Misir Dünya Bankı ilə əməkdaşlığı genişləndirmək niyyətindədir
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 14 oktyabr, AZƏRTAC
Misir regional çağırışların yaratdığı çətinliklər fonunda inkişaf və iqtisadi prioritetlərini dəstəkləmək məqsədilə Dünya Bankı ilə əməkdaşlığın gücləndirilməsinə çalışır.
AZƏRTAC xəbər verir ki, bu məsələ Misirin xarici işlər naziri Bədr Əbdülatinin Tailandın paytaxtı Banqkokda Beynəlxalq Valyuta Fondu və Dünya Bankının payız toplantılarında iştirakı çərçivəsində keçirdiyi görüşlərdə müzakirə olunub.
Nazir Misirlə Dünya Bankı arasında koordinasiyanı yüksək qiymətləndirərək “İnkişaf Siyasətlərinin Maliyyələşdirilməsi Çərçivəsi” proqramının ikinci mərhələsinin başa çatdığını qeyd edib. O, proqramın üçüncü və sonuncu mərhələsinin tamamlanmasına ümidvar olduğunu bildirib.
Misir hökuməti Beynəlxalq Valyuta Fondu ilə mövcud proqramın cari ilin sonunda başa çatmasından sonra iqtisadi siyasətin əsas istiqamətlərini müəyyənləşdirəcək milli proqram hazırlayır. Misirin Planlaşdırma Nazirliyinin əvvəlki açıqlamalarına əsasən, proqram iqtisadiyyatın istehlakdan asılı modeldən istehsal, ixrac və investisiyalara əsaslanan modelə keçidini hədəfləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 14 Oktyabr 2026 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















