Icma.az
close
up
RU
Azərbaycan dünya ölkələrini planetimizi xilas etmək naminə həmrəylik nümayiş etdirməyə səslədi

Azərbaycan dünya ölkələrini planetimizi xilas etmək naminə həmrəylik nümayiş etdirməyə səslədi

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bayram Aslanov,

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Möhtəşəm zəfərə imza atan Azərbaycan günü - gündən inkişaf edir, dünyada söz sahibi olan dövlətlərlə bir addımlayır. Azərbaycanın keçdiyi inkişaf yolu, iqtisadi potensialı, enerji strategiyası və bu istiqamətdə perspektivləri, kifayət qədər resursları imkan yaradıb ki, COP (Conference of the Parties) kimi nüfuzlu və bəşəriyyət üçün taleyüklü mövzuları müzakirə edən qlobal tədbirə ev sahibliyi etsin.

Müstəqil Azərbaycanda 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi əslində bütün dünyaya qlobal çağırış idi. “Yaşıl dünya naminə həmrəy olaq” şüarı dünya ölkələrini planetimizi xilas etmək naminə həmrəylik nümayiş etdirməyə səslədi.

İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının, dünyamızın yaşıllaşdırılması, ətraf mühitin çirklənməsinin qarşısının alınmasının yollarının inkişaf etdirilməsi naminə dünya ölkələrinin bir araya gəldiyi mötəbət tədbirin 200 ölkənin yekdil qərarı ilə məhz Azərbaycanda reallaşması bir daha təsdiq edir ki, dövlətimiz düzgün, uzaqgörən və praqmatik siyasət yürüdür.

Bəşəriyyəti təhdid edən iqlim dəyişikliyi sözsüz ki, bütün dünyanı narahat edir. Azərbaycanda reallaşan COP29-un da əsas məqsədi dünyanın diqqətini ekoloji problemlərə yönəltmək oldu. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası əsasında keçirilən COP növbə ilə Afrika, Latın Amerikası, Asiya, Okeaniya və Avropanın bir çox ölkəsində təşkil edilib. Azərbaycanın humanizmliyi, üzərinə düşən beynəlxalq əhəmiyyətli missiyaları uğurla həyata keçirməsi COP29-u Bakıda reallığa çevirdi. Öz növbəsində belə dünyaəhəmiyyətli bir tədbirə ev sahibliyi etməsi müxtəlif dövlətlərin və beynəlxalq təşkilatların ölkəmizə marağını artırır.

Onu da xüsusi ilə qeyd etmək yerinə düşər ki, COP29-un həyata keçirildiyi ölkələrin namizədləri sırasında Azərbaycanla yanaşı, Bolqarıstan və Ermənistan da var idi. Bu ölkələr arasından Azərbaycanın seçilməsi müstəqil dövlətimizin dünyada olan nüfuzundan xəbər verir. Sözsüz ki, irimiqyaslı beynəlxalq tədbirlərə evsahibliyi etmək missiyasını üzərinə götürən Azərbaycanın bu sahədə zəngin təcrübəsi var. Ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair 5 milli prioritetindən biri məhz "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" olmaq hədəfidir.

Ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində görülən işlər, həyata keçirilən layihələr Azərbaycanın “Yaşıl dünya naminə həmrəy olaq” şüarını dəstəklədiyini nümayiş etdirir. COP 29-a ev sahibkiyi etməklə Azərbaycan dünya ölkələrini planetimizi xilas etmək naminə həmrəylik nümayiş etdirməyə səslədi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Noyabr 2024 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see342

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see208

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see202

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see156

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see156

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see135

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

“Dünya Bankı Azərbaycanda bank reallığını səhv ölçür” Əkrəm Həsənov

03 Yanvar 2026 17:39see129

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri