Icma.az
close
up
RU
Azərbaycan kərə yağını xaricdən neçəyə alır?

Azərbaycan kərə yağını xaricdən neçəyə alır?

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

İlin ilk səkkiz ayında ölkəyə 167.3 milyon manatlıq kərə yağı gətirilib, əsas tədarükçü İran olub. Azərbaycan 2026-cı ilin yanvar-avqust aylarında xaricdən 15 min 966.69 ton kərə yağı idxal edib. Bu məhsulun ümumi dəyəri 98 milyon 420.03 min ABŞ dolları (167.3 milyon manat) təşkil edib.

"AzPolitika" rəsmi məlumatlara istinadən xəbər verir ki, ən çox kərə yağı İrandan gətirilib. Bu ölkədən 7 327.68 ton məhsul alınıb və buna 38 milyon 68.24 min dollar xərclənib.

İkinci yerdə Belarus qərarlaşıb. Bu ölkədən 2570.16 ton (14 milyon 437.01 min dollar), Yeni Zelandiyadan 2 124.2 ton (15 milyon 914.29 min dollar), Səudiyyə Ərəbistanından 1 067 ton (9 milyon 395.55 min dollar), Ukraynadan 939.74 ton (5 milyon 842.81 min dollar), Finlandiyadan isə 742.45 ton (6 milyon 408.73 min dollar) kərə yağı idxal edilib.

Digər tədarükçülər arasında Almaniya (527.73 ton), Fransa (239.47 ton), Belçika (202.97 ton), Polşa (118.94 ton), Litva (31.8 ton), Türkiyə (28.64 ton), Uruqvay (21.5 ton), İtaliya (20.18 ton) və Estoniya (4.2 ton) yer alıb. Lüksemburq və Portuqaliyadan da az miqdarda məhsul gətirilib.

Beləliklə, idxal olunan kərə yağının 45.9 faizi İranın payına düşüb. İran, Belarus və Yeni Zelandiya birlikdə ümumi idxalın 75.3 faizini təmin edib.

Gömrük məlumatları əsasında aparılan hesablamalara görə, xaricdən alınan kərə yağının bir kiloqramının orta dəyəri 6.16 dollar (10.48 manat) olub.

Əsas tədarükçü ölkələr üzrə qiymətlər isə xeyli fərqlənib. İrandan gətirilən kərə yağının bir kiloqramının orta gömrük dəyəri 8.83 manat, Belarusdan 9.55 manat, Ukraynadan 10.57 manat, Yeni Zelandiyadan 12.74 manat, Finlandiyadan 14.67 manat, Səudiyyə Ərəbistanından isə 14.97 manat təşkil edib.

Beləliklə, bu altı ölkə arasında ən baha kərə yağı Səudiyyə Ərəbistanından, ən ucuzu isə İrandan alınıb. İki ölkə arasında bir kiloqram üzrə qiymət fərqi 6.14 manat olub.

Azərbaycan hesabat dövründə xaricə kərə yağı da satıb. Səkkiz ayda 720.59 ton məhsul ixrac edilib. Bunun ümumi dəyəri 4 milyon 503.86 min dollar (7.66 milyon manat) təşkil edib.

Kərə yağının əsas alıcısı Rusiya olub. Bu ölkəyə 560 ton məhsul satılıb və ixracdan 3 milyon 430.19 min dollar əldə edilib. Türkmənistana 160 ton (1 milyon 69.64 min dollar), Gürcüstana isə 0.59 ton (4.02 min dollar) kərə yağı göndərilib.

İxrac olunan kərə yağının bir kiloqramının orta gömrük dəyəri 6.25 dollar (10.63 manat) olub.

Ümumilikdə, Azərbaycanın kərə yağı idxalı ixracından həcm baxımından 22.2 dəfə çox olub. İdxal və ixrac arasındakı fərq 15 min 246.1 ton, dəyər ifadəsində isə 93 milyon 916.17 min dollar təşkil edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 Oktyabr 2026 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see348

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see332

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see326

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see325

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see296

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see291

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see283

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see265

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see258

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see246

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see215

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see195

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see192

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see188

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri