Icma.az
close
up
RU
“Azərbaycan elmi 80 illik yol keçərək yeni mərhələyə daxil olur” ŞƏRH OLUNDU

“Azərbaycan elmi 80 illik yol keçərək yeni mərhələyə daxil olur” ŞƏRH OLUNDU

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Müasir dövrdə elmin inkişafı dövlətin strateji prioritetlərindən biri kimi müəyyənləşdirilib və bu istiqamətdə kompleks yanaşma həyata keçirilir. Xüsusən postmüharibə mərhələsində Azərbaycan qarşısında duran yeni çağırışlar elmi potensialın gücləndirilməsini, tədqiqatların tətbiqi xarakter almasını və akademik dairələrlə dövlət institutları arasında əməkdaşlığın genişləndirilməsini zəruri edir. Bu kontekstdə elm siyasətinə verilən yüksək dəyər və siyasi iradə mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin AMEA-dakı çıxışı elmin inkişafına dövlətin dəstəyinin ifadəsi idi. Elm adamlarını ruhlandırmaq, onları dövlət qurumları ilə sıx əməkdaşlığa səsləmək, Qarabağ və Şərqi Zəngəzurda geoloji tədqiqatlara azərbaycanlı alimlərin cəlb edilməsi mesajını verməklə, İlham Əliyev bu sahədə səmərəli əməkdaşlığın vacibliyinə diqqət çəkdi. Həmçinin dövlət qurumlarına alimlərlə yaxından işləmək, onların elmi nəticələrindən faydalanmaq və tədqiqatların praktiki tətbiqini təmin etmək çağırışı etdi. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

K.Bayramov bildirib ki, noyabr ayının 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə ölkə Prezidenti cənab İlham Əliyev çıxış edərək elm ocağının keçdiyi böyük və uğurlu yola nəzər saldı, Azərbaycanın hər zaman öz elminin inkişafına böyük diqqət yetirirdiyini diqqətə çatdırdı: “Dövlət başçımız Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövründə bu sahəyə həssaslıqla yanaşdığını və daim qayğı göstərdiyini qeyd edib: “Müstəqilliyin ilk illəri çox ağır idi, faciəvi idi. O vaxt məhz Heydər Əliyevin qətiyyəti, iradəsi, xalqa olan bağlılığı bizi böyük bəlalardan qurtara bilmişdir. O da çox böyük göstəricidir ki, onun hakimiyyətə qayıdışından sonra Azərbaycan ziyalıları ilə, Azərbaycan ictimaiyyəti ilə ilk görüşü məhz 1993-cü ildə Milli Elmlər Akademiyasında olmuşdur. Beləliklə, o, bir daha müstəqil Azərbaycanın, yəni, yeniləşən Azərbaycanın prioritetlərini açıq şəkildə bəyan etmişdir. Düzdür, o vaxt bizim maliyyə imkanlarımız çox məhdud idi, demək olar ki, yox idi, xəzinə boş idi. Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə idi. Bir milyondan çox qaçqın və məcburi köçkün, torpaqlarımızın işğal altına düşməsi və çox böyük iqtisadi, maliyyə çətinlikləri… Amma, buna baxmayaraq, yenə də Akademiyanın işinə, Akademiyanın qorunmasına, alimlərin fəaliyyəti üçün vəsait ayrılırdı”.

Ümummilli Liderin Sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə ölkədə 5 yeni ali təhsil müəssisəsi fəaliyyətə başlamış, ali məktəblərdə təhsil alan tələbələrin sayı 70 mindən 100 minə yüksəlmişdi. Böyük lider azərbaycanlı gənclərin, İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almalarına xüsusi önəm verərək bu sahədə mühüm dönüş yaratmışdır. Onun təşəbbüsü və dəstəyi ilə 1970-ci ildən etibarən hər il 800–900 gənc SSRİ-nin qabaqcıl ali təhsil müəssisələrinə göndərilmiş, bu isə respublikanın milli kadr potensialının əhəmiyyətli dərəcədə güclənməsinə şərait yaratmışdır. Son 10 ildə elmə ayrılan vəsait iki dəfədən çox artırılıb, AMEA-nın maddi-texniki bazası gücləndirilib, yeni böyük elmi kitabxana və Milli Ensiklopediya binası inşa edilib. Elmi-tədqiqat institutları yenilənib, müasir avadanlıqlarla təchiz olunub. 2009-cu ildə yaradılmış Elm Fondu ölkə alimlərinə maliyyə dəstəyinin genişləndirilməsinə və qrant mexanizmi vasitəsilə elmi fəaliyyətin təşviqinə xidmət edir. Bundan əlavə, Elmin inkişafı üzrə Milli Strategiya qəbul olunub, “Elm haqqında” Qanun təsdiqlənib və bu istiqamətdə Dövlət Proqramı hazırlanaraq icra olunub.

Deputat diqqətə çatdırıb ki, elmin inkişafına sistemli dəstəyin davam etdirilməsi və yeni təşəbbüslərin reallaşdırılması gələcək hədəflər sırasındadır. Dövlət başçısı qeyd edib ki, artıq hər kəs görür və bilir ki, hər bir ölkənin inkişafını təbii resurslar yox, məhz cəmiyyətin intellektual potensialı, texnoloji inkişaf və elmin səviyyəsi müəyyən edir: “Yəni, təbii resurslar bizim üçün sadəcə olaraq bir vasitədir, bir imkandır ki, biz təbii resursların ixracından əldə etdiyimiz vəsaiti insan kapitalına yönəldək, texnoloji inkişafa yönəldək ki, gələcəkdə bizim inkişafımız dayanıqlı olsun. Hər kəs yaxşı bilir ki, təbii sərvətlər tükənən sərvətlərdir, gec-tez tükənəcək. Tükənməz sərvət isə intellektual potensialdır, amma o halda əgər buna sərmayə qoyularsa. O sərmayəni dövlət qoymalıdır. Ölkənin elm ictimaiyyəti, alimlər bu istiqamətdə öz səylərini göstərməlidirlər. Ona görə bu gün əsas vəzifələrdən biri texnoloji inkişafdır”.

Elmin inkişafı ilə bağlı dövlətin ardıcıl siyasətindən danışan Kamran Bayramov, dövlət başçısının bu istiqamətdə verdiyi mesajların strateji xarakter daşıdığını qeyd edib. Onun sözlərinə görə, ölkənin son onillikdə keçdiyi yol və əldə etdiyi tarixi nailiyyətlər dövlət başçısının çıxışında da aydın şəkildə ifadə olunub: “Mən 10 il bundan əvvəl - Akademiyanın 70 illiyində bax bu salonda alimlər qarşısında çıxış etmişdim və çalışırdım ki, bu 10 il ərzində ölkə qarşısında duran bütün başqa vəzifələrlə yanaşı, elmin inkişafına da öz dəstəyimi göstərim. Bu gün bəzi fikirlərimi sizinlə bölüşmək istəyirəm. Çünki son 10 il ərzində həm dünyada, həm Azərbaycanda köklü dəyişikliklər baş vermişdir. Dünya iqtisadiyyatı tamamilə dəyişmiş, dünyada gedən siyasi proseslər, müharibələr, hərbi toqquşmalar, beynəlxalq hüququn pozulması, mövcud olan qaydaların tamamilə aradan qaldırılması göz önündədir. Azərbaycana gəldikdə, son 10 il bizim üçün inkişaf və zəfərlərlə zəngin illər olmuşdur. Əsas vəzifə - torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin bərpası layiqincə təmin edilmişdir. Bu gün Azərbaycan bütün suveren torpaqlara sahibdir. Bizim ərazimizdə işğalçı qüvvələr yoxdur. Bizim ərazimizdə xarici hərbi birləşmələr yoxdur. Bu gün biz bu torpaqlarda qurub-yaradırıq. Biz bir neçə gündən sonra şanlı Zəfərimizin beşinci ildönümünü qeyd edəcəyik. Son beş il ərzində dünyada bir çox yerlərdə müharibələr, toqquşmalar, münaqişələr baş verirdi və hər şey müqayisə ilə ölçülür. Bunu da alimlər yaxşı bilir. Deyə bilərəm ki, bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmamışdır”.
K.Bayramov əminliyini bildirib ki, bu fikirlər bir daha Azərbaycanın son illərdə əldə etdiyi tarixi uğurların təsadüfi olmadığını və ardıcıl, düşünülmüş siyasətin məntiqi nəticəsi olduğunu göstərir. Qazanılan Qələbə yalnız hərbi gücün deyil, siyasi iradənin, xalq-dövlət birliyinin və milli intellektin təntənəsidir. Bu gün qarşıda duran əsas vəzifə isə əldə olunan nəticələri möhkəmləndirmək, inkişaf tempini qorumaq və ölkənin gələcəyini yüksək elmi, intellektual və texnoloji potensiala söykənərək daha da gücləndirməkdən ibarətdir. Azərbaycanın qarşısında yeni mərhələ açılır və bu mərhələ bilik, innovasiya və davamlı inkişaf üzərində qurulur.

Qeyd edilən nüanslar elmin dövlət siyasətində mühüm yer tutduğunu və gələcək inkişaf hədəflərinin də bu istiqamətdə formalaşdığını göstərir. 80 illik fəaliyyəti dövründə Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizin elm tarixində, milli dilinin, tarixinin öyrənilməsində mühüm addımlar atıb. Elm ocağının keçdiyi yol ölkəmizin elm strategiyasının gələcək mərhələsinə bir baxış oldu. Müasir dövrdə dünya elminin yeni çağırışlarla qarşılaşdığı bir vaxtda Azərbaycan elminin önündə gedən alimlərimiz, ziyalılarımız ölkəmizin uğurlu inkişafına öz töhfələrini əsirgəməyəcəklər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:33
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Noyabr 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see889

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see337

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see319

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see310

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see217

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see203

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see194

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see194

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see190

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see189

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see172

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see171

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see170

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see170

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see169

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see169

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see164

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see161

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see144

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri