Icma.az
close
up
RU
COP29 dünyanın diqqət mərkəzindədir

COP29 dünyanın diqqət mərkəzindədir

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Ölkəmizin irəli sürdüyü təşəbbüsləri beynəlxalq ictimaiyyət dəstəkləyir

Bakıda keçirilən COP29 bütün dünyanın diqqət mərkəzindədir. Qlobal iqlim dəyişiklikləri ilə mübarizə tədbirində geniş müzakirələr aparılır. COP29-da əsas məqsədlərdən biri isə Azərbaycanın irəli sürdüyü iqlim maliyyələşməsidir. Ölkəmizin irəli sürdüyü bu və digər təşəbbüslər beynəlxalq ictimaiyyət tərəfindən də dəstəklənir.

BMT-nin Baş katibi: Biz Bakıda uğur qazanmalıyıq

Belə ki, BMT-nin Baş katibi Antonio Quterreş G20 liderlərinin Rio-de-Janeyroda keçirilən sammitində çıxışı zamanı COP29-un uğurla keçirilməsinin vacibliyini vurğulayıb. O, çıxışında Bakıda keçirilən COP29-un müvəffəqiyyət qazanmasının qlobal iqlim tədbirlərində həlledici rol oynayacağını bildirib: “Biz Bakıda uğur qazanmalı, inam yaratmalı və gələn il yüksək ambisiyalı milli iqlim planlarının hazırlanmasını təşviq etməliyik. Uğursuzluq seçim deyil. Əks halda, yeni milli iqlim fəaliyyət planlarının hazırlanmasında ambisiyalar azalar və geri dönüşü olmayan iqlim dəyişikliklərinə daha da yaxınlaşarıq”.

A.Quterreş qeyd edib ki, COP29-un nəticələri COP30-un Braziliyada uğurla keçirilməsi üçün möhkəm zəmin yaratmalıdır. O, inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını qarşılamaq üçün güzəştli ictimai maliyyə vəsaitlərinin əhəmiyyətini xüsusi vurğulayıb. Baş katib qlobal iqlim böhranının kritik həddə çatdığını deyib: “Əgər qlobal temperatur artımını 1,5 dərəcə selsi ilə məhdudlaşdırmasaq, fəlakətli nəticələrlə üzləşəcəyik”. Baş katib G20 liderlərini istixana qazı emissiyalarının azaldılması məsələsində liderlik nümayiş etdirərək Azərbaycanda eyni vaxtda keçirilən iqlim danışıqlarını dəstəkləməyə çağırıb. O, bütün ölkələri iqlim dəyişikliyi ilə mübarizədə daha iddialı tədbirlər görməyə dəvət edərək, G20 ölkələrinin qlobal emissiyaların 80 faizinə cavabdeh olduğunu xatırladıb: “Yeni milli iqlim planları konkret emissiya azaldılması hədəflərini ehtiva etməli, bütün sektorları və istixana qazlarını əhatə etməlidir”.

Bundan əlavə, Baş katib iqlim dezinformasiyası ilə mübarizə məqsədilə BMT, Braziliya və UNESCO-nun “İqlim dəyişikliyi üzrə məlumatın dəqiqliyi ilə bağlı qlobal təşəbbüs” adlı yeni layihəyə start verəcəyini elan edib. Çıxışının sonunda A.Quterreş bərpaolunan enerji mənbələrinə keçidin sürətləndirilməsinin, iqtisadiyyatların şaxələndirilməsinin və ədalətli keçidin təmin olunmasının vacibliyini vurğulayıb.

Antonio Quterreş Braziliyada keçirdiyi mətbuat konfransında da deyib ki, COP29-da uğurlu nəticə hələ də əlçatandır, lakin bu, həm də C20 ölkələrindən liderlik və kompromis tələb edəcək. BMT-nin Baş katibi Bakıda davam edən danışıqlarda inkişaf etməkdə olan ölkələrə iqlim sərmayələri üçün 1 trilyon dollarlıq razılaşmanın əhəmiyyətini vurğulayıb. O deyib: “G20 ölkələri qlobal emissiyaların 80 faizinə malikdir və məhz onların bu məsələdə örnək olması lazımdır”.

Braziliyanın ətraf mühit naziri COP29-un önəmini vurğulayıb

ABŞ Prezidenti Cozef Bayden isə administrasiyasının bu il ikitərəfli iqlim maliyyəsi üçün 11 milyard dollar ayırdığını bildirib. O, həmçinin iki ay ərzində onun vəzifəsini təhvil alacaq Prezident Donald Trampa istinad edərək, hökumətinin istiqamətləndirdiyi təmiz enerji inqilabının dönməz bir proses olduğunu vurğulayıb.

Braziliyanın ətraf mühit naziri Marina Silva isə bildirib ki, G20 iştirakçılarının “ev tapşırığını yerinə yetirməsi və Bakıda keçirilən COP29 danışıqlarının irəliləməsinə dəstək verməsi fundamental məsələdir”.

Azərbaycanın iqlim dəyişmələrinə qarşı tədbirləri yüksək qiymətləndirilib

Yeri gəlmişkən, ölkəmizdə keçirilən COP29 çərçivəsində müxtəlif ölkələrin və beynəlxalq təşkilatların rəhbər şəxsləri də tədbirin önəmini vurğulayıblar. Belə ki,  BMT Baş katibinin köməkçisi, BMT İnkişaf Proqramının (UNDP) Siyasət və Proqrama Dəstək Bürosunun direktoru Markos Neto COP29 çərçivəsində keçirilən “Qafqaz dağları və ətrafı üçün dayanıqlılıq tədbirləri: milli adaptasiya planları (MAP) və regional yanaşmalar” mövzusundakı  tədbirdə çıxışı zamanı Azərbaycan hökumətini Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCC) öz milli adaptasiya planını təqdim etməsi münasibətilə təbrik edib və bu nailiyyətə UNDP-nin dəstək verdiyini vurğulayıb. O, Azərbaycanla UNDP arasında mövcud sıx əməkdaşlığın iqlim dəyişikliklərinə uyğunlaşma və karbon emissiyalarının azaldılması istiqamətində mühüm əhəmiyyət daşıdığını qeyd edib: “Azərbaycan hökuməti ilə tərəfdaşlıq çərçivəsində bərpaolunan enerji strategiyasının inteqrasiyası, enerji səmərəliliyinin artırılması və əsaslı yanaşmalar vasitəsilə biomüxtəlifliyin qorunması istiqamətində mühüm işlər görülür. Xüsusilə dağ ekosistemlərində və həssas icmalarda iqlim dəyişikliklərinin yaratdığı risklərə qarşı tədbirlər həyata keçirilməsi çox vacibdir”.

Markos Neto iqlim dəyişikliklərinə adaptasiya üçün maliyyə resurslarının çatışmazlığını da vurğulayıb. O qeyd edib ki, hazırda inkişaf etməkdə olan ölkələrin illik adaptasiya ehtiyacları ən azı 250 milyard ABŞ dolları təşkil edir, lakin mövcud beynəlxalq maliyyə axınları bu ehtiyacları qarşılamaq üçün kifayət deyil. Milli və regional səviyyədə strateji yanaşma adaptasiya tədbirlərinin daha geniş miqyasda həyata keçirilməsinə töhfə verəcək. Markos Neto Azərbaycanın milli adaptasiya planını təqdim etməsi istiqamətində atdığı mühüm addımları bir daha yüksək qiymətləndirib və iqlim dəyişikliklərinə uyğunlaşma tədbirlərinin uğurla həyata keçirilməsi üçün maliyyə resurslarının səfərbər edilməsinin vacibliyini vurğulayıb.

Şotlandiya parlamentində COP29-un sülh səyləri ilə bağlı qətnamə...

Məlumdur ki, Azərbaycan COP29-un keçirildiyi günlərdə dünyada davam edən münaqişələrdə atəşkəsin elan olunması təşəbbüsü ilə çıxış etmişdi. Ölkəmizin sülhə xidmət edən bu çağırışı da beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir. Şotlandiya parlamentində “COP29-un sülh quruculuğu səyləri və COP atəşkəs təşəbbüsü” adlı qətnamənin irəli sürülməsi də bunun göstəricisidir. Parlamentin rəsmi internet səhifəsində yerləşdirilən qətnamədə COP29-un dünyada, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh, beynəlxalq əməkdaşlıq və dostluq üçün əlamətdar hadisə olduğu vurğulanır. COP29-da iqlimlə bağlı fəaliyyətin sülh və əməkdaşlıq üçün xalqlar arasında necə körpü rolunu oynaya biləcəyi sənəddə qeyd olunur.

Sənəddə həmçinin, dünyada davam edən münaqişələrdə iştirak edən bütün tərəfləri hərbi əməliyyatları dayandırmağa çağıran “COP atəşkəs” təşəbbüsünə dəstək ifadə olunur. COP29-un beynəlxalq iqlim danışıqları üçün həlledici məqam olduğu bildirilir və tədbirdə iştirak edən bütün tərəflərə iqlim böhranı ilə əsaslı şəkildə mübarizə aparmaq üçün əməkdaşlığa çağırış edilir. Sözügedən qətnaməni 5 siyasi partiyadan - Leyboristlər, Mühafizəkarlar, Yaşıllar, Liberal Demokratlar, Şotlandiya Milli Partiyasından 25 nəfər parlament üzvü dəstəkləyib.

COP29 noyabrın 23-dək davam edəcək

Qeyd edək ki, Bakıda keçirilən COP29-un müddəti də uzadılıb. İlkin plana əsasən noyabrın 22-də yekunlaşmalı olan konfrans ayın 23-də də davam edəcək. Bu qərar tədbirin gündəliyindəki mühüm məsələlərin tam həll olunması və iştirakçı dövlətlərin fikir mübadiləsinin effektiv şəkildə davam etməsi üçün qəbul olunub.

Nardar BAYRAMLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Noyabr 2024 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see329

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see279

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see234

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see230

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see227

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see224

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see223

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see222

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see221

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see217

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see210

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see207

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see200

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see200

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see191

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see187

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see186

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see186

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see169

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri