Icma.az
close
up
RU
“Azərbaycan İran əlaqələri böhran vəziyyətini keçərək yeni mərhələyə daxil olub” Deputat

“Azərbaycan İran əlaqələri böhran vəziyyətini keçərək yeni mərhələyə daxil olub” Deputat

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

"Bir müddət əvvəl Azərbaycan-İran münasibətlərində müəyyən gərginlik var idi. Artıq bu gərginlik aradan qalxıb. Bu gün bizim əlaqələrimiz sürətlə inkişaf edir və İran-Azərbaycan münasibətləri yeni bir mərhələyə daxil olur".

Bu bardə 525.az-a İran-Azərbaycan münasibətlərini şərh edən Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

“Nəzərə almalıyıq ki, İran bizim tarixi qonşumuzdur və güclü dövlətçilik ənənələri olan bir ölkədir. Bu gün dünyada çox ciddi proseslər gedir, geosiyasi vəziyyət heç də ürəkaçan deyil. Ona görə biz də qonşularımızla əlaqələrimizi, münasibətlərimizi daha da gücləndirməli və inkişaf etdirməliyik”, - deputat söyləyib.

Əlavə edib ki, son günlər Azərbaycan rəsmiləri İranda səfərdə olublar: “Bir müddət əvvəl Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, sonra Baş nazir Əli Əsədov İranda səfərdə olublar. Bu səfərlər zamanı çox müsbət, səmərəli, faydalı görüşlər keçirildi, qarşılqılı müzakirələr aparıldı. İkitərəfli əlaqələr yeni bir mərhələyə, yeni bir dövrə daxil oldu. O mənada İran İslam Respublikası Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayinin də Azərbaycana səfəri çox önəmli bir səfərdir. İranlı rəsmi Prezident tərəfindən qəbul edildi. Eyni zamanda, Prezidentin köməkçisi Hikmət Hacıyev, xarici işlər naziri Ceyhin Bayramovla görüşlər keçirildi. Bu səfərlər, qarşılıqlı təmaslar bir daha onu təsdiq edir ki, hər iki tərəf münasibətlərin daha da inkişafında maraqlıdırlar”.

Deputat xatırladıb ki, bir müddət bundan əvvəl cənab Prezident ikitərəfli əlaqələrin, dövlətlərarası münasibətlərin önəminə toxundu. Bu gün Azərbaycan məhz bu prinsipi əsas götürərək İranla münasibətləri daha da inkişaf etdirir:

“Bizim enerji təhlükəsizliyi, nəqliyyat, kommunikasiyalar və digər sahələr üzrə bir çox birgə layihələrimiz var. Bu gün bilirsiniz ki, Ağbənddən keçməklə İran ərazisi ilə marşurut üzərində çox ciddi işlər gedir. Bu təmaslar nəticəsində eyni zamanda, gözlənilən odur ki, digər İran rəsmiləri də Azərbaycana səfər etsinlər. Xüsusilə söhbət İran Prezidentinin səfərindən gedir. Aprel ayında bu səfərin baş tutacağı gözlənilir. Bununla bağlı mətbuatda müəyyən fikirlər yer alıb. Əslində bu, cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanın xarici siyasətinin növbəti bir önəmli uğurudur ki, bizim aramızda mövcud olan çox ciddi gərginlik aradan qalxdı. Biz gərginlik haqqında danışmaq istəmirik, çünki artıq nikbin bir yanaşmaya köklənmişik. Əlaqələrimiz artıq həmin böhran vəziyyətini keçərək inkişaf mərhələsinə daxil olub. Hər iki dövlət əlaqələrin inkişafının önəmli olduğunu bilir və qeyd etdiyim kimi bizim tarixi qonşuluq əlaqələrimz olub, ortaq dəyərlərimiz, ənənələrimiz var. Bu mənada hesab edirəm ki, səfərdən sonra da iki dövlət arasında olan bir sıra məsələlər ətrafında müzakirələr davam edəcək, hətta bilirsiniz ki, bir müddət bundan əvvəl biz birgə hərbi təlimlər də keçirdik. Bunlar artıq çətin dövrün, çətin günlərin arxada qaldığını göstərir. Biz yaxın günlərdə bu əlaqələrimzin daha da inkişaf edəcəyini görəcəyik”.

C.Məmmədov hesab edir ki, bütün bu addımlar əlaqələrimizin daha da inkişaf etdiyini göstərir: “Əlaqələrin inkişafı həm Azərbaycana lazımdır, həm də İrana lazımdır. Ona görə də düşünürəm ki, əlaqələrin inkişafını biz yüksək qiymətləndirməliyik, bunu cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanın xarici siyasətinin növbəti uğuru kimi nəzərdən keçirməliyik və inanırıq ki, bu uğurun  növbəti mərhələsində əlaqlərimiz daha da inkişaf edəcək, möhkəmlənəcək, güclənəcək, bütün fikir ayrılıqları aradan qalxacaq”.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:59
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Aprel 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see771

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see215

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see179

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see161

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see161

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see160

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see153

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see149

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see139

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see136

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri