Icma.az
close
up
RU
Azərbaycan Dünya Bankı ilə 173,5 milyon dollarlıq kredit sazişi imzalayıb

Azərbaycan Dünya Bankı ilə 173,5 milyon dollarlıq kredit sazişi imzalayıb

Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.


Azərbaycan hökuməti ilə Dünya Bankı arasında “Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi” çərçivəsində kredit sazişi imzalanıb.
Reyting.az
xəbər verir ki, imzalanma mərasimində iki sənəd - “AzərEnerji” ASC ilə Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD) arasında kredit müqaviləsi və Azərbaycan Respublikası ilə IBRD arasında zəmanət sazişi təsdiqlənib.
Məbləği 173,5 milyon ABŞ dolları olan kredit müqaviləsini “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştаlmaister imzalayıblar. Zəmanət sazişinə isə Azərbaycan hökuməti adından Maliyyə naziri Sahil Babayev və Ştefani Ştаlmaister imza atıblar.
Kredit vəsaiti Azərbaycanda tikilməkdə olan bərpa olunan enerji mənbələri (BOEM) üzrə stansiyalardan alınan enerjinin milli enerji sisteminə təhlükəsiz və dayanıqlı inteqrasiyasını təmin etmək məqsədilə enerji ötürücü infrastrukturun gücləndirilməsinə yönəldiləcək.
Kredit 5 il güzəşt müddəti olmaqla 15 illik şərtlərlə ayrılıb və 2039-cu ilin sonunda tam qaytarılması nəzərdə tutulur. Layihədə Azərbaycan hökumətinin iştirak payı isə 31,2 milyon ABŞ dolları təşkil edir ki, bu məbləğ əsasən ƏDV və gömrük rüsumlarının ödənilməsinə yönəldiləcək.
İcra müddəti 4 il olan layihənin əsas məqsədi “AzərEnerji”nin enerji sisteminin səmərəliliyini artırmaq və növbəti 5 ildə BOEM-lərin elektrik ötürücü şəbəkəyə təhlükəsiz inteqrasiyasına dəstək verməkdir.
Dünya Bankının maliyyələşdirəcəyi komponentlərə 341 km uzunluğunda 500 və 330 kV-luq dörd yeni elektrik verilişi xəttinin inşası, eləcə də 500/330/10 kV-luq Nəvahi yarımstansiyası üçün transformator və əlaqəli avadanlıqların alınması daxildir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:43
embedMənbə:https://reyting.az
archiveBu xəbər 01 İyul 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Yaponiyadan dəniz məhsulları qadağasını ləğv edib

30 İyun 2025 10:21see142

Yeni virusun əlamətləri nələrdir?

30 İyun 2025 19:12see132

Əgər Avropa Birliyi bundan imtina etməsə... Ağ Ev

30 İyun 2025 21:07see132

“Azərbaycana həm şimaldan, həm cənubdan təzyiq edilir” Aqil Rüstəmzadə

30 İyun 2025 09:10see130

Əli Əhmədov Moskvaya getməyəcək

29 İyun 2025 23:50see127

Dünyanın ən zəngin 50 qadınının siyahısı açıqlandı

30 İyun 2025 05:31see127

Yadplanetlilərə hansı mesaj göndərilib?

30 İyun 2025 06:03see125

Doğuş sonrası depressiya və uşaqlara zərər vermə riski

30 İyun 2025 20:25see123

Həsrət Məmmədyarov: İldən ilə nəticəmiz daha da yaxşılaşacaq”

30 İyun 2025 00:29see123

Simonyan Paşinyanı təhqir etdi

30 İyun 2025 02:12see123

Qarabağ darmadağınla qalib gəldi

30 İyun 2025 20:02see121

ABŞ da silahlı qarşıdurma nəticəsində iki yanğınsöndürən həlak olub

30 İyun 2025 05:07see120

Ermənistan Rusiyaya rədd cavabı verdi

30 İyun 2025 10:06see119

Mask Trampın təşəbbüsünü sərt tənqid etdi: ABŞ ni borc köləliyinə aparır

30 İyun 2025 03:34see119

Məşhur aktyor saqqalını kəsdi: sosial mediada gündəm oldu FOTO

30 İyun 2025 18:42see117

Krit adası: Burada qan düşmənləri qardaşa çevrilir, hamilə qadınlar müqəddəs sayılır

30 İyun 2025 00:26see117

İrana qarşı sanksiyaları ləğv etmək üçün şərtini açıqladı

30 İyun 2025 00:49see115

Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin olunan Fərid Əsgərov kimdir? DOSYE

30 İyun 2025 18:56see114

Duyğusal yükdən necə azad olaq? Psixoloqdan MƏSLƏHƏT

01 İyul 2025 05:00see113

Şahin Şahbazov vəzifəsindən ayrıldı

30 İyun 2025 23:02see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri