Azərbaycan Dünya Bankı ilə DİM istiqamətində əməkdaşlığı genişləndiricək
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Mərkəzi Bankı (AMB) və Dünya Bankı arasında maliyyə inklüzivliyinin genişləndirilməsi müzakirə edilib.
"APA-Economics" xəbər verir ki, bu barədə AMB-dən bildirilib.
Məlumata görə, qurumun sədri Taleh Kazımov ABŞ-nin paytaxtı Vaşinqtona işgüzar səfəri çərçivəsində Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassani ilə görüş keçirib.
Görüşdə ölkədə makroiqtisadi sabitliyin təmin olunması və maliyyə inklüzivliyinin genişləndirilməsi istiqamətində Dünya Bankı ilə əməkdaşlıqdan məmnunluq bildirilərək Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlıq Çərçivəsində nəzərdə tutulan təşəbbüslər və həyata keçirilən layihələr müzakirə olunub, həmçinin dayanıqlı inkişaf məqsədlərinə dəstək istiqamətində əməkdaşlığın uzunmüddətli perspektivdə genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 17 Oktyabr 2025 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















