Icma.az
close
up
RU
Azərbaycan elektromobilləri xaricdən neçəyə alır ÖLKƏLƏR, MƏBLƏĞLƏR

Azərbaycan elektromobilləri xaricdən neçəyə alır ÖLKƏLƏR, MƏBLƏĞLƏR

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

2025-ci ilin ilk dörd ayında Azərbaycanın elektromobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə kəskin şəkildə azalıb. Həm idxal edilən avtomobillərin sayı, həm də onların ümumi dəyəri yarıdan çox aşağı düşüb.

Yenisabah.az Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, bu ilin yanvar-aprel aylarında ölkəyə 609 ədəd elektromobil gətirilib. Bu, ötən ilin eyni dövründəki 1012 ədədlə müqayisədə 403 ədəd və ya 39,8% azalma deməkdir. Dəyər ifadəsində isə azalma daha kəskindir: idxalın ümumi dəyəri 43,4 milyon dollardan 20,4 milyon dollara enib. Bu isə 23 milyon dollar və ya 53% azalma deməkdir.

Bazarın lideri dəyişməsə də, payı çökdü

Azalmanın əsas səbəbi bazarın əsas oyunçusu olan Çindən gətirilən elektromobillərin sayının və dəyərinin kəskin azalmasıdır. Ötən il 830 ədəd elektromobili 33 milyon dollara idxal edən Azərbaycan, bu il Çindən cəmi 279 ədəd avtomobili 7,6 milyon dollara alıb. Bu, sayda 66%, dəyərdə isə 77% azalma deməkdir. Nəticədə, Çindən gətirilən bir elektromobilin orta qiyməti də 39,7 min dollardan 27,3 min dollara enib.

ABŞ bazarda ikinci ən böyük idxalçıya çevrildi

Çinin payının kəskin azaldığı bir şəraitdə, ABŞ-dan gətirilən elektromobillərin sayında və dəyərində böyük artım müşahidə olunub. Ötən il 79 ədəd ABŞ istehsalı elektromobil idxal edilmişdisə, bu il bu rəqəm 176% artaraq 218 ədədə çatıb. Dəyər isə 52% artaraq 2,7 milyon dollardan 4,2 milyon dollara yüksəlib. Bununla da ABŞ, Almaniyanı geridə qoyaraq Azərbaycana ən çox elektromobil satan ikinci ölkə olub.

Almaniya və Böyük Britaniyadan Bahalı İdxal

Almaniyadan idxal olunan elektromobillərin sayı (69-dan 66-ya) və dəyəri ( 5,3 milyon dollardan 5,7 milyon dollara) demək olar ki, dəyişməyib. Lakin bu ölkədən gətirilən bir avtomobilin orta qiyməti 77 min dollardan 86 min dollara yüksəlib. Bazarda ən bahalı elektromobillər isə Böyük Britaniyadan gətirilib. Cəmi 4 ədəd idxal edilsə də, onların orta qiyməti 304 min dollardan 405 min dollara qalxıb.

Koreya, Yaponiya və Meksikadan idxal cüzi artsa da, Belçika, Fransa, İtaliya və İspaniya kimi ölkələrdən bu il elektromobil idxal edilməyib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:51
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 20 İyun 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri