Azərbaycan ərazisini qanunsuz keçdikdən sonra Ermənistana qaytarılan şəxslərin səhhəti yaxşıdır
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan ərazisini qanunsuz keçdikdən sonra Ermənistana qaytarılan Sünik (Zəngəzur) vilayətinin Tex (Dığ) icmasından olan yeniyetmələrin səhhəti yaxşıdır.
APA xəbər verir ki, bu barədə məlumatı Tex (Dığ) icma rəhbərliyi yayıb.
Qeyd edək ki, Ermənistan MTX Azərbaycanla sərhəd bölgəsində iki nəfər itkin düşdüyü barədə bu gün səhər məlumat yaymışdı.
Məlumatda bildirilirdi ki, Sünik (Zəngəzur) vilayətinin Tex (Dığ) kəndinin sakinləri Karen Cangiryan (2007) və Andrey Qyaquns (2008) 6 iyun saat 01.20 radələrində Aravus kəndi ərazisində azıblar.
Ermənistan MTX ehtimal edirdi ki, onlar azaraq Azərbaycan ərazisinə keçib.
Azərbaycan tərəfindən hadisə ilə bağlı hələlik açıqlama verilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 07 İyun 2025 00:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















