Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Kamal Abdullanın məşhur romanı barədə İspaniyada belə deyilir: “Azərbaycan ədəbiyyatının incilərindən biri”

Kamal Abdullanın məşhur romanı barədə İspaniyada belə deyilir: “Azərbaycan ədəbiyyatının incilərindən biri”

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Xalq yazıçısı Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub. “Editorial Confluencias” nəşriyyatında işıq üzü görən kitabın tərcüməçiləri Rəhimə Məmmədova, Jalə Qənbərli, Aynur Quliyeva, Gülnar Mustafayeva, Aytən Əliyeva, Dürnisə Ağayeva, Nurida Aslanova və Günel Qəmbərova, redaktorlar Leonardo Caro Calvo, Maynor Cruz və Carlos M. Castrodur.

Redaktor.az xəbər verir ki, kitabın ön sözünü İstanulda Servantes İnstitutunun direktoru Fernando Vara de Rey yazıb. 

İspan ədəbi resursları əsəri müasir Azərbaycan ədəbiyyatının incilərindən biri kimi xarakterizə edib:

““Yarımçıq əlyazma” müasir Azərbaycan ədəbiyyatının ən böyük romanlarından biridir. Əsər mifi, fəlsəfəni, tarixi yaddaşı və siyasi düşüncəni mürəkkəb bir narrativ arxitekturada birləşdirir. Qədim türk dastan ənənələrindən və “Kitabi-Dədə Qorqud” dünyasından ilhamlanan bu roman itirilmiş əlyazmaların, çoxsaylı səslərin və ziddiyyətli hekayələrin hökm sürdüyü parçalanmış bir dünyanı yenidən qurur. Kamal Abdulla sıx simvolik və poetik yazı üslubu ilə həm Şərq ənənəsi, həm də müasir Avropa romanı ilə dialoq quran bir əsər yaradıb. Roman oxucuya “mütləq bir həqiqətə çatmağın qeyri-mümkünlüyünü” və tarixin necə nisbi olduğunu göstərir”.

Çoxsaylı və parçalanmış hekayə xətlərinə görə əsər İspaniya mətbuatında həm də intellektual detektiv roman - əsrarəngiz tapmacanın həlli kimi xarakterizə olunur. 

Nəşriyyatın ədəbi heyəti isə Kamal Abdullanın yazı üslubunu yüksək simvolik və poetik sıxlığa malik üslub kimi dəyərləndirib: “Müəllif dilin və gücün insan kimliyinə təsirini dərin simvollarla işləyə bilib və bu, əsəri sıradan bir tarixi roman olmaqdan çıxararaq, dünya səviyyəli fəlsəfi nəsr səviyyəsinə qaldırıb”.

Fernando Vara de Rey ön sözdə qeyd edib ki, romanın ispan dilində ilk nəşri iki ölkə və iki ədəbi ənənə arasında yaxınlaşmanı simvolizə edən mühüm bir hadisədir: “Region üzrə Servantes İnstitutunun direktoru kimi mənə bu iki mədəniyyəti bir-birinə yaxınlaşdırmaq missiyası həvalə olunub və “Yarımçıq əlyazma”nı oxumaq  mənə Kamal Abdullanın nəqletmə ritmini, geniş biliyini, eləcə də müasir, inkişaf edən Azərbaycanın keçmişini tanımaq imkanı verdi. Ümid edirəm ki, mənim kimi, İspaniya və İberoamerika oxucularının da çoxu “Yarımçıq əlyazma”da ədəbiyyata açılan son dərəcə cəlbedici qapını tapacaqlar”.

“Yarımçıq əlyazma” İspaniyanın ən böyük kitab mağazaları şəbəkəsi olan “Fnac España”, eləcə də “Casa del Libro” və “Editorial Confluencias” nəşriyyatının rəsmi platformalarında satışdadır. 

Müəllif Kamal Abdulla romanın İspaniyada çap olunmasını belə qiymətləndirib: “Yarımçıq əlyazma”nın İspaniyada – Servantesin dilində çap olunması mənim üçün ədəbi xoşbəxtlikdir”.

Qeyd edək ki, Kamal Abdullanın ədəbi-bədii irsində vacib yer tutan roman yaradıcılığı "Yarımçıq əlyazma" ilə başlayıb. Müasir Azərbaycan ədəbiyyatında hadisə sayılan, ədəbiyyatşünas, mədəniyyətşünas və tənqidçilərin bədii-estetik səviyyəsinə, ədəbi siqlətinə görə yüksək nümunə kimi dəyərləndirdiyi bu əsər Bakıda ilk dəfə 2004-cü ildə çap olunub.

“Yarımçıq əlyazma”nın ədəbi taleyi təkcə Azərbaycanla bağlı olmayıb. Roman Fransa, Rusiya, Türkiyə, Braziliya, Polşa, Misir, Amerika, Qazaxıstan, Avstriya, Qırğızıstan, İtaliya, Gürcüstan, Monteneqro və Yaponiyada çap olunub.

Azərbaycanda müxtəlif ödüllər alan roman 21 sentyabr 2015-ci ildə İtaliyanın ən böyük fondlarından biri Rikardo Tanaturri Fondunun təsis etdiyi “Scanno” mükafatının ("Skanoprize") ədəbiyyat üzrə xüsusi prizini ölkəmizə gətirib.

Xüsusilə qeyd etmək lazımdır ki, bu əsər çap olunduğu xarici ölkələrdə uğurlu nəşr həyatı yaşayaraq müxtəlif illərdə Fransada (2003, 2005), Türkiyədə (2006, 2014), Rusiyada (2006, 2013), İtaliyada (2014, 2015) təkrar çap edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Oktyabr 2026 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see664

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see434

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see396

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see280

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see273

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see271

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see241

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see235

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see223

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see214

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see213

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see211

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see210

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see207

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see206

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see196

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see195

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see192

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see186

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri