Icma.az
close
up
RU
Azərbaycan elminin özünü doğruldan struktur islahatları

Azərbaycan elminin özünü doğruldan struktur islahatları

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev yerli televiziyalara böyük maraqla qarşılanan müsahibəsində bir çox məqamlara aydınlıq gətirdi. Artıq ənənə halını alan və ölkə ictimaiyyətinin səbirsizliklə gözlədiyi bu müsahibədə də ölkənin birinci şəxsinin dilindən bir-birindən maraqlı açıqlamalar ilə bir çox mətləblərə aydınlıq gətirildi. Həmin açıqlamaların hər biri ayrı-ayrılıqda geniş şərh oluna bilər.

Lakin elm və təhsil sahəsində çalışan bir mütəxəssis olduğum üçün dövlətimizin başçısının Azərbaycanda elm və təhsil sahəsində mövcud vəziyyəti, bu istiqamətdə görülən işləri dəyərləndirməsini xüsusi qeyd etmək istəyirəm. Ölkə rəhbərinin sözlərinə görə artıq struktur dəyişiklikləri edilərək, Elm və Təhsil Nazirliyi yaradılıb. Bunun da əsas səbəbi faktiki olaraq elmin uzun müddət dövlət strukturlarından kənarda qalması idi. Düzdür, sovet sistemindən yadigar qalan əvvəllər elmin vahid əlaqələndirilməsi funksiyasını Elmlər Akademiyası yerinə yetirirdi. Ancaq etiraf etmək nə qədər çətin olsa da, qeyd etmək lazımdır ki, Akademiya dünyanın müasir çağrışlarını və Azərbaycan reallığını nəzərə alaraq elmə yeni yanaşmaları tam gətirə bilmədi. Ziyalılığın ən üst təbəqəsinin olmalı olduğu elmi-tədqiqat institutları əksinə başqa yerlərdə iş tapa bilməyənlərin asanlıqla özlərinə iş tapdıqları adi iş yerlərinə çevrildi. Onda məlum oldu ki, institutlarda əsl elmlə məşğul olanlardan çox, elmi məşğul edənlərin sayı həndəsi silsilə ilə artaraq böyük say üstünlüyü əldə ediblər. Belə olan halda elmi məhsuldarlıq ilbəil aşağı düşdü, nəticə etibarilə akademik elmin nüfuzuna da böyük xələl gəldi. Vaxtı ilə dünyaya səs salan Azərbaycanın elmi məktəblərinin görkəmli nümayəndələri dünyalarını dəyişdikcə, yerlərinə də obyektiv və ya subyektiv səbəblərə görə istedadlı gənclər gəlmədikcə problemlər həlolunmaz hal aldı. Belə olan halda Azərbaycan elminin daha da acınacaqlı duruma düşməsinə razı olmayan dövlət məsələyə əl qoymalı oldu. Prezidentin 2022-ci ildə məlum sərəncamı ilə az da olsa elmlə məşğul olan dəqiq və təbiət elmləri üzrə ixtisaslaşmış institutlar o vaxt yeni yaranan Elm və Təhsil Nazirliyinin tabeliyinə verildi. Dövlət başçımızın fikirləri də bir daha təsdiq edir ki, dünya təcrübəsində olduğu kimi dövlət siyasətini daha dolğun şəkildə həyata keçirmək üçün elm və təhsil həqiqətən bir yerdə olmalıdır: “Çünki inkişaf etmiş ölkələrin təcrübəsini bilirik. Orada elm daha çox ali məktəblərlə bərabər, yaxud da ki, onların nəzdində inkişaf edir və biz də bu modeli seçmişik. İndi struktur islahatları gedir”.

Elm və Təhsil Nazirliyinə elmdə struktur islahatları başlatmaq nə az, nə çox düz 2 il vaxt lazım oldu. Çünki bu sahədə aparılan müqayisəli təhlillər elə bir acı mənzərə ortaya çıxardı ki, sən demə hər bir elmi tədqiqat institutunda işləyən və ortaya elmi məhsul qoyan qüvvə maksimum 30 faiz idi. Nazirlik Elm və Ali təhsil üzrə Dövlət Agentliyinin təklifi əsasında ilk uğurlu tədbir olaraq maddi mükafat mexanizmini işə saldı. Ancaq bu yolla yalnız və yalnız onsuzda əvvəldə və indidə işləyən elm adamlarının əməyini stimullaşdırmaq və onları daha da həvəsləndirməyə nail olundu. Amma görünən o idi ki, elmin dərin kök atmış problemlərini aradan qaldırmaq üçün daha radikal addımlara ehtiyac var idi. Bu isə ölkə rəhbərinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı 04 aprel 2025-ci il tarixli 545 saylı sərəncamı, ardınca Nazirlər Kabinetinin isə 7 oktyabr 2025-ci il tarixli 292 nömrəli müvafiq qərari ilə mövcud institutlar əsasında yeni elmi tədqiqat müəssisələrinin yaradılması ilə baş verdi. Beləliklə, cənab İlham Əliyevin də vurğuladığı kimi artıq bir çox elmi-tədqiqat institutları bir-biri ilə birləşdirilir: “Struktur islahatları ilə paralel olaraq, kadr islahatları da gedir, daha müasir, daha gənc kadrlar önə çəkilir”.
Bu prosesin yaxın iştirakçısı kimi qeyd edə bilərəm ki, Elm və Təhsli Nazirliyi yeni institutlara rəhbərlikdə müasir və innovativ düşüncəli gənc elmi kadrlara ehtimad göstərirlər. Bununla iş bitmir, dünyanın aparıcı elmi mərkəzlərinin nümunəsində yenidən strukturlaşan elmi müəssisələrdə laboratoriya, əsas və yardımçı şöbələrdə müxtəlif vəzifələrə də yenə gənc mütəxəssislərin təyinatı tövsiyə olunur. Bu görkəmli qocaman alimlərimizdən tamamilə imtina anlamına gəlmir. Dəyərli alimlərimizin müvafiq struktur vahidlərdə elmi məsləhətçi funksiyasını yerinə yetirən baş elmi işçi kimi saxlanılması və onların dərin tarixə söykənən təcrübəsindən gənclərin faydalanmasının təşviq edilməsi doğurdan da həlledici amil hesab olunmalıdır.
Dövlət rəhbərinin müsahibədə toxunduğu ən vacib məqamlardan biri bu islahatların qayəsində kəmiyyət göstəricilərindən çox keyfiyyət göstəricilərinin əsaslı şəkildə yaxşılaşdırılmasının dayanmasını diqqətə çatdırmasıdır. O, haqlı olaraq bildirmək istəyir ki, fundamental elmlə məşğul olan alim apardığı tədqiqatın nəticələrini elə bir nüfuzlu xarici jurnalda çap etdirməlidir ki, dar çərçivədə özünə, çalışdığı universitet və ya instituta, geniş anlamda ölkəsinə nüfuz gətirə bilsin: “Burada keyfiyyət əmsalını da tapmaq o qədər də çətin deyil. Bu, dünya təcrübəsində var. Sənin elmi əsərlərin hansı elmi jurnallarda, hansı dərgilərdə nə qədər çap olunub və sənin elmi potensialın bugünkü reallıqlara nə dərəcədə uyğundur”.
Bir daha xatırlatmaqda fayda görürəm ki, bütün dünyada alimin elmi fəaliyyəti elmmetrik meyarlar əsasında qiymətləndirilir. Alimin nə vaxtsa əldə etdiyi elmi dərəcəsi və ya elmi adı ola bilər. Amma söhbət müasir dövrdə, indiki zamanda onun çalışdığı müəssisiyə verdiyi töhfədən gedir. Əgər son 5-10 ildə elmmetrik meyarlarla qiymətləndirmə zamanı alimin fəaliyyəti sıfıra bərabərdirsə, onun ixtisara düşməsi qaçılmazdır. Necə ki, elmi müəssisələrdə aparılan optimallaşma, səmərəliləşdirmə tədbirləri zamanı bu addımlar atılıb.
Ölkə rəhbərinin müsahibə zamanı səsləndirdiyi kimi əgər biz doğrudan da elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, elmi inkişaf etdirmək istəyiriksə, bu islahatlara getməliydik. Əks halda elmi inkişafın da müəyyən məhdudiyyətləri olacaq. Mən də belə düşünürəm ki, bir halda inkişaf etmiş ölkələrin inkişafı yerlatı sərvətlərlə deyil, ancaq zəka, ağıl, təhsil, elmlə bağlıdır, niyə də bunun inkişafında qalib ölkənin elm adamı kimi maraqlı olmayaq...

Əfsun Sucayev
YAP İdarə Heyətinin üzvü, professor

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:217
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Yanvar 2026 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see421

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see332

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see244

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see237

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see228

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see219

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see217

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see216

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see212

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see194

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see193

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see187

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see184

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see182

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see180

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri