Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Azərbaycan İran münasibətləri yeni bir mərhələyə daxil olur

Azərbaycan İran münasibətləri yeni bir mərhələyə daxil olur

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Pərvanə SULTANOVA
[email protected]

Son aylar ərzində Azərbaycan-İran münasibətlərində yeni dinamika, müsbət inkişaf özünü göstərməkdədir. İkitərəfli münasibətlərdə xeyli müddət idi ki, davam edən soyuqluq aradan qalxıb. Bunu yüksək səviyyəli qarşılıqlı səfərlər, verilən bəyanatlar da nümayiş etdirir.

İran və Azərbaycan yaxın qonşulardır, iki ölkəni tarixi bağlar, ortaq dəyərlər birləşdirir. Eyni zamanda, tərəflər regional əhəmiyyət daşıyan mühüm nəqliyyat-kommunikasiya layihələrini həyata keçirirlər. Təbii ki, bu və digər məqamlar nəzərə alınmaqla, münasibətlərdə gərginlik tərəflər üçün arzuolunmazdır.

Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan İran İslam Respublikası Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayini qəbul edərkən bildirib ki, Azərbaycan və İran ortaq dəyərləri bölüşür. Dövlət başçısı son dövrlərdə ikitərəfli qarşılıqlı səfərlərin dinamikasını müsbət qiymətləndirib.

Görüşdə ölkələrimiz arasında nəqliyyat, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı, iqtisadi-ticari, enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb, hökumətlərarası komissiyanın fəaliyyətinə toxunulub. Söhbət zamanı Ağbənd istiqamətində Araz çayı üzərində körpünün tikintisi prosesi ilə bağlı fikir mübadiləsi aparılıb.

Öz növbəsində Mehdi Sənayi İranın qonşu dövlətlərlə, xüsusilə tarixi, dini, mədəni bağlılığı olan Azərbaycan ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini vurğulayıb, hazırda ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişafından məmnunluğunu bildirib.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə Mehdi Sənayinin görüşündə iki ölkənin dövlət başçılarının qoyduqları tapşırıqlara uyğun olaraq Azərbaycan və İran arasında ikitərəfli siyasi münasibətlərə dair geniş fikir mübadiləsi aparılıb.

Hikmət Hacıyev "X" sosial şəbəkəsindəki hesabında yazıb ki, görüşdə, həmçinin 2025-ci ilin fevralında İrana səfər zamanı aparılmış danışıqların davamı olaraq qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər müzakirə edilib.

Xatırladaq ki, cari ilin fevral ayında Prezidentin köməkçisi H.Hacıyev, daha sonra Baş nazir Əli Əsədov İranda səfərdə olublar. Həmin səfər zamanı H.Hacıyev Mehdi Sənayi ilə görüşüb və Azərbaycan ilə İran arasında qarşılıqlı etimad artırılması tədbirlərini davam etdirmək barədə razılıq əldə olunub.

Prezidentin köməkçisi deyib ki, Azərbaycan İranla heç bir məhdudiyyət olmadan və qarşılıqlı fayda əsasında mehriban qonşuluq şəraitində siyasi, iqtisadi və mədəni əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərdə əsas məqam etimadın gücləndirilməsi və anlaşılmazlıqların aradan qaldırılmasıdır. H.Hacıyev qeyd edib ki, Azərbaycan tərəfdən İrana heç bir təhdid olmayacaq.

Azərbaycan İranla bağlı hər zaman açıq siyasət aparıb, qonşuluq münasibətlərini əsas götürüb və əlaqələrin inkişafında maraqlı olduğunu göstərib. "Azərbaycan tərəfdən İrana heç bir təhdid olmayacaq" fikri də ölkəmizin İran siyasətinin mahiyyətini ifadə edir.

İran Prezidentinin müşaviri Mehdi Sənayi isə həmin görüşdə bildirib ki, Azərbaycan İran üçün təkcə mühüm və dəyərli qonşu deyil, iki ölkənin xalqları bir-birinə qohum və dostdurlar. Onun fikrincə, iki ölkə arasında münasibətlərin səviyyəsi sırf diplomatik formatdan kənara çıxmalı, digər dövlət və özəl sahələrə də yayılmalıdır: "İnsanlar arasında təmasların dərinləşməsi əməkdaşlığın inkişafına böyük təsir göstərəcək. İranın öz qonşuları, o cümlədən Azərbaycan ilə münasibətlərdə əsas məqsədi strateji əlaqələr qurmaq, istənilən gərginlikdən uzaq olmaqdır".

İndi tərəflərin artıq gərginlikdən uzaq olduqlarını deyə bilərik. Həm səfərlər, həm verilən bəyanatlar münasibətlərdə yeni bir dostluq, əməkdaşlıq səhifəsinin açıldığını deməyə əsas verir.

Azərbaycan-İran siyasi münasibətlərində gərginliyin geridə qalması müxtəlif sahələrdə əlaqələrin inkişafına da öz təsirini göstərəcək. Xüsusilə, ticari-iqtisadi əməkdaşlıq, ticarət dövriyyəsinin həcminin artması aktuallıq kəsb edir. İran rəsmisi Mehdi Sənayi Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Tehran görüşündə bu məqama diqqət çəkərək deyib ki, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi çox kiçikdir: "Biz makroiqtisadi və ticarət layihələrini müəyyən etməklə, iş adamlarını mədəni-iqtisadi əlaqələrin inkişafı və genişləndirilməsinə cəlb etməyə çalışmalıyıq. İki ölkənin mənafeyi naminə iqtisadi əlaqələr və ticarət şəbəkəsi yaratmaq üçün lazımi imkanlar və vacib platformalar mövcuddur".

Bu gün iki ölkə mühüm nəqliyyat-kommunikasiya layihələrini həyata keçirirlər. Avtomobil və dəmir yolları bağlantılarının yaradılması, İran ərazisindən keçməklə Şərqi Zəngəzur-Naxçıvan nəqliyyat infrastrukturunun tikintisi, müvafiq sərhəd-gömrük infrastrukturunun inşası, Naxçıvanla ən qısa əlaqəni təmin edəcək və beynəlxalq nəqliyyat dəhlizlərinin, xüsusilə Şərq-Qərb dəhlizinin inkişafına töhfə verəcək Ağbənd-Kəlalə, eləcə də Siyahrud-Ordubad avtomobil körpüsünün inşası regionun logistika potensialının artırılmasına xidmət edir. Şimal-Cənub nəqliyyat dəhlizinin təşviqi, habelə Astaraçay çayı üzərində yeni avtomobil və piyada körpüsünün tikintisi, Astara yük terminalının inşası və digər layihələr ölkələrimizin nəqliyyat əlaqələrinin genişlənməsi ilə yanaşı, regionun xüsusilə nəqliyyat və logistika imkanlarının artmasına hesablanıb. Bununla yanaşı, Araz çayı üzərindəki "Xudafərin" və "Qız qalası" hidroqovşaqları və su elektrik stansiyaları, həmçinin Ordubad su elektrik stansiyası ilə bağlı Azərbaycan-İran əməkdaşlığı da mühüm əhəmiyyət daşıyır. Daha bir önəmli layihə isə Şərqi Zəngəzur iqtisadi rayonunu İran ərazisindən keçməklə Naxçıvanla birləşdirəcək elektrik verilişi xəttinin tikintisi layihəsidir.

Onu da vurğulayaq ki, son bir il ərzində İranla Azərbaycan arasında Hərbi və Hərbi-texniki Əməkdaşlığa dair Birgə Komissiyanın iclası keçirilib, eləcə də iki ölkə arasında birgə hərbi təlimlər baş tutub. Göründüyü kimi, Azərbaycanla İran arasında əməkdaşlıq imkanları çox genişdir. Bu imkanların tam şəkildə reallaşdırılması isə hər iki tərəfin mənafelərinə cavab verir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı "525"ə deyib ki, bir müddət əvvəl Azərbaycan İran münasibətlərində müəyyən gərginlik var idi. Artıq bu gərginlik aradan qalxıb: "Bu gün bizim əlaqələrimiz sürətlə inkişaf edir. Bu olduqca önəmli bir hadisədir. Artıq İran-Azərbaycan münasibətləri yeni bir mərhələyə daxil olur. Nəzərə almalıyıq ki, İran bizim tarixi qonşumuzdur və güclü dövlətçilik ənənələri olan bir ölkədir. Bu gün dünyada çox ciddi proseslər gedir, geosiyasi vəziyyət heç də ürəkaçan deyil. Geosiyasi vəziyyət dövlətlərdən tələb edir ki, münasibətlərə yenidən baxsınlar və tənzimləsinlər. Ona görə biz də qonşularımızla əlaqələrimizi, münasibətlərimizi daha da gücləndirməli və inkişaf etdirməliyik".

Deputat xatırladıb ki, son günlər Azərbaycan rəsmiləri İranda səfərdə olublar. Bir müddət əvvəl Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, sonra Baş nazir Əli Əsədov İranda səfərdə olublar: "Bu səfərlər zamanı çox müsbət, səmərəli, faydalı görüşlər keçirildi, qarşılqılı müzakirələr aparıldı. İkitərəfli əlaqələr yeni bir mərhələyə, yeni bir dövrə daxil oldu. O mənada İran İslam Respublikası Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayinin də Azərbaycana səfəri çox önəmli bir səfərdir. İranlı rəsmi Prezident tərəfindən qəbul edildi. Eyni zamanda, Prezidentin köməkçisi Hikmət Hacıyev, xarici işlər naziri Ceyhin Bayramovla görüşlər keçirildi. Bu səfərlər, qarşılıqlı təmaslar bir daha onu təsdiq edir ki, hər iki tərəf münasibətlərin daha da inkişafında maraqlıdırlar".

Deputat xatırladıb ki, bir müddət bundan əvvəl cənab Prezident ikitərəfli əlaqələrin, dövlətlərarası münasibətlərin önəminə toxundu. Bu gün Azərbaycan məhz bu prinsipi əsas götürərək İranla münasibətləri daha da inkişaf etdirir: "Bizim enerji təhlükəsizliyi, nəqliyyat, kommunikasiyalar və digər sahələr üzrə bir çox birgə layihələrimiz var. Bu gün bilirsiniz ki, Ağbənddən keçməklə İran ərazisi ilə marşrut üzərində çox ciddi işlər gedir. Bu təmaslar nəticəsində eyni zamanda, gözlənilən odur ki, digər İran rəsmiləri də Azərbaycana səfər etsinlər. Xüsusilə söhbət İran Prezidentinin səfərindən gedir. Aprel ayında bu səfərin baş tutacağı gözlənilir. Bununla bağlı mətbuatda müəyyən fikirlər yer alıb. Əslində bu, cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanın xarici siyasətinin növbəti bir önəmli uğurudur ki, bizim aramızda mövcud olan çox ciddi gərginlik aradan qalxdı. Biz gərginlik haqqında danışmaq istəmirik, çünki artıq nikbin bir yanaşmaya köklənmişik. Əlaqələrimiz artıq həmin böhran vəziyyətini keçərək inkişaf mərhələsinə daxil olub. Hər iki dövlət əlaqələrin inkişafının önəmli olduğunu bilir və qeyd etdiyim kimi, bizim tarixi qonşuluq əlaqələrimz olub, ortaq dəyərlərimiz, ənənələrimiz var. Bu mənada hesab edirəm ki, səfərdən sonra da iki dövlət arasında olan bir sıra məsələlər ətrafında müzakirələr davam edəcək, hətta bilirsiniz ki, bir müddət bundan əvvəl biz birgə hərbi təlimlər də keçirdik. Bunlar artıq çətin dövrün, çətin günlərin arxada qaldığını göstərir. Biz yaxın günlərdə bu əlaqələrimizin daha da inkişaf edəcəyini görəcəyik. Bir daha onu xüsusi qeyd etmək istəyirəm ki, bu əlaqələrin inkişafı bizim üçün də önəmlidr. Azərbaycanın bölgədə planlaşdırdığı layihələrin həyata keçirilməsi, - burda söhbət həm də böyük infrastruktur layihələrindən gedir -, bu Azərbaycan iqtisadiyyatın öz ciddi müsbət təsirini də göstərəcək".

C.Məmmədov hesab edir ki, bütün bu addımlar əlaqələrimizin daha da inkişaf etdiyini göstərir: "Əlaqələrin inkişafı həm Azərbaycana lazımdır, həm də İrana. Ona görə də düşünürəm ki, bu, cür əlaqələrin inkişafını biz yüksək qiymətləndirməliyik, bunu cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanın xarici siyasətinin növbəti uğuru kimi nəzərdən keçirməliyik və inanırıq ki, bu uğurun növbəti mərhələsində əlaqələrimiz daha da inkişaf edəcək, möhkəmlənəcək, güclənəcək, bütün fikir ayrılıqları aradan qalxacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Aprel 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see474

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see443

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see320

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see317

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see268

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see252

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see250

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see237

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see233

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see226

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see220

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see219

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see217

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see215

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see206

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see203

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see201

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see198

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see194

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri