Icma.az
close
up
RU
Azərbaycan dövləti öz vətəndaşlarına sadiqdir ŞƏRH

Azərbaycan dövləti öz vətəndaşlarına sadiqdir ŞƏRH

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il avqustun 21-də Kəlbəcər şəhərinə səfəri, yalnız bir rəsmi tədbir deyil, həm də milli iradənin, zəfərin və yenidənqurmanın canlı nümunəsi kimi yadda qaldı. Bu səfər çərçivəsində Prezident Kəlbəcərin yenidən salınmış “1-ci yaşayış kompleksi”nin açılışında iştirak etdi və ilk sakinlərə mənzillərinin açarlarını təqdim etdi. Bu tarixi gün illərlə işğal və məcburi köçkünlük həyatı yaşamış minlərlə insanın arzularının gerçəkləşdiyi an kimi qiymətləndirildi.

Cənab Prezident çıxışında bu günü tarixi adlandıraraq qeyd etdi ki, kəlbəcərlilər artıq öz doğma yurdlarına qayıdır və bu, Azərbaycan dövlətinin apardığı məqsədyönlü siyasətin, xalqın iradəsinin və güclü ordunun nəticəsidir. “Əziz kəlbəcərlilər, Kəlbəcərə xoş gəlmisiniz!” sözləri ilə çıxışına başlayan dövlət başçısı bildirdi ki, bu torpaqlara qayıdış yalnız fiziki deyil, həm də mənəvi bir zəfərdir.

Kəlbəcər rayonu 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra bir güllə belə atılmadan, siyasi yolla geri qaytarılmışdı. Prezident bu faktı xüsusi vurğuladı və qeyd etdi ki, Azərbaycan ordusunun qazandığı hərbi-siyasi qələbə nəticəsində Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı və Kəlbəcəri boşaltdı. Bu, yalnız döyüş meydanında deyil, həm də diplomatik müstəvidə əldə olunan tarixi nailiyyət idi.

Səfər çərçivəsində təqdim olunan yaşayış kompleksi müasir tələblərə cavab verən şəkildə inşa olunub. Kompleksdə bütün zəruri infrastruktur – işıq, su, qaz, kanalizasiya sistemləri, məktəb, bağça və tibbi məntəqə mövcuddur. Prezident bildirdi ki, burada həyat yenidən başlayır və bu proses təkcə bir komplekslə məhdudlaşmır. Artıq digər yaşayış massivlərinin də tikintisinə start verilib. Gələcəkdə minlərlə ailə Kəlbəcərə qayıdacaq və rayon tam bərpa olunacaq.

Ölkə Prezidenti çıxışı zamanı Ermənistanın işğal illərində bölgəni viran qoyduğunu, yaşayış yerlərini, infrastruktur obyektlərini dağıtdığını qeyd etdi. Lakin Azərbaycan dövləti bu dağıntılara baxmayaraq, qısa müddət ərzində azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa işlərinə start verdi. Kəlbəcər-Laçın avtomobil yolu, çoxsaylı tunellər, elektrik stansiyaları və Laçın Beynəlxalq Hava Limanı kimi layihələr bölgənin strateji əhəmiyyətini daha da artıracaq.

Dövlət başçısı çıxışında xüsusilə şəhidlərimizin xatirəsini ehtiramla andı və onların qanı bahasına bu torpaqlara qayıdışın mümkün olduğunu vurğuladı. O bildirdi ki, bu torpaqlar uğrunda canını fəda etmiş qəhrəmanların ruhu bu gün şaddır, çünki onların vəsiyyət etdiyi müqəddəs vətən torpağı artıq azaddır və burada Azərbaycan bayrağı ucalır.

Sonda Prezident kəlbəcərlilərə öz evlərində xoş və firavan həyat arzuladı. “Köçkünlük dövrü başa çatdı. Siz artıq öz torpağınızdasınız. Burada əmin-amanlıqla, təhlükəsiz şəkildə yaşayacaqsınız. Kəlbəcər yenidən qurulacaq və inkişaf edəcək,” – deyə dövlət başçısı vurğuladı.

Bu səfər bir daha göstərdi ki, Azərbaycan dövləti öz vətəndaşlarına sadiqdir, torpaqlarına sahib çıxır və qələbədən sonra quruculuq dövrünü eyni qətiyyətlə davam etdirir. Kəlbəcərə qayıdış – sadəcə fiziki deyil, ruhən də bütövləşmənin, milli birliyin və güclü dövlətin təntənəsidir.

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Avqust 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see383

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see284

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see227

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see207

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see205

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see198

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see196

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see183

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see181

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see177

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see176

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see175

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see174

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see171

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see171

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see171

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see169

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see156

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see147

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri