Icma.az
close
up
RU
Azərbaycan dünyanın diqqət mərkəzindədir

Azərbaycan dünyanın diqqət mərkəzindədir

Icma.az bildirir, Modern.az portalına istinadən.

Son bir həftədə Latviya və Ukrayna Prezidentlərinin, Çexiya Baş nazirinin ölkəmizə səfəri bir siyasi gerçəkliyi təsdiq etdi: Azərbaycan hər üç Avropa dövləti tərəfindən istər siyasi, istərsə də iqtisadi müstəvidə etibarlı tərəfdaş hesab olunur. Yüksəksəviyyəli qonaqların verdikləri bəyanatlar, imzalanmış sənədlər, keçirilən biznes-forumlar onu da təsbit etdi ki, Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallığın Avrasiya coğrafiyası üçün açdığı iqtisadi imkanların strateji əhəmiyyəti əksər Avropa liderləri tərəfindən qəbul olunur və dəstəklənir.

Bu baxımdan, Çexiyanın Baş naziri Andrey Babişin aprelin 27-də Qəbələdə mətbuata bəyanatında səsləndirdiyi fikir xüsusi diqqət çəkir: “Aydındır ki, Azərbaycan dünyanın diqqət mərkəzindədir. Ukrayna Prezidenti Zelenski burada oldu, sonra Ciorcia Meloni bura səfər edəcək. Bu, sadəcə, gözəl ölkənizin əhəmiyyətini bir daha nümayiş etdirir”.  Son bir həftədə avropalı liderlərin ölkəmizdə səsləndirdiyi bəyanatlar ona dəlalət edir ki, Azərbaycan onlar üçün təkcə enerji məsələsində deyil, həm də iqtisadiyyatın digər sahələrində, o cümlədən nəqliyyat,müdafiə sənayesi,  bərpaolunan enerji, turizm, elm və təhsil sahələrində də cəlbedici tərəfdaşdır. Müştərək istehsal sahələrinin yaradılmasına və ölkəmizə sərmayə qoyuluşuna göstərilən maraq Azərbaycanın iqtisadi cəlbediciliyi ilə yanaşı, etibarlı tərəfdaş kimi qazandığı siyasi etimadın da göstəricisidir. Çexiya Hökumət başçısının nümayəndə heyətində müxtəlif istiqamətlər üzrə 50-yə qədər aparıcı şirkətin təmsil olunması elə bu gerçəkliyin təsdiqidir.

Prezident İlham Əliyevin Çexiya Baş nazirinin iştirakı ilə mətbuata bəyanatında səsləndirdiyi bu fikir isə hazırkı mürəkkəb geosiyasi şəraitdə xarici tərəfdaşlara ünvanlanan xüsusi ismarıcdır: “Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir... Təbii ki, bu gün biz bu barədə də danışdıq və bu sahədə gələcək əməkdaşlıq haqqında qərara gəldik. Biz buna daha geniş prizmadan yanaşırıq. Bu, sadəcə olaraq, ticarət əməliyyatları, enerji resurslarının ixracı əməliyyatları olmayacaq. Biz buna daha genişmiqyaslı, uzunmüddətli əməkdaşlıq kimi yanaşırıq”.

Cənab Prezidentin bu diplomatik mesajının arxasında müasir dövrün siyasi cağırışları dayanır. Təəssüf ki, bəzən ayrı-ayrı aktorlar hətta strateji layihələrə qısamüddətli prizmadan yanaşır və bunu ağır geosiyasi şəraitin dəyişkən şərtləri ilə əsaslandırmağa çalışırlar. Lakin nəzərə almırlar ki, enerji əməkdaşlığına yatırılan böyük sərmayələrin özünü doğrultması üçün çox zaman onilliklər tələb olunur və ixracatçı yalnız bu halda iqtisadi rentabelliyə nail ola bilir. Azərbaycan Prezidenti məhz bu səbəbdən xarici tərəfdaşların diqqətinə növbəti dəfə çatdırdı ki, əməkdaşlığın dayanıqlığı və etibarlılıq əmsalı qarşılıqlı maraqların nəzərə alınmasından və qarşılıqlı güzəştlərdən birbaşa asılıdır. Ona görə də iqtisadi əməkdaşlıq istiqamətlərinin diversifikasiyası təhlükəli geosiyasi çağırışlara baxmayaraq, öhdəliklərinə sadiq qalan Azərbaycan kimi ölkələr üçün olduqca vacibdir. Azərbaycan Prezidentinin mesajı elə bu reallığa işarə idi.

Ülvi Quliyev
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Aprel 2026 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri