Icma.az
close
up
RU
Regional gücdən qlobal aktora: Azərbaycan dünyanın diqqət mərkəzindədir

Regional gücdən qlobal aktora: Azərbaycan dünyanın diqqət mərkəzindədir

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


İyulun 4-də Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzu və postmünaqişə dövründə formalaşan yeni geosiyasi reallıqların əyani ifadəsinə çevrildi. Bu beynəlxalq tədbir dövlət suverenliyini və azad edilmiş ərazilərimizdə sabit, inkişafyönlü həyatın bərqərar edildiyini nümayiş etdirir.
Zirvə görüşünün məhz Xankəndidə keçirilməsi ölkəmiz üçün mühüm siyasi əhəmiyyət daşıyır. Bu, həmçinin beynəlxalq ictimaiyyətə ünvanlanmış bir mesajdır, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi reallığı rəsmi Bakı tərəfindən uğurla regional və beynəlxalq gündəmə gətirilir. Prezident İlham Əliyev çıxışında bu faktı konkret rəqəmlərlə əsaslandıraraq vurğulayıb ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ermənistanı döyüş meydanında darmadağın edərək 300-dən çox şəhər və kəndi azad edib. Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktı imzalamağa məcbur olub.
Azərbaycan Prezidenti Zirvə görüşündə işğal dövründə Ermənistanın törətdiyi dağıntıları geniş təhlil edib. 67 məsciddən 65-nin tamamilə dağıdılması, qəbirstanlıqların talan olunması və mədəni-dini dəyərlərin məqsədli şəkildə məhv edilməsi yalnız hərbi cinayət deyil, həm də vandalizm aktıdır. Nəticədə, ölkəmizə vurulan zərər beynəlxalq ekspertlərin iştirakı ilə 150 milyard ABŞ dolları məbləğində dəyərləndirilib. Bütün bunlar hüquqi və sübutlara əsaslanan yanaşmanın təzahürüdür.
Ərazilərin bərpası, infrastrukturla yanaşı, insan həyatı, mədəniyyət, təhsil və iqtisadiyyatın yenidən qurulması deməkdir. Artıq 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib, 50 mindən çox insan doğma torpaqlarına qayıdaraq həyatını orada qurur. Zirvə görüşündə dövlət başçısı bu prosesi görülən konkret işlər və qarşıya qoyulan perspektiv hədəflərlə diqqətə çatdırıb. Bu faktlar Azərbaycanın bərpa və inkişaf modelinin uğurla icra olunduğunu nümayiş etdirir.
Prezident İlham Əliyev çıxışında Qərbi azərbaycanlıların hüquqlarının müdafiəsini də vurğulayıb. Ötən ay İstanbulda keçirilmiş İƏT Nazirlər Şurasında qəbul olunmuş qətnamə bu məsələnin artıq qlobal müstəvidə tanındığını və dəstəkləndiyini göstərir. Dövlətimiz bu mövzunu hüquqi əsaslarla və beynəlxalq təşkilatların dəstəyi ilə ardıcıl şəkildə gündəmdə saxlayır. Ermənistanın dialoqa açıq olmaması isə Nazirlər Şurasının yekunlarına dair qəbul olunmuş “İstanbul Bəyannaməsi”ndə qəti şəkildə tənqid edilir.
Azərbaycanın son 20 ildə 350 milyard dollarlıq investisiya cəlb etməsi və bunun yarısının xarici mənbəli olması ölkədə dayanıqlı iqtisadi mühitin formalaşdığını sübut edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir və müxtəlif qaz boru kəmərləri vasitəsilə 12 ölkəyə təbii qaz ixrac edir. Bununla yanaşı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişdiyi strateji məkan kimi Azərbaycan artıq təkcə tranzit ölkə deyil, regionun logistika və enerji mərkəzinə çevrilib. ECO-ya üzv ölkələrin əksəriyyəti həmin dəhlizlərdən istifadə edir ki, bu da əməkdaşlıq imkanlarını genişləndirir və qarşılıqlı inteqrasiyanı sürətləndirir.
Xankəndidə keçirilən ECO Zirvə görüşü Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş və geostrateji güc olduğunu bir daha nümayiş etdirir. Prezident İlham Əliyevin çıxışı postmünaqişə reallıqları, bərpa prosesləri, insan hüquqları və iqtisadi diplomatiyanın kompleks şəkildə təhlil olunduğu əhatəli və strateji yanaşma idi. Bu Zirvə ölkəmizin regional gücdən qlobal aktora çevrilmək yolunda siyasi, iqtisadi və hüquqi baxımdan nə qədər irəlilədiyini təsdiqləyən mühüm mərhələ kimi tarixə düşüb.
Mahir Süleymanlı
Milli Məclisin deputatı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 07 İyul 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri