə cəlb olunmalıdır.
Möhtərəm Prezidentimiz daha sonra qeyd etdi ki, Azərbaycan xalqının birliyinin, ordunun gücünün və dövlət siyasətinin ardıcıllığı ölkəni tarixi qələbəyə gətirib çıxardı.
Möhtərəm Prezident cənab İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında etdiyi çıxış həm hüzn, həm qürur, həm də gələcəyə inam ruhu ilə yadda qaldı və bir daha göstərdi ki, Azərbaycan dövləti öz tarixini unutmur, şəhidlərinin xatirəsini daim uca tutur və ədalətin beynəlxalq səviyyədə tanınması uğrunda mübarizəni qətiyyətlə davam etdirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Fevral 2026 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see399

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see383

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see313

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see308

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see233

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see217

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see215

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see213

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see206

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see203

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see193

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see190

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see188

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see182

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see181

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see180

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see178

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see165

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri