Azərbaycan dövləti öz gücünü xalqdan alır ŞƏRH
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 7 oktyabr, AZƏRTAC
İstənilən dövlətdə sağ, sol, mərkəzçi, dindar, ateist və digər ideoloji xətlərə bağlı qruplar olur. Bu həmin cəmiyyətlərin rəngləridir və normal qəbul olunur. Bu qrupların bir-birlərinə qarşı radikal mövqedən çıxış etməsi, digərlərini düşmən obrazında görməsi isə problemdir. Belə vəziyyətin yarandığı ölkələri də, onların yaşadığı problemləri də hər kəs yaxşı görür.
Bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Araz Balayev deyib.
Onun sözlərinə görə, daxili çaxnaşmalar yaranır və prosesləri idarə etmək çətinləşir. Xarici kəşfiyyat orqanları isə yaranmış xaosdan məharətlə istifadə edir. Burada itirən təbii ki, həmin parçalanmış cəmiyyətlər olur. Çıxış yolu isə fərqli qrupları vaxında ortaq mövqeyə gətirməkdən keçir: “Düşünürəm ki, bunu necə etməyi Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının Qurultayında çıxışı zamanı aydın ifadə etdi. Dövlət başçısı hər kəsi “öncə Azərbaycan” deməyə dəvət etdi. Otuz ilə yaxın biz “öncə Qarabağ” dedik və mükafatımız da elə Qarabağ oldu. İndi isə hər kəs “öncə Azərbaycan” deməlidir. Yəni dövlət maraqları bütün maraqlardan üstün olmalıdır. İdeoloji təhlükəsizliyin fiziki təhlükəsizlik qədər önəmli olduğu bir dövrdə bu yanaşmaya daha çox ehtiyacımız var”.
Siyasi şərhçi qeyd edib ki, Azərbaycan dövləti sərhədlərinin toxunulmazlığını müasir texnologiyalardan istifadə etməklə nail olub: “Amma dövlət başçısının da dediyi kimi ideoloji risklər sərhəd tanımır, xüsusilə indiki kiberhücumlar və süni intellekt dünyasında. İdeoloji təxribatlardan qorumaq yollarından biri, bəlkə də birincisi cəmiyyətin savadlı olmasıdır. Çünki yalnız savadlı insanlar doğrunu yalandan, hiyləgər planları səmimi təkliflərdən ayıra bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan dövləti öz gücünü xalqdan alır. Güclü Azərbaycan üçün isə hər kəs “öncə Azərbaycan” deməlidir!”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 07 Oktyabr 2026 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















