Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Ağdaşda xurma bağlarını sığortalamaq neçəyə başa gəlir? Şərtlər, məbləğlər

Ağdaşda xurma bağlarını sığortalamaq neçəyə başa gəlir? Şərtlər, məbləğlər

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 14 oktyabr, AZƏRTAC

Qarşıdan gələn qış fəslinin əsas meyvələrindən biri xurmadır. Müxtəlif növ xurmalar təkcə daxili bazarda deyil, xarici ölkələrə də satılır və Azərbaycanın meyvə ixracında mühüm yer tutur.

Aqrar Sığorta Fondundan AZƏRTAC-a bildirilib ki, hər il ölkədə xurma bağlarından 220 min tondan çox məhsul toplanaraq daxili və xarici bazarlarda satılır.

Xurma Azərbaycan üçün strateji ixrac məhsulu sayılır – hər il Azərbaycandan xaricə 130–140 milyon dollarlıq xurma ixrac edilir. 2022–2025-ci illərdə xurma ixracı Azərbaycana yarım milyard dollar gəlir gətirib. Təkcə 2025-ci ildə Azərbaycan xarici ölkələrə ümumi dəyəri 144,2 milyon dollar olan 187,5 min ton xurma ixrac edib.

Xurma məhsulu Azərbaycanın əksər ərazilərində yetişdirilir. Ölkə üzrə xurma bağlarının sahəsi 16 min hektara yaxın, bu sahədə əsas bölgələrdən biri isə Mərkəzi Aran regionudur. Mərkəzi Aran bölgəsində 5600 hektara yaxın xurma bağı var. Bu, bütün ölkə üzrə əkinlərin 35 faizi deməkdir. Təkcə Ağdaş rayonunda xurma bağlarının sahəsi 2200 hektardan artıqdır.

Xurma bağlarının məhsuldarlığı rayonlardan və bağa qulluq səviyyəsindən asılı olaraq dəyişir və hektardan 5–28 ton arasında ola bilir.

Daxili bazardakı tələbat və ixrac imkanları sayəsində xurma bağları fermerlərin rifahında böyük rol oynayır, bu sahədən gələn gəlirlərdən hər il minlərlə fermer ailəsi faydalanır. Amma baş verə biləcək müxtəlif hallar, o cümlədən təbiət hadisələri xurma bağlarına təsir edə, məhsulun məhv olmasına və fermerlərin gəlirsiz qalmasına səbəb ola bilər.

Təsərrüfatları belə hallardan Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi qoruyur.

Aqrar Sığorta Fondu tərəfindən təqdim edilən aqrar sığorta 41 bitkinin, o cümlədən 20-yə yaxın meyvə bitkisinin sığortalanmasına imkan verir. Mexanizmin əsas xüsusiyyəti onun subsidiyalı olması, yəni sığorta haqqının 50 faizinin dövlət tərəfindən ödənilməsidir.

Xurma yetişdirən fermerlər bağlarını dövlət dəstəyi ilə Aqrar Sığorta Fondu vasitəsilə sığortalaya bilərlər. Hesablamaya görə, məsələn, Mərkəzi Aran regionuna daxil olan Ağdaş rayonunda 1 hektar xurma bağının əsas risklərdən sığortalanması fermerə cəmi 65 manata başa gəlir.

Bu hesablamada hektardan 100 sentner – 10 ton xurma məhsulu, xurmanın sahədə satış qiymətinin isə 1 kiloqram üçün 60 qəpik olması əsas götürülüb.

Beləliklə, bir hektardan gözlənilən məhsulun sığorta dəyəri: 10 000 kq × 0,60 manat = 6000 manat təşkil edir. Bu göstəricilər əsasında hesablanan ümumi sığorta haqqı təxminən 130 manatdır. Aqrar sığorta haqqının 50 faizini dövlət ödədiyinə görə, fermerin ödədiyi məbləğ cəmi 65 manat olur.

Başqa sözlə, fermer 6000 manatlıq xurma məhsulunu əsas risklərdən qorumaq üçün ildə cəmi 65 manat ödəyir. Bu məbləğ xurma bağlarına çəkilən illik xərclərdən qat-qat aşağıdır. Belə ki, 1 hektar məhsuldar xurma bağında gübrələmə, dərmanlama, budama, suvarma, torpağın becərilməsi və digər aqrotexniki tədbirlərə çəkilən illik xərc təxminən 2000–2500 manat səviyyəsində götürüldükdə, 65 manatlıq sığorta haqqı bu məbləğin cəmi 2,5–3 faizinə bərabərdir.

Başqa sözlə, fermerin xurma bağının əsas risklərdən sığortalanmasına ödədiyi məbləğ onun illik qulluq xərclərindən təxminən 30–38 dəfə azdır.

Qeyd edək ki, Azərbaycanda aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatlar arasında Ağdaş rayonundan olan təsərrüfatlar da var. İndiyədək Ağdaş rayonunda ümumilikdə 545 min manat aqrar sığorta ödənişi həyata keçirilib. Bundan 234 min manat kənd təsərrüfatı heyvanlarının sığortası, 311 min manat isə bitkiçilik sığortası üzrə həyata keçirilib və bu məbləğlər hər gün artmaqdadır.

Aqrar Sığorta Fondu fermerləri və təsərrüfat sahiblərini payızlıq əkinlər dövründə əkinlərini qorumağa və dövlətin güzəştli sığorta mexanizmi vasitəsilə sığortalamağa çağırır.

Aqrar Sığorta Fondunun göstərdiyi xidmətlər, aqrar sığorta şərtləri və sığorta haqlarının məbləği barədə məlumatları Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsi vasitəsilə və ya 1651 Çağrı Mərkəzinə zəng etməklə almaq mümkündür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2026 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see644

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see407

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see350

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see262

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see255

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see252

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see236

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see229

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see228

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see219

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see214

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see204

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see200

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see200

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see198

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see196

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see189

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see188

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see180

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri