Icma.az
close
up
RU
Azərbaycan ECO da həm geosiyasi, həm də iqtisadi baxımdan aparıcı dövlətdir

Azərbaycan ECO da həm geosiyasi, həm də iqtisadi baxımdan aparıcı dövlətdir

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Müasir dünyada regional xarakter daşıyan beynəlxalq təşkilatların əhəmiyyətinin artması müşahidə olunur. Eyni coğrafi məkanda yerləşən dövlətlərin sərhəd və milli yaxınlığı əməkdaşlıq üçün geniş perspektivlər açır. Sərhədyanı regionların inkişafı, beynəlxalq ticarətə inteqrasiya, nəqliyyat və tranzit sahələrdə əməkdaşlıq iqtisadi inkişafa, mehriban qonşuluğa və fövqəladə vəziyyətlərdə qarşılıqlı yardıma geniş imkanlar yaradır. İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) bu prizmadan yanaşdıqda qurumun təkcə Azərbaycan üçün deyil, bütün üzv dövlətlər üçün mühüm olduğu anlaşılır.
Newscenter.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.
Deputat bildirib ki, ECO-nun yaradılmasında məqsəd dayanıqlı iqtisadi inkişafa nail olmaq, ticarəti təşviq etmək, dünya iqtisadiyyatına inteqrasiya etmək və səmərəli nəqliyyat sistemini inkişaf etdirməkdən ibarət olub. Müstəqilliyini bərpa edən Azərbaycan təşkilata 1992-ci ildə qoşulub. Azərbaycanla yanaşı Mərkəzi Asiya respublikaları da yeni iqtisadi modelə keçidlə əlaqədar olaraq region dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurmaq naminə ECO-a üzv olublar. Hazırda təşkilatda Azərbaycan, Türkiyə, İran və Pakistan ilə yanaşı Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan da təmsil olunur.
Deputatın sözlərinə görə, Azərbaycan ECO-da həm geosiyasi, həm də iqtisadi baxımdan aparıcı dövlətdir. Azərbaycanın irəli sürdüyü və beynəlxalq əhəmiyyətə malik olan layihələrdə ECO dövlətləri də iştirak edirlər. Cənub Qaz Dəhlizi, “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi”, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Orta Dəhliz və digər layihələr ECO dövlətlərinin iştirakı ilə həyata keçirilir.
ECO-nun 17-ci Zirvə görüşünün Azərbaycanda – Xankəndi şəhərində keçirilməsi isə tarixi hadisədir. Prezident İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, sammitin Xankəndidə keçirilməsinin xüsusi mənası var: “Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir. Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd etmək istərdim. Bu gün isə ECO-nun Zirvə görüşü Xankəndidə, yeni inşa edilmiş Konqres Mərkəzində keçirilir. İşğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır”. Dövlətimizin başçısı çıxışında Ermənistanın 30 illik işğal siyasətinin nəticələri, eləcə də torpaqlarımızın işğaldan azad olunmasından sonra görülən işlər barədə də fikirlərini ifadə edib. Bu gün işğaldan azad olunmuş ərazilərimizin, o cümlədən Xankəndi şəhərinin mötəbər beynəlxalq tədbirlərə, sammitlərə ev sahibliyi etməsi həqiqətən çox qürurvericidir!
Samir Vəliyev qeyd edib ki, digər liderlər də çıxışlarında Azərbaycanın ECO müstəvisində fəaliyyətini yüksək qiymətləndiriblər. Nəzərə alaq ki, nəqliyyat və logistika sahəsində də Azərbaycan ECO-nun əsas tərəfdaşlarından birinə çevrilib. Ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafında oynadığı rol regionda ticarət və iqtisadi əlaqələrin gücləndirilməsinə xidmət edir. Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Ələt Beynəlxalq Dəniz Ticarət Limanı kimi layihələr ECO ölkələri arasında mal və xidmətlərin sərbəst hərəkətini asanlaşdırır. Azərbaycanın bu infrastruktura sərmayə qoyması və nəqliyyat şəbəkələrinin modernləşdirilməsinə verdiyi dəstək təşkilatın ticarət potensialını artırmağa kömək edir. Bu layihələr, həm də ECO-nun “İpək yolu”nun bərpası kimi qlobal təşəbbüslərinə uyğun gəlir və regionun dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirir.
“Azərbaycanın ECO-ya üzvlüyü ölkəmizin iqtisadi və geosiyasi potensialını regionda daha geniş şəkildə tətbiq etməsinə imkan yaradıb. Xüsusilə enerji sektorunda Azərbaycanın zəngin neft və qaz ehtiyatları təşkilat üzvləri üçün enerji təhlükəsizliyinin təmin olunmasında strateji əhəmiyyət kəsb edir. Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənub Qaz Dəhlizi kimi layihələr (ECO) regionunda enerji resurslarının nəqli və paylanması sahəsində əməkdaşlığın əsasını təşkil edir. Bu layihələr təkcə Azərbaycanın iqtisadi inkişafına töhfə verməyib, həm də ECO üzvü olan digər ölkələr üçün enerji bazarlarına çıxış imkanlarını genişləndirib. Azərbaycanın bu layihələrdə lider mövqeyi təşkilat daxilində onun nüfuzunu artırıb və iqtisadi əməkdaşlıq üçün yeni perspektivlər açıb”,- deyən deputat əlavə edib ki, Xankəndi şəhərində keçirilən 17-ci Zirvə görüşü və görüşdə aparılan müzakirələr ECO dövlətləri arasında əməkdaşlığı daha da gücləndirəcək.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 05 İyul 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri